Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Byörn Hornikel
Byörn Hornikel (6 may 1992) — Almaniyalı üzgüçü. Byörn Hornikel Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Byörn Hornikel birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.62 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Leopold Kroneker
Leopold Kroneker (ing. Leopold Kronecker; 7 dekabr 1823[…] – 29 dekabr 1891[…], Berlin) — alman riyaziyyatçısı. Cəbr və ədədlər nəzəriyyəsi üzrə əsərlərin müəllifidir.
Kroneker-Kapelli teoremi
Kroneker-Kapelli teoremi (ing. Rouché–Capelli theorem) — xətti cəbrdə teorem olub, əsas və genişlənmiş matrisləri ranqı verilmiş xətti tənliklər sistemində həllər sayını hesablamağa imkan verir. Teorem MDB məkanında Kroneker-Kapelli teoremi kimi tanınsa da, İtaliyada Rouché–Capelli teoremi, Fransada Rouché–Fontené teoremi, İspaniya və bir çox Latın Amerikası ölkələrində Frobenius teoremi kimi bilinir. == İfadəsi == Hər hansı n dəyişənli xətti tənliklər sisteminin həlinin olması üçün onun əsas A matrisinin ranqının genişləndirilmiş [A|b] matrisinin ranqına bərabər olması zəruri və kafi şərtdir. Tənliyin həlli olduqda: Əgər n = rank(A) olarsa, tənliyin yeganə həlli var, Əks halda həllər sayı sonsuz saydadır. == Həmçinin bax == Matris Leopold Kroneker == İstinadlar == A. Carpinteri. Structural mechanics. Taylor and Francis. 1997. səh.