KRİMİNAL

I
сущ. криминал (уголовное дело, преступление). Kriminal yoxdur nədə криминала нет, криминал отсутствует в чем
II
прил. криминальный:
1. преступный, уголовный. Kriminal uşaqsalma мед. криминальный выкидыш, kriminal iş криминальное дело
2. связанный с криминалистикой. Kriminal xronika криминальная хроника
KREZOL
KRİMİNALİST
OBASTAN VİKİ
Kriminal
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir. Çezare Bekkariya hələ 1764-cü ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır. Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir. İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur.
Kriminal psixologiya
Kriminal psixologiya— Kriminal psixologiya hüquq psixologiyasnın mühüm sahələrindən biri olub hüquq pozğunluğunun psixoloji mexanizmlərini və cinayət əməlinə yol verən hüquqpozanların psixoloji xüsusiyyətlərini öyrənir.Başqa sözlə kriminal psixologiya ayrı-ayrı şəxslərdə cinayətkar yönümün,cinayətkarlığa meyilliyin,cinayət törətmək fikrinin,niyyətinin yaranmasının cinayətin hazırlanılması və həyata keçirilməsinin eləcədə cinayətkar davranış streotipinin yaranmasının psixoloji qanunauyğunluqlarını öyrənir. Kriminal psixologiyada cinayətkar davranışla bağlı psixoloji xüsusiyyətlərinin öyrənilməsi zərurəti,hər şeydən əvvəl praktikanın tələbləri ilə şərtlənir,yəni cinayətkarlığa qarşı mübarizə aparmaq tələbatı ilə bağlıdır. Kriminal psixologiyada cinayətkar şəxslərin, həm də cinayətkar qrupların strukturu psixoloji xüsusiyyətləri öyrənilir. == Kriminal psixologiyanın predmeti və vəzifələri == Hüquqazidd niyətin yaranmasına insanın malik olduğu sinir sisteminin tipi,temperamenti,xarakteri, eləcədə intellekt və şüur səviyyəsi də təsir edir. Odur ki,şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillərin rolu, həmin amilərin sosial inkişaf prosesindəki yerinə və mövqeyinə görə nəzərdən keçirilməlidir. Doğrudur insanın təbii imkanları,cinsi xüsusiyyətləri,sinir sisteminin tipləri anadan olarkən mövcud olur. Lakin həmin anadangəlmə təbii imkanlara,sinir tiplərinə valideynlərin sağlamlıq səvyyəsi ilə yanaşı,xüsusən də anaların alkoqolizmə,narkotik maddələrə alışması ciddi mənfi təsir göstərir. Yəni yeni doğulan uşaqların orqanizmində həmin amillərin təsiri ilə müxtəlif xəstəlik və pozğunluqlar özünü göstərir.Kriminal psixologiyada cinayətkarın şəxsiyyəti ilə onun sosial mühitinin qarşılıqlı əlaqəsinə kompleks hlda yanaşma, yəni mühit və şəxsiyyətin müxtəlif çalarları münasibətlər sistemini ətraflı öyrənmək və nəzərə almaq lazımdır. Təsadüfi deyildir ki, cinayətkarlığın strukturu və vəziyyəti və inkişaf dinamikası araşdırılarkən nəinki cinayət faktları, həm də cinayətkarlar kontingenti, başqa sözlə, cinayətkar qrup və ya dəstə də ətraflı öyrənilir.Bu yolla əldə edilən faktların eləcə də subyektiv amillərin ümumiləşdirilməsi cinayətkarlığın dinamikasını da daha dəqiq sürətdə proqnozlaşdırmağa imkan verir. Həm də cinayətkarlığın sosial proseslərə təsirini də müəyyən etməyə imkan verir.Eləcə də cinayətkarlığa qarşı mübarizəni əsaslı sürətdə təşkil etməyə imkan verir.
Kriminal avtoritet
Kriminal avtoritet, həmçinin cinayət bossu, don və ya xaç atası — cinayət təşkilatına rəhbərlik edən şəxs. == Təsviri == Tipik olaraq, kriminal avtoritet təşkilatın digər üzvləri üzərində tam nəzarətə malikdir. Hiyləgərlik, strateji düşüncə və şəxsi cəsarət, mətanət və amansızlıq səbəbindən ondan qorxulur və ona hörmət edilir. Bu, kriminal avtoritetlərə müvəffəqiyyətlə təşkilata rəhbərlik etməyə və cinayət fəaliyyətində uğurlu olmağa imkan verir. == Keçmiş SSRİ == SSRİ və postsovet məkanında dünya kriminal təcrübəsində analoqu olmayan özünəməxsus kriminal aləm iyerarxiyasını formalaşdırılmışdır. Onun əsasını "qanuni oğru" ("oğrular" və ya "qanunçular") düşüncəsi təşkil edir. "Qanuni oğrular" institutu 1930-cu illərdə formalaşmış və ciddi məcəllənin (oğru qanunu), habelə müstəsna məxfiliyin mövcudluğu ilə səciyyələnirdi. Bir çox digər cinayətkar icmalardan fərqli olaraq, qanuni oğruların aydın özəyi və rəhbərliyi, daimi fəaliyyət göstərən filialları yoxdur. Onlar "oğru" ənənələrinin sərt çərçivəsi ilə birləşən iştirakçıların formal olaraq tam bərabərliyi əsasında fəaliyyət göstərirlər. Bu icmanın rəhbər orqanı təşkilati qərarlar, o cümlədən cinayət dünyasına yazılı müraciətlər şəklində qəbul edən "sxodka"dır.
Kriminal qiraət
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Kriminal qiraət (film, 1994)
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Lombroso Kriminal Antropoloji Muzeyi
Lombrozo Kriminal Antropoloji Muzeyi (it. Museo di antropologia criminale Cesare Lombroso) — İtaliyanın Turin şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin əsası 1876-cı ildə qoyulmuşdur. == Eksponatları == Bu muzeyin əsas eksponatları insanın kəllə sümükləridir. Muzeydə 400-dən çox insanın kəllə sümüyü var. Həkim Çezare Lombrozonun da kəlləsi buradadır. Belə ki, həmin həkim qatillərin, əsgərlərin və ruhi xəstələrin beyinləri üzərində uzun müddət araşdırmalar aparıb. Onun araşdırmalarının nəticələri 1898-ci ildən bu günə kimi həmin muzeydə saxlanılır.
Lombrozo Kriminal Antropoloji Muzeyi
Lombrozo Kriminal Antropoloji Muzeyi (it. Museo di antropologia criminale Cesare Lombroso) — İtaliyanın Turin şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin əsası 1876-cı ildə qoyulmuşdur. == Eksponatları == Bu muzeyin əsas eksponatları insanın kəllə sümükləridir. Muzeydə 400-dən çox insanın kəllə sümüyü var. Həkim Çezare Lombrozonun da kəlləsi buradadır. Belə ki, həmin həkim qatillərin, əsgərlərin və ruhi xəstələrin beyinləri üzərində uzun müddət araşdırmalar aparıb. Onun araşdırmalarının nəticələri 1898-ci ildən bu günə kimi həmin muzeydə saxlanılır.
Kriminalistika
Kriminalistika (lat. criminalis — cinayətkar, cinayətə aiddir) — cinayətlərin hazırlanması, törədilməsi və açılması, izlərinin meydana gəlməsi və mövcudluğu, dəlillərin toplanması , tədqiqi, qiymətləndirilməsi və istifadəsini araşdıran, habelə bu xüsusi nümunələrin biliklərinə əsaslanan bir sistem inkişaf etdirən tətbiqi hüquq elmi ibtidai istintaq zamanı cinayətlərin qarşısının alınması, açılması və istintaqı zamanı, habelə məhkəmələrdə cinayət işlərinə baxılarkən istifadə olunan texnika, metod və vasitələr. == Etimologiyası == Kriminalistika Alman sözünə aiddir kriminalistik. Konsepsiya istinad etmək üçün istifadə olunur intizam olan ibarətdir cinayət əlamətlərini təhlil edin hadisənin necə baş verdiyi barədə mümkün qədər çox məlumat müəyyən etmək üçün. Buna görə kriminalistika, idarəetmə funksiyası olan orqanlara maraq göstərən məlumatlar təqdim edir ədalət. Çoxsaylı amilləri öyrənərək cinayət mexanikasını dəqiqləşdirməklə çox vaxt sizin kim olduğunu tapmaq mümkündür cavabdehdir. == Kriminalistika vəzifələri == Məhkəmə ekspertizasının məqsədi cinayətlərin açılması və istintaqı üçün tam və vaxtında texniki və məhkəmə dəstəyi və dəstəyidir. Bu məqsəd müasir elm və texnologiyanın nailiyyətlərindən hərtərəfli istifadə əsasında həyata keçirilir. Məhkəmə ekspertizası istintaq, ibtidai istintaq, məhkəmə orqanlarının fəaliyyətini təmin edir və məhkəmə ekspertizası prosesini cinayətkarlıqla mübarizənin elmi cəhətdən düşünülmüş vasitələri, üsulları və metodları ilə müşayiət edir. Buna əsasən, məhkəmə ekspertizasının aşağıdakı xüsusi vəzifələrini ayırmaq olar: Cinayət törətmə praktikasında obyektiv qanunauyğunluqların və fenomenlərin müəyyən edilməsi və öyrənilməsi və bunları araşdırmaq üçün fəaliyyət.
Rövşən Əliyev (kriminalist)
Rövşən Ədalət oğlu Əliyev (1955, Ağstafa – 12 mart 2002, Bakı) — kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru (1992–1993). "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. 1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin hüquq fakultəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Hərbi Prokuroru vəzifələrinə qədər yüksəlmişdir. O, həm də Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru idi (1992–1993). R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Onun yorulmaz və səmərəli fəaliyyəti respublika prokurorluğu rəhbərliyi tərəfindən də daima yüksək qiymətləndirimişdir. Belə ki, o "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. Rövşən Əliyev 2002-ci il 13 martda Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmişdir və Bakıda dəfn edilmişdir.
Rəqəmsal kriminalistika
Rəqəmsal kriminalistika — tez-tez mobil cihazlar və kompüter cinayətləri haqqında rəqəmsal cihazlarda tapılan materialın bərpasını, təhqiqatını, araşdırılmasını və təhlilini əhatə edən kriminalistika sahəsi. "Rəqəmsal kriminalistika" termini əvvəlcə kompüter kriminalistikası üçün sinonim kimi istifadə edilmişdir, lakin rəqəmsal məlumatları saxlaya bilən bütün cihazların tədqiqini əhatə etmək üçün genişlənmişdir. Kökləri 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərindəki şəxsi kompüter inqilabında olan intizam 1990-cı illərdə təsadüfi olaraq inkişaf etdi və milli siyasətlər yalnız XXI əsrin əvvəllərində ortaya çıxdı. Rəqəmsal kriminalistikanın müxtəlif tətbiqləri var. Ən çox yayılmış olan, cinayət və ya mülki məhkəmələr qarşısında bir fərziyyəni dəstəkləmək və ya təkzib etməkdir. Cinayət işləri qanunvericiliklə müəyyən edilmiş və polis tərəfindən icra edilən və dövlət tərəfindən mühakimə olunan, məsələn, adam öldürmə, oğurluq və şəxsə qarşı hücum kimi qanunların pozulması iddiasını əhatə edir. Mülki işlər, digər tərəfdən, fiziki şəxslərin hüquqlarının və əmlakının qorunması ilə məşğul olur (çox vaxt ailə mübahisələri ilə bağlıdır), lakin elektron kəşf kimi adlandırılan rəqəmsal kriminalistika formasının cəlb oluna biləcəyi kommersiya qurumları arasında müqavilə mübahisələrinə də aid edilə bilər. Kriminalistika həmçinin özəl sektorda, məsələn, daxili korporativ araşdırmalar və ya müdaxilə araşdırmaları (icazəsiz şəbəkə müdaxiləsinin təbiəti və miqyası ilə bağlı xüsusi araşdırma) kimi fəaliyyət göstərə bilər. İstintaqın texniki aspekti cəlb olunan rəqəmsal cihazların növü ilə bağlı bir neçə alt sahəyə bölünür: kompüter kriminalistikası, şəbəkə kriminalistikası, kriminalistika məlumatlarının təhlili və mobil cihazların kriminalistikası. Tipik kriminalistika prosesi toplanmış sübutların hesabatının hazırlanmasından sonra rəqəmsal medianın ələ keçirilməsini, kriminalistik görüntülənməsini (alınmasını) və təhlilini əhatə edir.

Значение слова в других словарях