Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiloba
Hiloba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Hil kənd inzibati-ərazi vahidi tərkibindəki Hiloba kəndi Quxuroba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Hil (kənd adı) və oba komponentlərindən düzəlib, "Hil kəndinin obası, qışlağı" deməkdir. Kənd keçmişdə Hil kəndinə məxsus qışlaq yeri olmuşdur. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Kufoba
Kufoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Kufoba oyk, mür. Qusar r-nunun Şirvanovka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzi tədqiqatçılara görə, oykonim ləzgi dilində "qıraq" mənasında işlədilən kuf/kyuf və oba sözlərindən ibarət olub, "qıraq oba, ucqar oba" mənasındadır. Digərlərinə görə isə, kuf sözü ləzg. "başlanğıc, birinci" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 438 nəfər əhali yaşayır.
Hoba meteoriti
Hoba (ing. Hoba) dünyada tapılmış ən ağır meteoritdi (çəkisi 60 tondan çoxdu). O, Afrikanın cənub-qərbində Namibiyada "Hoba West" fermasında saxlanılır, həmçinin meteorit elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır. == Meteoritin tapılması == 66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteorit hələ ibtidai zamanlarda planetə düşüb. Onu 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Hoba adını elə aşkar olunduğu "Hoba West" fermasına görə aldı. Onu tapan fermerin sözlərinə görə, o, bu meteoritə sahəni şümlayanda rast gəlmişdir. == Ümumi məlumat == Meteorit təxmini 80 min il öncə Yer üzünə düşmüşdü. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
HÜDA PAR
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Seyid Mürtəza Ələmül-hüda
Seyid Mürtəza Ələmül-hüda — Seyid Mürtəza ləqəbi ilə məşhur olan "Əbul-Qasim Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda" beşinci əsrin əvvəllərində yaşamış görkəmli şiə alimidir. O, Şeyx Müfidin şagirdidir. O, həmçinin Nəhcül-Bəlağəni toplayan Seyid Rəzinin qardaşıdır. == Həyatı == Seyid Mürtəza Ələmul-hüda Bağdad şəhərində dünyaya gəlmiş və Bağdad şəhərində də vəfat etmişdir. Onun qəbri Kərbəla şəhərində Hüseyn ibn Əli (ə)-ın məqbərəsinin kənarındadır. Seyid Mürtəza Ələmül-hüda və onun Nəhcül-Bəlağəni toplayıb və tərtib edən qardaşı Seyid Rəzi uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən olan Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsciddə oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən tutmuş və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx Müfid ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır.