Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəncə
Gəncə (1935-1989: Kirovabad) ( tələffüzü) — Azərbaycan Respublikasının ikinci böyük şəhəri. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir. === Gerbi === Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur.
Henri
Henri — Kişi adı. I Henri — 1027-1060-cı illərdə Fransa kralı II Henri — 1547-1559-cı illərdə Fransa kralı III Henri — 1574-1589-cu illərdə Fransa kralı IV Henri — 1589-1610-cu illərdə Fransa kralı I Henri — 1100-1135-ci illərdə İngiltərə kralı II Henri — 1154-1189-cu illərdə İngiltərə kralı III Henri — 1216-1272-ci illərdə İngiltərə kralı IV Henri — 1399-1413-cü illərdə İngiltərə kralı V Henri — 1413-1422-ci illərdə İngiltərə kralı VI Henri — 1422-1461 və 1470-1471-ci illərdə İngiltərə kralı VII Henri — 1485-1509-cu illərdə İngiltərə kralı VIII Henri — 1509-1547-ci illərdə İngiltərə kralı I Henri — 1214-1217-ci illərdə Kastiliya və Leon kralı II Henri — 1366-1367 və 1369-1379-cu illərdə Kastiliya və Leon kralı III Henri — 1390-1406-cı illərdə Kastiliya və Leon kralı IV Henri — 1454-1474-cü illərdə Kastiliya və Leon kralı Henri Frederik —İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük oğlu. Henri Volles — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 33-cü vitse-prezidenti. Henri Kuper — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. Henri Kupraşvili — Milli üzgüçülük növləri federasiyasının prezidenti Henri Morqan — Uelsli Dəniz qulduru.
Hənza
Hənza — İranın Kirman ostanının Rabor şəhristanının Hənza bəxşində şəhər və bu bəxşin mərkəzi.
Zənci
Zənci (isp. negro «qara (rəng)», — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Mənbə == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hənif
Hənif (ərəb. حنيفية‎) — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir. == İbrahim == Quranda İbrahim peyğəmbərin adı Hənifdir. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir. == Tarix == Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər.
Bençe
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.
Gəncə qalası (Köhnə Gəncə)
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır. Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu.
Genç
Genç (türk. Genç) — Bingöl ilinin ilçəsi.
Heca
Heca — tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissələrinə deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur. Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur.Elə sözlərdə var ki,tək hecalı olur və hecada sadəcə sait olur. Məsələn:a-ləm,ə-lək və s. Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn: gənc-lik, xalq-lar və s. Sözün hecaya bölünməsi həmin sözün yazılışı üzrə aparılır.
Hedc
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həcm
Həcm – skalyar fiziki kəmiyyət. Həcmi BS-də m3 ilə SQS sistemində isə sm3 ilə ölçürlər. Bundan başqa mayelərin həcminin ölçmək üçün litrdən də istifadə olunur. Maye və bərk cisimlərin həcmini ölçmək üçün menzurkadan istifadə olunur.
Həcv
Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da “həcv” adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Mənc
Cunqan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Mənc bəxşində şəhər və bu bəxşin mərkəzi.Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
A.Henry
Avqustin Henri (ing. Augustine Henry; 2 iyul 1857, Dandi – 23 mart 1930) — İrlandiya botaniki. == Bioqrafiya == 1857-ci ildə Şotlandiyanın Dandi şəhərində anadan olub. == Əsərləri == The Trees of Great Britain and Ireland. 1907—1913, co-author H. J. Elwes. Private (subscription only) publication. Edinburgh. Notes on Economic Botanical of China, introduction by E. Charles Nelson, Boethus Press 1986 ISBN 0-86314-097-1. Anthropological work on Lolos and non-Han Chinese of Western Yunnan. == İstinadlar == == Ədəbiyyat == Bretschneider.
Antioxiyalı Henri
Henri de Puatye və ya Antioxiyalı Henri (fr. Henri de Poitiers; 1210 – iyun 1276, Sur) — 1263-cü ildən 1264-cü ilə qədər Yerusəlim krallığını idarə edən səlibçi əsilli zadəgan. O, qardaşı oğlu II Kiprli Hüqo adına regensiya tətbiq edən həyat yoldaşı İzabella de Luzinyan tərəfindən bayli təyin edilmişdir. O, oğlu III Kiprli Hüqonun həm Kipr, həm də Yerusəlim kralı olmasından sonra gəmi qəzasında ölmüşdür. == Son illəri == Henri və İzabellanın oğlu Hüqo İzabellanın ölümündən sonra Yerusəlimdə regensiya tətbiq etmək üçün seçilmişdir. Kipr və Yerusəlimin gənc kralları sırasıyla 1267 və 1268-ci illərdə vəfat edən zaman Hüqo hər iki taxta çıxmışdır. Henri 27 iyun 1276-cı ildə onu Əkkadan Kiprə aparan taridin bir qayaya dəyməsi nəticəsində gəmi qəzasında vəfat etmişdir. Onun nəşi Kiprin Nikosiya şəhərindəki bir kilsədə dəfn edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Baldwin, Philip Bruce. Pope Gregory X and the Crusades.
Avqustin Henri
Avqustin Henri (ing. Augustine Henry; 2 iyul 1857, Dandi – 23 mart 1930) — İrlandiya botaniki. == Bioqrafiya == 1857-ci ildə Şotlandiyanın Dandi şəhərində anadan olub. == Əsərləri == The Trees of Great Britain and Ireland. 1907—1913, co-author H. J. Elwes. Private (subscription only) publication. Edinburgh. Notes on Economic Botanical of China, introduction by E. Charles Nelson, Boethus Press 1986 ISBN 0-86314-097-1. Anthropological work on Lolos and non-Han Chinese of Western Yunnan. == İstinadlar == == Ədəbiyyat == Bretschneider.
Avtozavod (Gəncə)
Avtozavod — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Ayrton Henri
Henri Ayrton (ing.
Bağbanlar (Gəncə)
Bağbanlar — Gəncə şəhərində yaşayış sahəsi.
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Genci-monoqatari
Göygöl (Gəncə)
Göygöl — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.