Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Larisa
Larisa — Qadın adı. Larisa Xələfova — Aktrisa. Larisa Məmmədova — 20 yanvar şəhidi. Larisa Dolina — SSRİ və Rusiya estrada müğənnisi.Yaşayış məntəqələriLarisa (şəhər) — Yunanıstanda şəhər.
Sarissa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Sarıca
Sarıca (Şəki)
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Grevillea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.
Larisa (şəhər)
Larisa (yun. Λάρισα) — Yunanıstanda yerləşən şəhər. Dəniz səviyyəsindən 70 metr hündürlükdə , Pinyos çayının sağ sahilində, Saloniki şəhərinin 120 km cənub-qərbində və Afina şəhərinin 217 km şimal-qərbdə yerləşir. Eyniadlı icmanın (dimosa) , eyniadlı periferiya vahidinin və Fessaliya periferiyanın inzibati mərkəzidir . Əhalisi 144.651 nəfərdir. Afina, Salonik, Patras və İraklion şəhərlərindən sonra 5-ci ən böyük şəhərdir. == Tarixi == Şəhər əsasında dəqiq bir mənbə yoxdur. Bəzi məlumatlara görə, şəhər 4000 ildən çoxdur. Şəhərin pelasqalar tərəfindən qurulduğunu söyləyən qədim yunan miti də var. E.ə.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. == Tərcümeyi-hal == Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Larisa Heniyuş
Larisa Antonova Heniyuş (belar. Ларыса Антонаўна Геніюш; 9 avqust 1910-7 aprel 1983) — Belarus şairəsi, yazıçısı və ictimai xadimi. == Həyatı == Larisa Antonova 1910-cu il avqustun 9-da çoxuşaqlı bir ailədə anadan olmuşdur. Polşa məktəbində təhsil almışdır. 1928-ci ildə Polşa gimnaiyasını bitirir. Elə bu illərdə polşa, skandinav, ingilis-klassik kimi dünya ədəbiyyatı ilə tanış olur və şeirlər yazmağa başlayır. 1935-ci il fevralın 3-də Praqada Karlova Universitetində tibb təhsili alan tələbə İvan Qeniyuşla ailə qurur. Oğlu Yuriy dünyaya gəldikdən sonra Praqaya köçür. Şairə ilk şeirlərini 1939-cu ildə berlin qəzetində nəşr etdirir. 1942-ci ildə ilk dəfə onun əsərlərinin yığma kitabı «Ад родных ніў» adı altında işıq üzü görür.
Larisa Karlova
Larisa Karlova (d. 7 avqust 1958; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Larisa Karlova, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Larisa Karlova, həmdə Dünya Çempionatlarında 2 qızıl, və 1 gümüşmedala sahib olub. == Karyerası == Larisa Karlova, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Larisa Karlova növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu. Larisa Karlova sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, Norveç yığması ilə 19:19 hesablı bərabərə qaldı və XXIV Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Larisa Latınina
Larisa Semyonovna Latınina (d. 27 dekabr 1934, Herson, Ukrayna SSR, SSRİ) — Keçmiş sovet gimnastı. 1956–1964-cü illər ərzində 14 fərdi və 4 komanda oyunu üzrə olimpiya medalı qazanmışdır. O, 18 olimpiya medalı ilə 48 il ərzində olimpiya rekordunu öz əlində saxlamış, lakin bu rekord 2012-ci ilin 31 iyulunda amerikan üzgüçü Maykl Felps tərəfindən qırılmışdır. Felpsin ümumi medal sayına görə rekord qırmasına baxmayaraq, Larisa Latınina fərdi oyunlar üzrə 14 olimpiya medalı ilə rekordu öz əlində saxlayır. == Həyatı == Larisa Semyonovna Diriy, 1934-cü ilin 27 dekabrında Ukraynanın Herson şəhərində anadan olmuşdur. O, əvvəl balet kimi fəaliyyət göstərmiş, lakin öz xoreoqrafı Herson şəhərini tərk edəndən sonra gimnastikaya maraq göstərmişdir. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra Lenin Politexnik İnstitutunda təhsil almaq üçün Kiyev şəhərinə köçmüş, o cümlədən Burevestnik Könüllü İdman Cəmiyyətində gimnastika üzrə məşqlərə başlamışdır. 19 yaşlı Larisa, 1954-cü ildə Roma şəhərində keçirilən dünya çempionatında debüt etmişdir. == Gimnastika karyerası == 1956 Yay Olimpiya Oyunlarında Larisa Latınina, macar Aqnes Keleti ilə birlikdə olimpiadanın ən yaxşı gimnastı olmuşdu.
Larisa Lazutina
Larisa Yevgenyevna Lazutina (rus. Лариса Евгеньевна Лазутина; 1 iyun 1965) — Rusiyalı xizəkçi və ictimai-siyasi xadim. Larisa Lazutina 1992, 1994 və 1998-ci illərdə keçirilən Qış Olimpiya Oyunlarının 5 qat qızıl, 1 qat gümüş və 1 qat bürünc medalçısıdır. Larisa Lazutina 1994-cü ildə "Xalqlar Dostluğu" ordeninə, 1998-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına, 2015-ci ildə isə "Şərəf" ordeninə layiq görülmüşdür. Larisa Lazutina 2003-2007 və 2007-2011-ci illərdə Rusiya Parlamentinin deputatı olub. == Həyatı == Larisa Lazutina 1 iyun 1965-ci ildə Rusiyanın Kondopoqa vilayətində anadan olmuşdur. Larisa Lazutina 1972-ci ildə 1 nömrəli məktəbə daxil olub. O 5-ci sinifdən idman ilə məşğul olmaqa başladı. Daha sonra Larisa Lazutina məktəbi bitirdikdən sonra Xabarovsk Bədən Tərbiyəsi İnstitutuna daxil olub. == Karyerası == Larisa Lazutina birinci uğurunu 1985-ci ildə qazandı.
Larisa Luppian
Larisa Luppian (rus. Луппиан, Лариса Регинальдовна; d.26 yanvar 1953; Özbəkistan, Daşkənd) — Sovet və Rus teatr və kino aktrisası, Rusiyanın xalq artisti (1999). Aktyor Mixail Boyarskinin həyat yoldaşı, Sergey Boyarski və Elizabet Boyarskinin anası. Lensovet Teatrının bədii rəhbəri. == Həyatı == 1953-cü ildə 26 yanvar tarixində Daşkənddə anadan olub. 1974-cü ildə Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun İ.Petroviç kursunu bitirib. Lensovet Teatrında işləyir. 1986-1988-ci illərdə Lenin komsomolu Leninqrad Teatrında (1991-ci ildən - Baltik Evi Teatrı) çalışmışdır. Televiziyada "Teatr Dürbülər" televiziya proqramına rəhbərlik etmişdir. === Ailəsi === Luppian soyadı latın mənşəlidir və "səssiz canavar" deməkdir.
Larisa Mixaylova
Larisa Mixaylova (d. 13 iyul 1981) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Mixaylova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Larisa Məmmədova
Larisa Məmmədova (tam adı: Larisa Fərman qızı Məmmədova; 11 avqust 1977, Bakı – 20 yanvar 1990, Bakı) — Qara Yanvar şəhidi və məktəb şagirdi. O, 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir. == Həyatı == Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. === Ölümü === 1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.1990-cı ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. === Ailəsi === Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı. Larisa Məmmədovanın atası Fərman Məmmədov Hamlet Talıbovun ardından 19 noyabr 2020-ci ilədək Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olmuşdur. Həmin tarixdə isə sədrliyi Elvin Mahmudzadəyə həvalə etmişdir.
Larisa Olxina
Larisa Olxina (d. 9 noyabr 1968) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Olxina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Larisa Seriç
Larisa Seriç ( bosn. Larisa Cerić ; cins. 26 yanvar 1991, Travnik ) — Bosniya cüdoçusu, Dünya çempionatının bürünc mükafatçısı , Avropa çempionatının medalçısı (2014, 2017, 2018). == Tərcümeyi-hal == 2009-cu ildən bəri böyük beynəlxalq yarışlarda çıxış edir. 2014-cü ildə Seriç 78 kiloqram çəki dərəcəsində Avropa vitse-çempionu oldu. 2016-cı ildə Braziliya Rio-de-Janeyroda 2016 Yay Olimpiya Oyunlarında iştirak etdi . Lakin, Seriçin çıxışı son dərəcə uğursuz alındı. O, ilk döyüşdə Tunisli cüdoçu Niel Şeyx Rüuya məğlub olaraq çıxışını dayandırdı .
Larisa Vinoqradova
Larisa Afanasyevna Vinoqradova (5 dekabr 1947 – 16 sentyabr 2009, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Larisa Vinaqradova Afanasyevna 5 dekabr 1947-ci ildə Türkmənistanın Mari şəhərində anadan olmuşdur. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin vokal sinfini bitirmişdir. 1 dekabr 1968-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor artisti vəzifəsinə qəbul edilmişdir. Bir qədər sonra aktyor kimi II dərəcəli artist-vokalist keçirilir. Daha sonra aparıcı səhnə ustası kimi fəaliyyətini davam etdirmişdir. Teatrda işlədiyi müddət ərzində bir neçə rollar ifa etmişdir. "Şən dul qadın"da Qanna, "Maritsa"da Qrafinya Maritsa, "Silva"da Silva, "Düyməcik"də Feya, "Bayadera"da Odetta, "Uçan sıçan"da Rozaminda, "Foz Mari"də Vanda, "Çelovek iz Lamonci"də Aldonso, "Drakon"da Elza, "Razvod po-polski"də Krısya, "Mənim gözəl xanımım"da Eliza, "Arşın mal alan"da Gülçöhrə, "Sabahın xeyir, Ella!"da Ella, "Bir dəfə Bağdadda" Züleyxa, "Sıqan prmyer"də Yulyuşka, "Qırmızı papaq"da ana, "Perekryostok"da Zümrüd kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. Subay idi. Larisa Vinaqradova Afanasyevna 16 sentyabr 2009-cu il də Bakı şəhərində vəfat etmişdir.
Larisa Xələfova
Larisa Xələfova (20 yanvar 1950, Bakı) ― aktrisa. == Həyatı == 29 yanvar 1950-ci ildə Bakıda anadan olmuşdur. 1972-ci ildə B. V. Şukin adına teatr peşə məktəbini bitirmişdir. 1972–1974-cü illərdə Sverdlovsk dram teatrının aktrisası, 1975-ci ildən S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Kinoda 1966-cı ildən çəkilir. İlk rolu "İstintaq davam edir" filmində Dilarədir. 30-a qədər filmdə çəkilmişdir. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Eldarın rəfiqəsi Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: vunderkindin anası Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — rol: Fikriyyə Bağlı qapı (film, 1981) Bir ailəlik bağ evi (film, 1978) Cansıxıcı əhvalat (film, 1988) Çalışan adam (film, 1996) De ki, məni sevirsən! (film, 1977) Əlavə iz (film, 1981) Günlərin bir günü...
Larisa Zaspa
Larisa Zaspa (d. 22 sentyabr 1971) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Larisa Zaspa Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Sarıca (Marağa)
Sarıca (fars. ساروجه‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (41 ailə).
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. == Tarixi == Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur. == Əhalisi == Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sarıca bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarısu (Beyləqan)
Sarısu — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Sarısu (Göygöl)
Sarısu — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sarısu oyk., sadə. Beyləqan r-nunda qəsəbə. Düzənlikdədir. Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqəsi Mil düzündəki Sansu adlı göllər qrupunun adı ilə adlandınlmışdır; Göygöl r-nunda kənd. Sarısu çayının sahilində, dağətəyi ərazidədir. Kənd Kürəkçayın sağ qolu olan Sarısu çayının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 448 nəfər əhali yaşayır.