Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pedirka
Pedirka (ing. Pedirka Desert) — Cənubi Avstraliya ərazisində yerləşən elə də böyük olmayan səhra. Təqribi olaraq Odnadatta şəhərindən 100 km şimal-qərbə və 250 km Kuber-Pedidən isə şimal-şərqdə qərarlaşır. Səhranın sahəsi 1250 km² təşkil edir. Səhra Finke biocoğrafi regionuna daxildir. Qumları mavi-qırmızı rəngdədir. Səhrada Acacia aneura akasiya növü bitir. Dyunları alçaqdır və laralel olaraq yerləşir. Səhra təbiət sevərlər arasında məşhur deyildir.
Sedella
Sedella (lat. Sedella) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Sevilya
Sevilya (isp. Sevilla), tarixi adı İşbiliyə (ərəb. إشبيلية‎) — İspaniyada şəhər. Ərazisi 140 km², əhalisinin sayı 703.021 nəfərdir. Sevilyanın həm gerbində, həm də bayrağında "NO8DO" yazısı yazılmışdır. Əslində isə ortadakı simvol "8" rəqəmi deyil, "yun kələfi"dir. İspanca "yun kələfi" "madeja"dır. Alınan söz birləşməsi "no madeja do" — "no me ha dejado" kimi səslənir və mənası "sən məni tərk etmədin" deməkdir. Əfsanəyə görə, bu şüarı şəhərə XII əsrdə kral X Müdrik Alfonso verib. Belə ki, onun oğlu ona qarşı qiyam qaldırmağa cəhd etmiş, lakin xalqın krala olan sədaqəti nəticəsində uğursuz olmuşdur.
Sedilo
Sedilo (sard: Sèdilo) — Sardiniyanın Oristano əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 68,45 km²-dir. Kommunanın əhalisi 2122, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 31 nəfərdir.
Nervon (Sevilya)
Nervon (isp. Nervión) — Sevilya şəhər bələdiyyəsinin inzibati on bir rayonundan biri.
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Sedella congdonii
Sedella congdonii (lat. Sedella congdonii) — dovşankələmikimilər fəsiləsinin sedella cinsinə aid bitki növü.
Sedella leiocarpa
Sedella leiocarpa (lat. Sedella leiocarpa) — dovşankələmikimilər fəsiləsinin sedella cinsinə aid bitki növü.
Sedella pentandra
Sedella pentandra (lat. Sedella pentandra) — dovşankələmikimilər fəsiləsinin sedella cinsinə aid bitki növü.
Sedella pumila
Sedella pumila (lat. Sedella pumila) — dovşankələmikimilər fəsiləsinin sedella cinsinə aid bitki növü.
Serdika edikti
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Sesilya Nevil
Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV Eduard və III Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır. Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.
Sevilla FC
Sevilya FK (isp. Sevilla Fútbol Club S.A.D.) — İspaniyanın eyniadlı şəhərini təmsil edən peşəkar futbol klubu. Sevilya klubu 25 yanvar 1890-cı ildə yaranmışdır . Klubun rəngləri — qırmızı-ağ. La Liqa-da mübarizə aparan klub 2013/14 mövsümündə 5-ci yerdə qərarlaşmışdır. Sevilya klubu 14 oktyabr 1905-ci ildə yaranmışdır. 1905-ci ildə yaranmasına baxmayaraq, Sevilyanın keçirdiyi ilk rəsmi oyun 1908-ci ildə Rekreativoya qarşı olmuşdur. Sevilya 1945/46 mövsümündə İspaniya çempionatının qalibi oldu. 1958-ci ildə Sevilyanın ikinci klubu — Sevilya Atletiko klubu yarandı. Həmçinin 1958-ci ildə Sevilya hal-hazırda ev oyunlarını keçirdiyi Ramon Sançes Pisxuan Stadionunda oynamağa başlamışdır.
Sevilya FK
Sevilya FK (isp. Sevilla Fútbol Club S.A.D.) — İspaniyanın eyniadlı şəhərini təmsil edən peşəkar futbol klubu. Sevilya klubu 25 yanvar 1890-cı ildə yaranmışdır . Klubun rəngləri — qırmızı-ağ. La Liqa-da mübarizə aparan klub 2013/14 mövsümündə 5-ci yerdə qərarlaşmışdır. Sevilya klubu 14 oktyabr 1905-ci ildə yaranmışdır. 1905-ci ildə yaranmasına baxmayaraq, Sevilyanın keçirdiyi ilk rəsmi oyun 1908-ci ildə Rekreativoya qarşı olmuşdur. Sevilya 1945/46 mövsümündə İspaniya çempionatının qalibi oldu. 1958-ci ildə Sevilyanın ikinci klubu — Sevilya Atletiko klubu yarandı. Həmçinin 1958-ci ildə Sevilya hal-hazırda ev oyunlarını keçirdiyi Ramon Sançes Pisxuan Stadionunda oynamağa başlamışdır.
Sevilya bərbəri
Sevilya bərbəri (it. Il Barbiere di Siviglia) — Coakkino Rossininin 2 pərdəli Pyer Bomarşenin eyniadlı pyesi əsasında Sezare Sterbini librettosunda opera. Komik janrda olan bu operanın ilk premyerası 20 fevral, 1816-cı ildə Romada Arcintina teatrında oynanılmışdır (it. Almaviva, ossia l’inutile precauzione). Rossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciət etmiş olması idi. Bundan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Rossini hələ 1816 cı ildə Arcintina teatrı qarşısında karnaval ərafəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazmış olduğu liberettoya izin vermir. Karnavala az vaxt qaldığından mövcud liberettolardan birinə müraciət edir. Beləliklə də "Sevilyalı bərbər" ideyası ortaya çıxmış olur.
Ernesto Sedilyo
Ernesto Sedilyo Ponse de Leon (isp. Ernesto Zedillo Ponce de León; 27 dekabr 1951[…], Mexiko) — 1 dekabr 1994-cü ildən 30 noyabr 2000-ci ilə qədər Meksika Prezidenti. Onunla birlikdə, bir neçə onilliklər ərzində nümayəndələri Meksikanın prezidentləri olmuş İnstitusional İnqilab Partiyasından hakimiyyətə davamlı nəzarəti sona çatmışdır. İnstitusional İnqilab Partiyası 2012-ci ildə Enrike Penya Nyeto prezident olduqdan sonra hakimiyyətə qayıtmışdır. Fəlsəfə doktoru (1974), Yel Universitetinin professoru, Amerika Fəlsəfə Cəmiyyətinin xarici üzvü (2011). == Həyatı == Ernesto Sedilyo Ponse de Leon 27 dekabr 1951-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olmuşdur. O, fəhlə ailəsinin oğlu idi. 1972-ci ildə iqtisadiyyat üzrə Milli Politexnik İnstitutunu bitirmiş, 1978-ci ildə ABŞ-nin Yel Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1971-ci ildə Siyasi və İqtisadi Tədqiqatlar İnstitutu vasitəsilə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. 1987-ci ildə Plan və Büdcə Nazirliyinin katibi vəzifəsinə təyin edilmişdir.
Sevilya alkazarı
Sevilya alkazarı (ispan: Reales Alcázares de Sevilla və ya Real Alcázar de Sevilla) İspaniyanın Sevilya şəhərində yerləşən orijinal olaraq Mavr əsilli müsəlman krallar üçün tikilmiş olan kral sarayıdır. Bu saray, İspaniya və Pireney yarımadasında hələ də mövcud olan Müdəccən memarlıq üslubuna malik olan ən gözəl və təsir edici bina hesab olunur. Sarayın yuxarı mərtəbələri hələ də kral ailəsi tərəfindən istifadə olunur və Patrimonio Nacional adlı milli təşkilat tərəfindən idarə olunur. Dünyada hələ də istifadə edilən ən qədim kral sarayı olan Sevilya alkazarı, Sevilya kafedralı və Qərbi Hind adaları baş arxivi ilə birlikdə 1987-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrsi elan edilmişdir. 1962-ci ildə Alkazar Ərəbistanlı Lourens filmindəki bir səhnə üçün istifadə edilmişdir. 2005-ci ildə sarayın Patio de las Doncellas hissəsi Cənnət krallığı filmindəki bir səhnə üçün istifadə edilmişdir. Game of Thrones serialının 5-ci mövsümün bəzi səhnələri bu sarayda və eyni zamanda da Sevilya şəhərinin digər yerlərində çəkilmişdir.
Yorklu Sesilya
Yorklu Sesilya (ing. Cecily of York; 20 mart 1469, Vestminster sarayı, Böyük London regionu[d] – 24 avqust 1507, Sandaun[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 14 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacılarıyla birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. Çox keçmədən III Riçardın bu qızlardan Elizabet və ya Sesilya ilə evlənəcəyi şayələri yayıldı. Ancaq III Riçard Sesilyanı əsilzadə olmayan öz tərəfdarlarından Ralf Skropla evləndirdi. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi.
Verbena sedula
Verbena litoralis (lat. Verbena litoralis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü. Verbena affinis M.Martens & Galeotti Verbena bonariensis var. litoralis (Kunth) Hook. ex Müll.Berol. Verbena bonariensis var. litoralis (Kunth) Gillies & Hook. ex Hook. Verbena caracasana Kunth Verbena carolina var. glabra Moldenke Verbena gentryi Moldenke Verbena glabrata var.
Şefika Kutluer
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Sevilya Olimpiya Stadionu
Sevilya Olimpiya Stadionu və ya Estadio La Cartuja de Sevilla — rəsmi olaraq Estadio La Cartuja de Sevilla kimi tanınan, İspaniyanın Sevilya şəhərində yerləşən çox məqsədli bir stadion. Əsasən futbol üçün istifadə olunur və ümumiyyətlə arenala Cartuja olaraq adlandırılır. 1999 Yüngül Atletika üzrə Dünya Çempionatı üçün 1999-cu ildə tamamlandı. 60.000 oturacaq tutumu olan Sevilya Olimpiya Stadionu, İspaniyanın ən böyük 6-cı və Əndəlüsün 2-ci ən böyük stadionudur. 2003 UEFA Kubok Finalında Seltik FK və Portu FK arasında oyun keçirildi. Stadion, Sevilyanın 2004 Yay Olimpiya Oyunlarına və 2008 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün təkliflərinə daxil olanlardan biri idi. Son təklif uğursuzluğa düçar olduqdan sonra, həm Real Betis FK, həm də Sevilya FK öz stadionlarından istifadə etdiyi üçün stadion Seviliyanın əsas futbol komandalarından heç biri tərəfindən istifadə edilməmiş qaldı. İspaniya milli futbol komandası vaxtaşırı stadiondan ev oyunları üçün istifadə edir, sonuncu dəfə 2021-ci ildə oynayır. Stadion əvvəllər İspaniya Kral Kuboku Finalına ev sahibliyi edirdi. Royal İspan Tennis Federasiyası 2004 və 2011-ci illərdə Davis Kubokunun finalına ev sahibliyi etmək üçün onu iki dəfə seçib.
İncəsənət Muzeyi (Sevilya)
İncəsənət Muzeyi Sevilya şəhərində (isp. Museo de Bellas Artes de Sevilla) — Sevilya şəhərində yerləşən incəsənət muzeyi . Muzeyin hal-hazırda yerləşdiyi bina, əslində, Fernando III dövründə Pyotr Nolasko tərəfindən təsis edilmiş Merced Kalsada de la Asunon ordeni monastırına aiddir. 22 noyabr 1248-ci ildə şəhərin alınmasından sonra kral monastırın tikintisi üçün torpaq sahəsi ayırdı. Bina mudexar üslubunda memar Juan de Oviedo tərəfindən inşa edilmiş, 1668-ci ildə tikinti tamamlanmışdır. 1810-cu ildə Fransanın işğalı zamanı binanın yanması nəticəsində böyük ziyan dəymişdir. 16 sentyabr 1835-ci ildə bərpa və yenidənqurmadan sonra binada muzey açıldı. 1868-1869-cu illərdə bina yenidən qurulub. Bütün düzəlişlərdən sonra, binanın fasadı klassik xüsusiyyətlərə malikdir. Muzeyin ilk kolleksiyası yaxın kilsə və monastırlar olan rəsm və heykəltəraşlıq əsərləri təşkil edir, belə işləri barokko üslubunda yazılmış Sevilya sənətçisi, üstünlük təşkil edir, burada dini incəsənət təmsil edilib.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Təsviri sənət muzeyi (Sevilya)
İncəsənət Muzeyi Sevilya şəhərində (isp. Museo de Bellas Artes de Sevilla) — Sevilya şəhərində yerləşən incəsənət muzeyi . Muzeyin hal-hazırda yerləşdiyi bina, əslində, Fernando III dövründə Pyotr Nolasko tərəfindən təsis edilmiş Merced Kalsada de la Asunon ordeni monastırına aiddir. 22 noyabr 1248-ci ildə şəhərin alınmasından sonra kral monastırın tikintisi üçün torpaq sahəsi ayırdı. Bina mudexar üslubunda memar Juan de Oviedo tərəfindən inşa edilmiş, 1668-ci ildə tikinti tamamlanmışdır. 1810-cu ildə Fransanın işğalı zamanı binanın yanması nəticəsində böyük ziyan dəymişdir. 16 sentyabr 1835-ci ildə bərpa və yenidənqurmadan sonra binada muzey açıldı. 1868-1869-cu illərdə bina yenidən qurulub. Bütün düzəlişlərdən sonra, binanın fasadı klassik xüsusiyyətlərə malikdir. Muzeyin ilk kolleksiyası yaxın kilsə və monastırlar olan rəsm və heykəltəraşlıq əsərləri təşkil edir, belə işləri barokko üslubunda yazılmış Sevilya sənətçisi, üstünlük təşkil edir, burada dini incəsənət təmsil edilib.