Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Caynizm
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini. Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir.
Çayır
Çayır (lat. Cynodon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Krayniy adası
Kraynı — Kara dənizində ada. Kraynı — Oxot dənizində ada.
Vaynay Sadayuki
Vaynay Sadayuki (和井内貞行, 29 mart 1858 – 16 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır. 1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub. 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib. 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb. 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb. Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib. Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır. 1922-ci ildə ölmüşdür. Kodansha Encyclopedia of Japan.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
İlya Çaşnik
İlya Qriqoreviç Çaşnik (1902–1929) — rus rəssamı. İlya Çaşnik 1902-ci ildə Rusiya İmperiyasında, Lucynda (hazırda Ludza, Latviya) yəhudi ailəsində anadan olub. İlya Çaşnik səkkiz qardaş və bacıları arasında ən kiçik olan idi və son uşağın doğulmasından sonra ailə Vitebskə köçdü. O, 1919-cu ildə Vitebsk İncəsənət Məktəbində oxudu. Onun müəllimləri arasında Mark Şaqal, Kazimir Maleviç və El Lisiçkiy var idi. 1920-ci ildə "UNOVİS" ("Утвердители нового искусства") rəssamlar qrupuna üzv oldu. 1919–1922-ci ildə Vitebsk və Smolenskdəki Oktyabr İnqilabının ildönümündə şəhərin dizayn işlərinə qatıldı. 1921–1922-ci ildə Moskvada keçirilən sərgilərdə iştirak etdi. 1922-ci ildə o, İnstitutu bitirib və Petroqrada getdi. 1922–1923-cü illərdə dizayn, reklam və afişa işləri yaratmağa başladı.
Mixael Hayniş
Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti. Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi. Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur. Mixael Hayniş siyasi partiyalardan uzaq idi.
Nowy Casnik
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache‎) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. Nowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi.
Caynaq əl
Caynaq əl (ing. claw-hand) – əl barmaqlarında fleksio və kontraktura, MKF oynaqlarda açma nəticəsində yaranan deformasiyadır.
Cayn
𐕑 (səslənməsi /dʒ/, transkripsiyası Ǯ, ǯ) — Alban əlifbasının 34-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջայն (J̌ayn) kimi verilmişdir. Sinay palimpsestlərində yer almayan hərflərdəndir və səslənməsi də təqribi verilmişdir.
Kuniya Dayni
Kuniya Dayni (12 oktyabr 1944, Kobe) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Riçard Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çiyni (Ağsu)
Çiyni — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Çiyni kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 200-250 illik tarixi vardır. Kənd Şirvan düzündə, Ağsu-Kürdəmir magistiral yolunun 12 km-liyində, yoldan 5–6 km aralıda yerləşir. Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və maldarlıq təşkil edir. Bundan başqa kənddə taxılçılıq, tərəvəzçilik və meyvəçilik də inkişaf etmişdir. Kənddə mədəniyyət evi və park var. Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Canni Morandi
Canni Morandi (it. Gianni Morandi; 11 dekabr 1944) — məşhur İtaliya müğənnisi. Onun populyarlıq zirvəsi 1960-cı illərə təsadüf etməsinə baxmayaraq, artist bu günədək uğurla çalışmağa davam edir, tez-tez qastrol turlarına çıxır. 1970-ci ildə Morandi İtaliyanı 1970 Avroviziya Mahnı Müsabiqəsində "Occhi di ragazza" (“Qızın Gözləri”) mahnısı ilə təmsil edir və orada 8-ci yeri tutur. 1987-ci ildə 42 yaşlı müğənni Sanremo musiqi festivalında "Si può dare di più" (“Daha çoxunu verə bilərsən”) mahnısı ilə festivalın qalibi olur. Ümumilikdə Canni Morandi 35 albom buraxıb və 400-dən çox mahnı ifa edib. == Albomlar == Gianni Morandi (1963) Ritratto di Gianni (1964) Gianni 3 (1966) Per amore... Per magia... (1967) Gianni 4 – Un mondo d'amore (1967) Gianni 5 (1968) Gianni 6 (1970) Gianni 7 (1970) Un mondo di donne (1971) Il mondo cambierà (1972) Jacopone (1973) Il mondo di frutta candita (1975) Per poter vivere (1976) Old Parade Morandi (1978) Abbraciamoci (1979) Cantare (1980) Morandi (1982) La mia nemica amatissima (1983) Immagine italiana (1984) Uno su mille (1985) Le italiane sono belle (1987) Dalla/Morandi (1988) Varietà (1989) Morandi Morandi (1992) Morandi (1995) Celeste azzurro e blu (1997) Come fa bene l'amore (2000) L'amore ci cambia la vita (2002) A chi si ama veramente (2004) Il tempo migliore (2006) Canzoni da non perdere (2009) Bisogna vivere (2013) D'amore d'autore (2017) Evviva!
Aşağı Çaylı
Aşağı Çaylı, və ya Nerkin Çaylı, və ya Nergin Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin indiki Çaylı kəndi ərazisində keçmişdə mövcud olmuş kənd. == Toponim == Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır. == Coğrafiya == Ərazisi Tərtər çayının sol sahilində yerləşir. == Tarixi == 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı (yəni Yuxarı Çaylı) və Nerkin Çaylı (yəni Aşağı Çaylı) kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı.