Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yelena Yatsenko
Yelena Yatsenko (d. 4 noyabr 1977) — Ukraynanı təmsil edən həndbolçu. Yelena Yatsenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Vladimir Yatsenko
Vladimir Viktoroviç Yatsenko (ukr. Володимир Вікторович Яценко; 10 dekabr 1977) — Ukrayna kinoprodüseri. Vladimir Viktoroviç Yatsenko 10 dekabr 1977-ci ildə anadan olmuşdur. O, Kiyev Milli İqtisad Universitetini iqtisadiyyat, Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini prodüser ixtisası ilə (fərqlənmə diplomu) bitirmişdir. Yatsenko sonradan bu universitetlərdən ikinci diplomunu yandırılmalı olduğunu bildirmişdir. Yatsenko 2000–2005-ci illərdə Moskvada işləmişdir. O, bu dövrdə əsasən reklam məhsulları ilə bağlı çəkilişlərdə iştirak etmişdir. Yatsenko 2004-cü ildə çəkilmiş "Gecə satıcısı" filminin direktoru idi (rejissor Valeri Rojnov, prodüseri Sergey Selyanov). Özünün xatirələrinə görə: Yatsenko sonra Kiyevə qayıtmış və burada reklam çəkilişləri ilə məşğul olan "Limelite" istehsal mərkəzini təsis etmişdir. O, bir neçə qısametrajlı filmin, o cümlədən Mariya Ponomarevanın çəkdiyi "Valideynlər günü" (ing.
Lina Kostenko
Lina Vasiliyevna Kostenko (19 mart 1930) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. == Həyatı == O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.. Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur. Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu. Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu.