Vladimir Yatsenko

Vladimir Viktoroviç Yatsenko (ukr. Володимир Вікторович Яценко; 10 dekabr 1977[1]) — Ukrayna kinoprodüseri.

Vladimir Yatsenko
Doğum tarixi 10 dekabr 1977(1977-12-10)[1] (46 yaş)
Vətəndaşlığı
Fəaliyyəti film prodüseri
Təhsili
Mükafatları Order for Bravery 3rd Class of Ukraine
IMDb ID2353294
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Viktoroviç Yatsenko 10 dekabr 1977-ci ildə anadan olmuşdur. O, Kiyev Milli İqtisad Universitetini iqtisadiyyat, Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini prodüser ixtisası ilə (fərqlənmə diplomu) bitirmişdir. Yatsenko sonradan bu universitetlərdən ikinci diplomunu yandırılmalı olduğunu bildirmişdir.[2]

Yatsenko 2000–2005-ci illərdə Moskvada işləmişdir. O, bu dövrdə əsasən reklam məhsulları ilə bağlı çəkilişlərdə iştirak etmişdir. Yatsenko 2004-cü ildə çəkilmiş "Gecə satıcısı" filminin direktoru idi (rejissor Valeri Rojnov, prodüseri Sergey Selyanov).[3] Özünün xatirələrinə görə:[4]

" Bir gün Selyanov mənə çox bəyəndiyim ssenarini göndərdi – “Gecə satıcısı”. Mənə 300 min dollar verdi və dedi: "Get çək". Orada mənim ulduzlarım var idi – Viktor Suxorukov, Ingeborq Dapkunayt. Başımı tutdum – bu pulla nə edim, hər şeyi necə təşkil edim? Şükürlər olsun ki, filmi çəkdik. Selyanov yalnız birinci gün, sonra isə film başa çatdıqdan sonra gəlib baş çəkdi. "

Yatsenko sonra Kiyevə qayıtmış və burada reklam çəkilişləri ilə məşğul olan "Limelite" istehsal mərkəzini təsis etmişdir. O, bir neçə qısametrajlı filmin, o cümlədən Mariya Ponomarevanın çəkdiyi "Valideynlər günü" (ing. Family hour; 2018) filminin prodüseri və birgə prodüseri kimi çıxış etmişdir.[5]

Yatsenko 2018-ci ildə Sergey Jadanın "Voroşilovqrad" romanı əsasında Yaroslav Lodıginin çəkdiyi "Vəhşi tarla" bədii filminin prodüseri olmuşdur. Film, Yatsenkonun sözlərinə görə, "cəsarətli eksperiment" olmuş və ziddiyyətli rəylər toplamışdır.[6] O, 2019-cu ildə Nəriman Əliyevin çəkdiyi "Ev" filminin prodüseri olmuşdur. 26 yaşlı rejissorun debüt işi Kann Film Festivalının "Qeyri-müəyyən münasibət" proqramına seçilmiş,[7][8] Odessa Beynəlxalq Film Festivalının Qran-pri mükafatına layiq görülmüş[9] və Ukrayna tərəfindən "Oskar" mükafatına namizəd göstərilmişdir.[10] Yatsenkonun növbəti istehsal işi Valentin Vasyanoviçin rejissoru olduğu, eyni zamanda Ukraynadan "Oskar" mükafatına namizəd olmuş və bir sıra beynəlxalq və milli mükafatlara, o cümlədən 76-cı Venesiya Film Festivalının "Üfüqlər" proqramının birinci mükafatına layiq görülmüş "Atlantida" (2019) filmi olmuşdur. rejissor tərəfindən festivalda iştirak Yatsenkonun işi ilə əlaqədar idi). Vasyanoviçin izah etdiyi kimi, festivalda iştirak Yatsenkonun işi ilə bağlı olmuşdur.[11]

Yatsenko 2017–2019-cu illərdə Ukrayna Kino Sənayesi Assosiasiyasına rəhbərlik etmişdir.[12] O, 2019-cu ildə Avropa Film Akademiyasının üzvü seçilmişdir.[13] Yatsenko əsas vəzifəsini Ukrayna kinematoqrafiyası beynəlxalq brendinin yaradılmasında gördüyünü qeyd etmişdir.[14]

  1. 1 2 https://dzygamdb.com/uk/persons/1565.
  2. Продюсер «Додому» и «Дикого поля» Владимир Яценко: «Институт Карпенко-Карого нужно сжечь» Arxivləşdirilib 2023-02-07 at the Wayback Machine // Bird In Flight, 6.11.2019.
  3. "Arxivlənmiş surət". 2007-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  4. "Кинопродюсер Владимир Яценко: Наша сверхзадача — создать международный бренд украинского кино — DSnews.ua". www.dsnews.ua. 12 iyn 2021. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  5. "Батьківський День (Family Hour) | Фільми". Українська Кіноакадемія. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  6. ""Дикое поле": кадры, которых в украинском кино не видели". BBC News Україна. 7 noy 2018. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  7. "Український фільм «Додому» візьме участь у конкурсі Каннського кінофестивалю". detector.media. 18 apr 2019. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  8. "Продюсер «Дикого поля» Владимир Яценко везет в Канны украинский фильм. Он советует, что из программы фестиваля стоит посмотреть". babel.ua. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  9. "Фильм «Додому» Наримана Алиева получил Гран-при Одесского кинофестиваля - Телеканал ATR". ATR.UA. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  10. «Додому» показали в Голливуде во время промокомпании фильма на соискание премии «Оскар» Arxivləşdirilib 2023-03-03 at the Wayback Machine // Delo.ua, 28.11.2019.
  11. "Валентин Васянович: "Я считаю свой фильм самым патриотическим украинским фильмом"". Зеркало недели | Дзеркало тижня | Mirror Weekly. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  12. "Володимир Яценко залишив посаду голови Асоціації кіноіндустрії України". detector.media. 11 noy 2019. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  13. "Arxivlənmiş surət". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  14. Володимир Яценко — член Європейської кіноакадемії // Официальный сайт Государственного агентства Украины по вопросам кино, 23.08.2019 (архивная копия).