Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viti Çereviçkin adına Uşaq parkı
Viti Çereviçkin adına Uşaq parkı — Rostov-na-Donu şəhərində yerləşən park. Park şəhərdə yeganə uşaq parkdır. Park şəhərin mərkəzində Sovetski küçəsində yerləşir. Park ilk dəfə 1880-ci ildə salınmışdır. Parkın ilk adı Aleksandr bağı olmuşdur. Bu bağ Rusiya İmperiyasının imperatoru II Aleksandrın imperator kimi tac qoymasının 25 illiyi münasibəti ilə inşa edilmişdir 1894-cü ildə burada Aleksandr kolonnası quraşdırılır. 11 metrlik kolonna italyan arxitektoru Tonettinin layihəsinin əksi olaraq Nikolay Nikitiç Durbax tərəfindən yaradılmışdır. Sovet dönəmində imperiya ilə əlaqədar olan emblemlər abidədən çıxarılmışdır. 1994-ci ildə qranit lövhə və iki başlı qartal yenidən quraşdırılmışdır. Hazırda abidə yerli əhəmiyyətli mədəni abidə sayılır.
Ksaveri Çerniçki
Ksaveri Çerniçki (16 oktyabr 1882 – 1940, Katın[d], Smolensk vilayəti) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həyatı == 1905-ci ildə rus donanmasında miçman rütbəsində qulluq etməyə başladı. Birinci dünya müharibəsinin sonuna qədər gəmi kapitanı rütbəsinə qədər yüksəlir. 1917-ci ildə rus ordusundakı vəzifəsindən istehfa etdi. 1919-cu ildə könüllü olaraq Polşa donanmasında xidmət etməyə başladı. Polşa donanmasının Baltik dənizinin sahillərini yenidən əldə etməsində xüsusi xidmətlər sərgilədi. Sovet-Polşa müharibəsində Modlin dəniz istehkamının komandanı olaraq iştirak etdi. 1938-ci ilə qədər donanma admiralı rütbəsinə qədər yüksəlməyi bacardı. 1939-cu ildə Polşanın işğalından sonra NKVD tərəfindən əsir götürüldü. 1940-cı ilin aprel ayında 14 yüksək rütbətli polyak zabiti ilə birlikdə Katın qırğınının qurbanı oldu.