Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çerkessk
Çerkessk (rus. Черкесск) — Rusiya Federasiyasının Qaraçay-Çerkesiya Respublikasında şəhər. Tarixi Batalpaşa (rus. Баталпашинск), müasir adı Çerkessk olan şəhər Qaraçay-Çərkəz Muxtar vilayətinin inzibati mərkəzidir. (Qaraçay türkləri özlərinə "qaraçaylı" deyirlər). 1787-1791-ci illər Rus-Türk müharibəsi tam şiddəti ilə qızışmaqda idi. Torpaq üzərində qurban gedən şəhidlərlə birlikdə qəsbkarlara da məzar olan İsmayıl qalasının zəbt olunduğu vaxt (1790) Kuban nəhri də qanla ləbələb axırdı. Bir-birini təqib edən Qafqaz müharibələri şəraitində genişlənən rus işğalından yaxa qurtarmaq istəyən Qafqaz xalqlarının yardım tələbiylə Osmanlı dövləti 1789-cu ildə Battal paşa komandanlığı altında Qara dəniz sahillərinə 30 minlik qüvvə çıxarmışdı. Budur, şücaətli Batal paşa Anapadan üzü yuxarı Kuban boyunca hərəkətə keçmişdir. II Yekaterinanın 10-15 il əvvəl Qara dəniz boyunca yerləşdirdiyi kazaklar Kuban sahillərində qafqazlıların qarşısını kəsdilər.
Çernuşka
Çernuşka — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir
Bronislav Çervenka
Bronislav Çervenka — Çexiya futbolçusu. Karyerası ərzində vətənində "Uyezdeç" (Luxaçoviç), "Uherski Brod", "Slaviya" (Uherski Hradiste), "Drnovitse", "Zlin" klublarında oynamış Çervenka 2007-ci ilin yayınadək Çexiya çempionatında 277 oyun keçirərək 22 qol vurub. İnter Bakı klubunda iki mövsüm keçirən çexiyalı Azərbaycan çempionatında 42 matça 2 qol vurmaqla, bir qızıl və bir gümüş medal qazanıb.
Qaraçay-Çerkesiya
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qaraçay-Çerkesiya Respublikası