QARACA

1
I
прил.
1. чёрненький
2. смугленький, тёмненький
II
сущ. чернушка, смуглянка, черноволосая девочка
◊ qaraca qəpiyə dəyməz медного гроша не стоит
2
сущ. бот.
1. спорынья:
1) болезнь злаковых растений, вызываемая паразитным грибом
2) название этого гриба
2. чернушка (род растений сем. лютиковых; нигелла)
3
сущ. зоол. чернушка (птица рода горихвосток). Qaraca odquyruq горихвостка-чернушка
QARABURUN
QARACADARI
OBASTAN VİKİ
Qaraca lilcüllüt
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Qaraca qız (balet)
Qaraca qız baleti — bəstəkar Əşrəf Abbasovun yaradıcıllığının zirvəsində yazdığı uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatırının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdır. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdur. Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, "Qaraca qız" həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan "Qaraca qız" isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər. İlk uşaq baletinin müəllifi Исай Рубенчик.
Qaraca qız (film, 1966)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır. Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır. Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Qaraca (Heris)
Qaraca (fars. قراجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,081 nəfər yaşayır (215 ailə).
Qaraca (Miyanə)
Qaraca (fars. قراجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (70 ailə).
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Qaraca kəsilişi
Qaraca kəsilişi Azərbaycanın dördüncü dövr sisteminin abşeron – alt xəzər çöküntülərinin klassik kəsilişi sayılır. Kəsiliş eyniadlı antiklinalın quruluşunda iştirak edərək Mingəçevir şəhərinin ətrafında yer səthinə çıxır. Burada abşeron çöküntüləri kontinental fasiya (525 m), pleystosen törəmə­ləri isə kontinental və dəniz fasiyaları (100m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə şirin su və dəniz molyuskları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri aşkar edilmişdir.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Əhməd Qaraca
Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi. Əhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb. Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir. Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca (dağ, Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca (dağ, Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca dağı (Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca dağı (Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca qız (film)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır. Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Qaraca-i Meydandağı (Miyanə)
Qaraca-i Meydandağı (fars. قره حاجي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Qaraca-i Məhəmməd (Mərənd)
Qaraca-i Məhəmməd (fars. قراجه محمد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,396 nəfər yaşayır (343 ailə).
Qaraca Qız (1966)(Kinoalmanax)
Zeynəddin Qaraca bəy Zülqədər
Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu Zülqədər — Zülqədəroğulları bəyliyinin banisi, hökmdar. Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu 1334–1353-cü illərdə Zülqədəroğulları bəyliyinin başçısı olmuşdu. Elxanlı dövləti hökmdarı Əbu Səid Bahadur xanın buraxdığı boşluqdan istifadə edən Qaraca bəy məmlüklərin Hələb valisi ilə birləşərək Əlbistanı ələ keçirdi. Bəylik qurduqdan sonra ilk savaşını Ərətna bəyliyinə qarşıbaşladı. Təfsilatı ilə qeyd etsək XIII yüzilin sonlarında Hələb və Antəb arasındaki bölgələrə yerləşən Bozoq türkmənləri burada bəzən məmlüklərlə birlikdə quzeyə, şimala doğru yailan səfərlərə qatılır, bəzən də yalnız başlarına Çuxurovadaki ermənilər üzərinə basqın edirdilər. Elxanlı hakimiyəti altında olan Anadolu içlərinə qədər gələn bu türkmənlərin başında Həsən bəy oğlu Zeynəddin Qaraca bəy dururdu. Zeynəddin Qaraca bəyin ətrafında toplanan türkmənlər Antəbdən Əlbistana qədər uzanan bölgələri əllərinə keçirmişdilər. Bunların məmlüklərin davamlı hücumları ilə sarsılmış olan kiçik erməni knyazlığının zəif düşməsindən də faydalanaraq beş min atlı ilə Çuxurovaya girdikləri və bu knyazlığın şərq bölgələrini xaraba qoyaraq zəngin gənimətlərlə Maraşa geri döndükləri bilinməkdədir (1335). Eyni tarixdə Elxanlı hökmdarı Əbu Səid Bahadır xan ölmüş və Anadoludaki türkmən bəyləri üçün bir hərəkət yolu açılmışdı. Bu fürsətdən faydalanan və Qaraca bəy kimi bir türkmən bəyi olan Taraqlı Xəlil bəy Əmir Ərətnanın əlindən Əlbistan yörəsini almağa müvəffəq oldu.
Leyli və Məcnun (Qaracadaği)
"Leyli və Məcnun" — XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği tərəfindən yazılmış lirik-realistik poemadır. == Məzmunu == Sadələşdirilmiş süjetə malik əsərdə bir-birinə bağlı, düyümlü, müxtəlif intriqalar doğuracaq hadisələr və ikinci planda duran köməkçi personajlar yoxdur. Şair, yalnız Məcnunun dili ilə danışır, iztirablarını təsvir edir. Leylinin qəlbi və sevgisi isə məchul qalır. Birinci görüşlərində Leyli Məcnunu deyə rədd edirsə də, az keçmədən onun iztirabına acıyır və ümidverici bir ahənglə deyir: Oxucu qızla, onun sevgi macərası ilə tanış olmağa imkan tapmamış qasiddən onun başqasına ərə verilməsi xəbərini öyrənir. Əvvəlki "Leyli və Məcnun"larda bu hadisə hər iki aşiqin romantik ölümü ilə bitsə də, burada çox real fonda, birisinin başqasına ərə verilməsi, digəriin isə qürbətə düşməsi ilə yekunlaşır. == Tədqiqi == H. Səmədzadə Əndəlibin poemasını Füzulinin "Leyli və Məcnun"unun təsiri ilə yazdığını qeyd edir və bunun ilk növbədə poemanın bəhrində özünü göstərdiyini vurğulayır. Poemanın ilk misrası olan "Məşşateyn-feyz sünbari" Füzuli "Leyli və Məcnun"unun başlanğıcındakı "Meşşateyn növərus-aləm" misrasını xatırladr.Bu xatırlatmaların getdikcə dərinləşməsinə baxmayaraq, Əndəlibin "Leyli və Məcnun"u bir çox maraqlı xüsusiyyətlərinə görə daha əvvəl bu mövzuda yazılmış əsərlərdən fərqlənir. Həcm etibarilə böyük olmayan bu poema ərəb folkloru əsasında deyil, sadəcə təsir nəticəsində yazılmışdır. Bu orijinallıq ilk növbədə poemadakı romantik və realistik məqamların münasibətindədir.
Leyli və Məcnun (Əndəlib Qaracadaği)

Məcid bəy Qaracaəmirli
Məcid bəy Qasım oğlu Qaracəmirli (?, Şəmkir - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına li təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulan sləbələrdən biri. 1919-cu ilədək Xarkov Universitetinin hüquq fakültəsində 3 il təhsil almışdı. Qaracəmirli Məcid təhsilini davam etdirmək üçün Azərbaycan hökumətinin Xalq Maarifi Nazirliyinə müraciət etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Məhəmmədcəfər Qaracadaği
Məhəmmədcəfər Qaracadaği (1835 – 1883, Tiflis) — Azərbaycan maarifçisi, tərcüməçi. Məhəmmədcəfər Qaracadaği ehtimallara görə 1835-ci ildə anadan olmuşdur. M.F.Axundovun komediyalarını, "Aldanmış kəvakib" povestini fars dilinə çevirmiş, 1871-1874-cü illərdə əvvəlcə parça-parça, 1874-cü ildə isə Tehranda kitab şəklində nəşr etdirmişdir. Onun tərcümələri fars nəsrinin sadələşməsində, İranda dramaturgiyanın yaranmasında, demokratik ideyaların inkişafında mühüm rol oynamışdır. QƏrbi Avropa şərqşünasları M.F.Axundovun əsərləri ilə ilk dəfə, əsasən, həmin tərcümələr vasitəsilə tanış olmuşlar. M.F.Axundov Məhəmmədcəfər Qaracadağiyə məktubunda onun tərcümələrini yüksək qiymətləndirmişdir. Axundov M.F. Fars dilində yazılmış məktubların mətni. B.: 1963 Məmmədzadə H. Mirzə Fətəli Axundov və Şərq.
Nurlan Qaracayev
Qaracaarbat (Miyanə)
Qaracaarbat (fars. قراجه اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Qaracaağılı (Germi)
Qaracaağılı (fars. قراجه اغل‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (30 ailə).
Qaracabinə
Qaracabinə — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd.
Qaracadağ
Qaradağ (az-əbcəd. قره‌داغ‎) və ya Qaracadağ (az-əbcəd. قراجه‌‌داغ‎), həmçinin Arazbaran (fars. ارسباران‎, Arasbaran, hərf. Arazın sahilləri') və ya qısaca Arazbar (fars. ارسبار‎, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən Araz çayına qədər uzanan böyük dağlıq ərazi. Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur. X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var. Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir. Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi. İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir.
Qaracahisar qalası
Qaracahisar qalası — Osmanlının İlk fəth etdiyi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Əskişəhər ilinin Odunbazarı ilçəsində yerləşir. Əskişəhirin cənub-qərbində olan Qaracahisar qalası dəniz səviyyəsindən 1010 metr yüksəklikdə yerləşir. Təxminən 200x300 metr ölçülərində hasar ilə çevrəli bir ərazini əhatə edir. Qaracahisar qalası mövqeyi və arxitektura xüsusiyyətləri etibarı ilə "Kastro" ya da "Qala şəhər" olaraq adlandırılan məskunlaşmaların xüsusiyyətlərini əks etdirir. Anadoluda VII və VIII əsrdə meydana gəlməyə başlayan qala şəhərlər Orta Bizans dövrünün hərbi şəhərləri olaraq deyilməkdədir. VIII əsrdən etibarən nizamlı olaraq Fars və Ərəb axınlarına məruz qalan bu məskunlaşmaların XI və XII əsrlərdə Səlcuqlu hakimiyyətinə girdiyi; XIII və XIV əsrlərdə İstanbul və Bitinyada olan Bizans məskunlaşmaları xaricindəki Anadoludakı bütün şəhərlərin Türkmən bəylikləri tərəfindən ələ keçirildiyi məlumdur. Qaracahisar və qərbində Bizans məskunlaşmalarına əvvəllər Səlcuqlu, sonra Osmanlı təhdidi qarşısında istehkamları tikildiyi, yeni qala şəhərlərin yaradıldığı məlumdur. Qaracahisarın Bizans imperatorluğunun bu dövr içərisində müdafiə etməyə istiqamətli olaraq inşa etdiyi məskunlaşmalar arasında olub olmadığı ya da var olan bir qala şəhər olaraq güçləndirilib güçləndirilmədiyi barədə hər hansı bir yazılı sənəd yoxdur.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Qaracalal dağı
Qaracalal dağı — Babək rayonu ərazisində dağı Naxçıvan çökəkliyinin şimal-şərqindən keçən Qaracalal-Qızılboğaz ekstruziv tirəsinin suayırıcındadır. Hündürlüyü 1478 metr Konusvarı yüksəklik əmələ gətirir. Vulkanik süxurlardan (andezit-dasit) ibarətdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 254. ISBN 5-8066-1468-9.
Qaracalar
Qaracalar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaracalar (Borçalı) — Gürcüstanın Borçalı mahalında kənd. Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd. Qaracalar (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qaracalar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Qaracalar (Borçalı)
Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd. Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir. 2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır. Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Qaracalar (Naxçıvan)
Qaracalar — türk tayfası Naxçıvanda yaşamış türk tayfası olub (bax kəngərlər). Yazılı qaynaqlarda V əsrdən Naxçıvan ərazisində yaşamış Kəngərlərin içərisində Qaracalar tayfasının adına rast gəlinir. XVIII- XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan bir sıra qol və tirələrin arasında qaracalı nəsilinin adı çəkilir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 254. ISBN 5-8066-1468-9.
Qaracalar (Qarayazı)
Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd. Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir. 2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır. Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Qaracalar (Saatlı)
Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1033 nəfərdir. Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır. Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir. Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir. Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s.
Qaracalar (Telavi)
Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
Qaracalar (Əştərək)
Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Alagöz dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaraçalar türk tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür.

Значение слова в других словарях