Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lesnoe
Yaşayış məntəqələriLesnoe (Belarus) —GöllərLesnoe gölü (Tatarıstan) —
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
İlya Çaşnik
İlya Qriqoreviç Çaşnik (1902–1929) — rus rəssamı. == Həyatı == İlya Çaşnik 1902-ci ildə Rusiya İmperiyasında, Lucynda (hazırda Ludza, Latviya) yəhudi ailəsində anadan olub. İlya Çaşnik səkkiz qardaş və bacıları arasında ən kiçik olan idi və son uşağın doğulmasından sonra ailə Vitebskə köçdü. O, 1919-cu ildə Vitebsk İncəsənət Məktəbində oxudu. Onun müəllimləri arasında Mark Şaqal, Kazimir Maleviç və El Lisiçkiy var idi. 1920-ci ildə "UNOVİS" ("Утвердители нового искусства") rəssamlar qrupuna üzv oldu. 1919–1922-ci ildə Vitebsk və Smolenskdəki Oktyabr İnqilabının ildönümündə şəhərin dizayn işlərinə qatıldı. 1921–1922-ci ildə Moskvada keçirilən sərgilərdə iştirak etdi. 1922-ci ildə o, İnstitutu bitirib və Petroqrada getdi. 1922–1923-cü illərdə dizayn, reklam və afişa işləri yaratmağa başladı.
Nowy Casnik
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache‎) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Nowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi.
Cenoa FK
Cenoa FK (it. Genoa CFC) — Italiyanın Liquriya bölgəsindəki Genuya şəhərini təmsil edən peşəkar futbol klubu. İtaliyanın ən yaşlı və ən titullu klublarından biri olan "Cenoa", 9 dəfə İtaliya çempionluğunu qazanıb. Klub 1898–1900-cü illərdə İtaliya çempionatının ilk üç mövsumunun qalibi olublar. == Tarixi == "Cenoa" klubunun tarixi 1893-cü ildən başlayır. Rəsmi olaraq 7 sentyabr 1893-cü ildə kriket klubu kimi təsis edilmişdir. Əvvəlcə "Genoa Atletika və Kriket Klubu" adlanırdı. Bu idman cəmiyyətinin ilk illərində onun üzvləri yalnız kriket və atletika üzrə yarışırdılar. Həmin vaxt klubu xaricdən gələn ingilislər təmsil edirdi. Klubun futbol komandası 4 il sonra, 1897-ci ildə yaranır.
Oqnevoy meşok
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər.Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Ceyms Cozef Dresnok
Ceyms Cozef Dresnok (ing. James Joseph Dresnok; kor. 제임스 조지프 드레스녹) — ABŞ ordusunun keçmiş şəxsi birinci sinif rütbəli hərbçisi. Koreya müharibəsi zamanı Şimali Koreya tərəfə keçmiş altı ABŞ hərbçisindən biri. Dresnok Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin rəhbərliyi altında çəkilmiş bir çox təbliğat filmində rol almış, həyatına paytaxt Pxenyanda ingilis dili müəllimi kimi davam etmişdir. 2017-ci ilin 28 yanvar tarixində Columbia Broadcasting System telekanalında yayımlanan 60 dəqiqə verilişində Dresnok Şimali Koreyada yaşayan sonuncu ABŞ hərbçisi kimi təqdim olunub. 2006-cı ildə həyatından bəhs edən Sərhəddi keçmək adlı sənədli filmi 2007-ci ildə Sandens Film Festivalında təqdim olunmuşdur.Özünü daha çox Co Dresnok kimi təqdim etməyə üstünlük verən Dresnok, qərb mediyası tərəfindən Ceyms, Co və Jim şəklində adlandırılmışdır. Ceyms Dresnok 2016-cı ilin noyabr ayında yaşadığı paytaxt Pxenyan şəhərində 75 yaşında vəfat etmişdir. == Həyatı == Ceyms Desnok 1941-ci ilin 24 noyabr tarixində Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Norfolk şəhərində anadan olub. Valideynləri Dresnokun 10 yaşı olarkən boşanır və o, atasının himayəsində Pensilvaniya ştatında yaşamağa başlayır.
Lesnoe gölü (Tatarıstan)
Lesnoe gölü —Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Kamsk-Ustinski rayonunda, Bolşie Klari kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 80 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,67 ha-dır. Orta dərinliyi 1 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 12000 m³dir. Yeraltı sularla qıdalanır.
Cenk Tosun
Cenk Tosun (7 iyun 1991, Vetzlar, Hessen) — Beşiktaşın və Türkiyə milli futbol komandasının hücumçusu. == Həyatı == == Komanda karyerası == === Ayntraxt FK === === Qaziantepspor === Kişi Cenqo === Beşiktaş PFK === ==== 2014-2015 ==== Cenk Tosun 02 fevral 2014-cü ildə Beşiktaşa transfer olunmuşdur. Bu klubla 5 illik müqavilə imzaladı. Beşiktaş PFK-da oynamağının hər zaman xəyalı olduğunu deyirdi. 2014/15 mövsümündə Türkiyə Super Liqasında 18 matçda 5 qol atdı. Türkiyə Kubokunda 2 qarşılaşmada 3 qol atdı. Avrokuboklarda 8 görüşdə 1 qol atdı. ==== 2015-2016 ==== Cenk Tosun üçün bu mövsüm uğurlu keçdi.Türkiyə Super Liqasında 29 matçda 8 qol atdı, 4 məhsuldar ötürmə etdi. Beşiktaş PFK ilə Liqada çempion oldu. Türkiyə Kubokunda 8 görüşdə 7 qol atdı, 1 məhsuldar ötürmə etdi.
Cenk Tunalı
Cenk Tunalı (türk. Cenk Tunalı) — Türkiyə aktyoru. == Həyatı == Cenk Tunalı 9 sentyabr 1978-ci ildə İstanbulda dünyaya gəlib. 1996-cı ildə Cağaloğlu Anadolu Liseyindən, 2000-ci ildə İstanbul Dövlət Konservatoriyasının Teatr bölümündən məzun olub. Bir müddət Haldun Dormənə assistentlik edib. 2000-ci ildə Haldun Dormənin dəstəyi ilə "Teatr Qılçıq" qrupunu qurub. 4 il bu qrupda dramaturqluq, aktyorluq və rejissorluq edib. İstanbul Dövlət Teatrında bir çox tamaşada rol alıb. Bundan başqa müxtəlif filmlərə, teleseriallara çəkilib. Uzun müddət səhnələrdə bir aktyorun komediya tamaşaları şousunu qurub.
Cenk Ünnü
Cenk Ünnü (d. 1967) – Türkiyə musiqiçisi. Pentagram adlı qrupun təbilçisi və qurucusudur. == Həyatı == 1967-ci ildə İstanbulda doğulub böyümüş, İstanbul Universitetinin ədəbiyyat fakultəsini bitirmişdir. 1987-ci ildə Hakan Utangaç ilə birlikdə Pentagram qrupunu qurmuşdur. Evlidir, Arda və Öykü adında uşaqları var.
Lesnoe gölü (Laişevski rayonu)
Lesnoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Lesnoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Bolşie Kabanı kəndindən 6,0 km şimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 470 metr, maksimal eni isə 100 metrdir. Su səthinin sahəsi 1,65 ha-dır. Orta dərinliyi 5 metr, maksimal dərinliyi 12 m təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 120 min m³-dir. Qıdalanması qarışıqdır. Yeraltı və yağış suları ilə qıdalanır.