Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Cestoda
Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir. == Quruluşu və fiziologiyası == Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır.
Cessika Alba
Cessika Mari Alba (ing. Jessica Marie Alba; 28 aprel 1981) — amerikalı aktrisadır. Saturn mükafatı (2000) və MTV Kino Mükafatı (2006) laureatıdır. Karyerası 1994-cü ildə başlayıb. "Qaranlıq mələyi" serialında çəkilmişdir. == Həyatı == Cessika Alba Pomona, Kaliforniyada doğulmuşdur. Anası danimarkalı və kanadalı fransızdır, atası meksikalıdır. Joshua adlı özündən böyük bir qardaşı var. Bir vaxt özünü feminist kimi hiss etdiyini reportajlarında bildirmişdir. 2008-cildə Cash Warren adlı aktyorla evlənmişdir, iki övladı var.
Cessika Augusto
Cessika Augusto (8 noyabr 1981) — Portuqaliyalı marafonçu. Cessika Augusto Portuqaliyanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmdə Avropa Çempionatlarında bir gümüş və üç bürünc medal qazanıb. == Karyerası == Cessika Augusto birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında 16:05.71 saniyəlik nəticə ilə 26-cı, 3000 metr məsafəyə maneəli qaçış yarışlarında 9:30.23 saniyəlik nəticə ilə 20-ci yeri tutdu. Cessika Augusto özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Cessika Augusto marafon məsafəsini 2 saat 25 dəqiqə 11 saniyəyə qət edərək 7-ci yeri tutdu. Cessika Augusto növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1978, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Cessika Ceyms
Jessica Jaymes (8 mart 1976, Ankoric – 17 sentyabr 2019) — ABŞ-lı porno ulduz. == Həyatı == Jessica Jaymes yetkin kino karyerasına 2002-ci ildə başladı və 2009-cu ildə Brazzers ilə müqavilə imzalamışdır.
Cessika Kamposano
Cessika Kamposano (d. 26 noyabr 1992) — Kolumbiyalı üzgüçü. Cessika Kamposano Kolumbiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Cessika Kamposano birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:04.13 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 33-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cessika Lanc
Cessika Lanc (ing. Jessica Lange, 20 aprel 1949[…], Klokey[d], Minnesota)— 2 dəfə Oskar mükafatına layiq görülmüş amerikalı aktrisa. 2010-cu ildə Lanc, HBO seriyasındakı Boz Bağçalar (2009) filmindəki Jaklin Kennedinin xalası Edit Yuinq Buve Bil roluna görə ilk Emmi mükafatını qazandı. 2011-2014-cü illər arasında ilk Ekran Aktyorları Gildiyası Mükafatını, ilk tənqidçilər seçimi, 5-ci Qızıl Kürə, üç Dorian Mükafatını və serialın ilk, ikinci və üçüncü mövsümlərindəki çıxışlarına görə ikinci və üçüncü Emmi Mükafatlarına layiq görüldü.Pibodi mükafatlı Luis C.K.in veb saytında köməkçi rolu var. 2017-ci ildə Lanc, Münaqişə mini seriallarında aktrisa Coan Krauford rolu üçün 8. Emmi, 16. Qızıl Kürə, 6. Ekran Aktyorları Gildiyası və 2. TCA nominasiyasını qazandı. 2019-cu ildə Amerikan qorxu hekayəsindəki roluna görə onuncu Emmi namizədliyini aldı.
Cessika Mauboy
Cessika Hilda Mauboy (ing. Jessica Hilda Mauboy; 4 avqust 1989, Darvin) və ya sadəcə Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açan müğənni 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasında iştirakdan sonra şöhrət qazanmışdır. Yarışmada ikinci yeri qazandıqdan sonra o Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamış və müğənninin musiqi yarışmasındakı canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. Daha sonra Cessika 2007-ci ildə qısa müddətlik Young Divas qrupunun üzvü olmuşdur. Növbəti ildə müğənninin Been Waiting adlı ilk studio albomu təqdim edilmişdir. Albomda yer alan "Burn" mahnısı bir neçə hit paradlarda birinciliyə yüksəlmişdir. Albom ümumilikdə 2009-cu il üzrə Avstraliyada ən çox satılan ikinci albom olmuşdur. Cessika Mauboyun əsasən R&B musiqi janrında olan mahnılardan təşkil olunmuş ikinci studio albomu Get 'Em Girls 2010-cu ildə işıq üzü görmüşdür. Müğənninin 2013-cü ildə tədqim olunmuş və əsasən pop və R&B stilində olan mahnılardan təşkil olunan üçüncü studio albomu Beautiful "Pop a Bottle (Fill Me Up)", "Never Be the Same" və "Can I Get a Moment?" kimi hitləri özündə toplamışdır.
Cessika Mayer
Cessika Mayer (d. 21 avqust 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Cessika Mayer 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mayer həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Cessika Mayer 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Cessika Mey
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Cessika Qrin
Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası. == Həyatı və karyerası == Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır.Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır.Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Cessika Steffens
Cessika Steffens (7 aprel 1987, San-Fransisko, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Cessika Steffens, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Cessika Steffens, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Cessika Çesteyn
Cessika Mişel Çesteyn (24 mart 1977, Sakramento) — amerikalı aktrisa və film prodüseri. Əsasən feminist mövzulu filmlərdə aldığı rollarla tanınmış, Oskar və Qızıl Qlobus mükafatı da daxil olmaqla müxtəlif mükafatlar alıb. “Time” jurnalı onu 2012-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. Çesteyn erkən yaşlarından aktyorluğa maraq göstərmiş və 1998-ci ildə Şekspirin Cülyettası rolunda peşəkar səhnəyə çıxmışdır. Juilliard məktəbində aktyorluq təhsili aldıqdan sonra o, televiziya prodüseri Con Uells ilə qabiliyyət müqaviləsi imzaladı. O, bir neçə televiziya serialında, o cümlədən Qanun və Nizam: Münsiflər Heyətinin Sınaqında təkrarlanan qonaq ulduz oldu. O, həmçinin 2004-cü ildə Anton Çexovun “Albalı bağı” pyesinin və 2006-cı ildə Oskar Uayldın “Salome” faciəsinin səhnə əsərlərində rol alıb. Jolene (2008) dramında film debütü etdikdən sonra Çesteyn 2011-ci ildə Take Shelter (2011) və Həyat ağacı (2011) dramları da daxil olmaqla altı film buraxılışı ilə uğur qazandı. O, "Kömək" (2011) dramında iddialı bir sosialist rolunu və "Zero Dark Thirty" (2012) trillerində CIA analitiki rolunu oynadığı üçün Oskar mükafatına namizədlər aldı. Onun ən böyük kommersiya uğurları elmi fantastika filmləri Ulduzlararası (2014) və Marslı (2015) və qorxu filmi It Chapter Two (2019) ilə gəldi.
Cessika Şumaxer
Cessika Şumaxer (13 yanvar 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Cessika Şumaxer Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Cessika Dreyk
Cessika Dreyk (14 oktyabr 1974, San-Antonio, Texsas, ABŞ) — amerikalı pornoqrafik film aktrisası. Cessika 2000-ci ilə qədər erotik rəqqasə kimi çalışıb və 2000-ci ildə porno sənayesinə daxil olub. Sektora girdiyi il "Ən yaxşı gənc pornoqraf" nominasiyasında AVN-ə namizəd olan Cessika bu mükafatı Bridgette Kerkove-yə itirdi. Sərt porno filmlərlə yanaşı, erotik filmlər də çəkdi. 2003-cü ildə "Wicked Pictures" ilə müqavilə bağladı. Bir evlilikdə edən pornoqraf sonradan bu evliliyə son qoyub.
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. == Həyatı == O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Lentşəkilli qurdlar (Cestoda)
== Ümumi xarakteristika == Lentvarı qurdlar (Cestoda) yetkin formada insan və məməlilərin orqanizmində parazitlik edir. Bu sinfə 3000 növ helmint daxildir. Ən geniş yayılmış növləri donuz soliteri (Taenia solium), öküz soliteri (Taeniarhynchus saginatis), exinokokk (Echinococcus granulosus), enli lentqurd (Diphyllobothrium latum) və başqaları aiddir. Azərbaycanda insanda, çöl və ev heyvanlarında, quşlarda, balıqlarda 216 növ lentşəkilli qurd, Xəzər dənizində 260 növ sestod təyin edilmişdir. Sestodlar insan və heyvanlarda bir çox ağır xəstəliklər törədir. Bəzi sestodlar üçün (məsələn, donuz soliteri) insan həm aralıq, həm də definitiv sahibdir. Dünyada 8 növ, Azərbaycanda 1 növ (Amphilina foliacea) nərəkimilərin bədən boşluğunda yaşayır.
Sara Cessika Parker
Sara Cessika Parker (ing. Sarah Jessica Parker, 25 mart 1965) — ABŞ aktrisası. == Həyatı == == Maraqlı faktlar == Sara Cessika Parker hal-hazırda karyera və ailə arasında uğurla balans yaratmağa qadir olan qadın rolunda bir filmdə rol alsa da, real həyatda məşhur aktrisa öz gözəlliyinin qayğısına qalmaqda təsəvvür etməyəcəyiniz qədər acizdir. Verdiyi müsahibədə Parker demişdir: "Mən makiyaj edə bilmirəm. Mən demək olar ki, heç vaxt öz dırnaqlarımı boyamıram və demək olar, heç zaman saçıma forma vermirəm. Son 10 ildə mən dırnaqlarımı cəmisi iki dəfə cilalamışam. Vəssalam! Mən yalnız iş zamanı manikür etdirirəm. Saçlarımı qurulamağı bacarmıram. Sadəcə, bunu necə etmək lazım olduğunu bilmirəm.
Çukotka Muxtar Dairəsi
Çukotka Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Cessika Cons (teleserial, 2015)
"Cessika Cons" (ing. "Jessica Jones" və ya ing. "Marvel's Jessica Jones") — 2015-ci ildə Netflix tərəfindən yaradılmış ABŞ veb teleserialı. Serial Marvel Comics tərəfindən yaradılmış Cessika Cons super qəhrəmanından bəhs edir. "Cessika Cons" Marvel Studios-un Marvel film kainatı proqramına daxildir, bu kainata daxil olan digər filmlərlə əlaqəlidir. Serial həmçinin Müdafiəçilər miniseriyasının ikinci teleserialıdır (digəri "Daredevil"dir). Serial Marvel Television, ABC Studios və Tall Girls Productions tərəfindən istehsal olunur. Serialın şouranneri Melissa Rozenberqdir. Cessika Cons rolunda aktrisa Kristen Ritter çıxış edir. Cessika Cons super qəhrəmandır, lakin bu işi buraxıb detektivlik ilə məşğul olmağa başlayır.