Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Çeçenski
Aleksandr Nikolayeviç Çeçenski — Çeçen mənşəli Rusiya general-mayoru, 1812 -ci il Vətən müharibəsinin iştirakçısı, dördüncü və altıncı koalisiyaların müharibələri, bir çox rus ordeni sahibi. == Həyatı == === Uşaqlıq və gənclik illəri === Çeçenski uşaq ikən, çar qoşunlarının Şeyx Mənsurun doğma Aldı kəndinə basqınlarından birində əsir alınmışdı. Milliyətcə çeçendir, doğum adı Əlidir. Anası Rəhmət doğuş zamanı ölmüşdür. Atası Alxazur kəndləri işğal edilən zaman döyüçdə həlak olmuşdur. On altı yaşlı podporuçuk daha sonra məşhur general olan Nikolay Nikolaeviç Rayevski tərəfindən oğulluğa götürülmüşdü. Gənc çeçen oğlana Aleksandr Nikolayeviç Çeçenski adı verildi. Kiçik Rusiyadakı Kamenka malikanəsində Nikolay Rayevskinin anası Yekaterina Nikolayevnanın himayəsində tərbiyə edilmişdir. O, Moskva Universitetində təhsil almışdır. == Xidmət illəri == Aleksandr Çeçenski 1794-cü ildə qəyyumunun komandir olduğu Nijni Novqorod atlı alayında Kizlyarda vaxminster rütbəsi ilə xidmətə başladı.
Volodimir Zelenskiy
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. == Həyatı == 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. == İncəsənət == Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır. Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.