Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Cessi
Cessi (müğənni)
Cessika Alba
Cessika Mari Alba (ing. Jessica Marie Alba; 28 aprel 1981, Pomona, Kaliforniya) — amerikalı aktrisadır. Saturn mükafatı (2000) və MTV Kino Mükafatı (2006) laureatıdır. Karyerası 1994-cü ildə başlayıb. "Qaranlıq mələyi" serialında çəkilmişdir. == Həyatı == Cessika Alba Pomona, Kaliforniyada doğulmuşdur. Anası danimarkalı və kanadalı fransızdır, atası meksikalıdır. Joshua adlı özündən böyük bir qardaşı var. Bir vaxt özünü feminist kimi hiss etdiyini reportajlarında bildirmişdir. 2008-cildə Cash Warren adlı aktyorla evlənmişdir, iki övladı var.
Cessika Augusto
Cessika Augusto (8 noyabr 1981) — Portuqaliyalı marafonçu. Cessika Augusto Portuqaliyanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmdə Avropa Çempionatlarında bir gümüş və üç bürünc medal qazanıb. == Karyerası == Cessika Augusto birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında 16:05.71 saniyəlik nəticə ilə 26-cı, 3000 metr məsafəyə maneəli qaçış yarışlarında 9:30.23 saniyəlik nəticə ilə 20-ci yeri tutdu. Cessika Augusto özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Cessika Augusto marafon məsafəsini 2 saat 25 dəqiqə 11 saniyəyə qət edərək 7-ci yeri tutdu. Cessika Augusto növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1980, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Cessika Ceyms
Cessika Ceyms (8 mart 1976, Ankoric – 17 sentyabr 2019) — ABŞ pornoaktrisası. == Həyatı == Cessika Ceyms yetkin kino karyerasına 2002-ci ildə başlayıb və 2009-cu ildə Brazzers ilə müqavilə imzalamışdır.
Cessika Kamposano
Cessika Lanc
Cessika Lenq (ing. Jessica Lange, 20 aprel 1949[…], Klokey[d], Minnesota)— 2 dəfə Oskar mükafatına layiq görülmüş amerikalı aktrisa. 2010-cu ildə Lanc, HBO seriyasındakı Boz Bağçalar (2009) filmindəki Jaklin Kennedinin xalası Edit Yuinq Buve Bil roluna görə ilk Emmi mükafatını qazandı. 2011-2014-cü illər arasında ilk Ekran Aktyorları Gildiyası Mükafatını, ilk tənqidçilər seçimi, 5-ci Qızıl Kürə, üç Dorian Mükafatını və serialın ilk, ikinci və üçüncü mövsümlərindəki çıxışlarına görə ikinci və üçüncü Emmi Mükafatlarına layiq görüldü.Pibodi mükafatlı Luis C.K.in veb saytında köməkçi rolu var. 2017-ci ildə Lanc, Münaqişə mini seriallarında aktrisa Coan Krauford rolu üçün 8. Emmi, 16. Qızıl Kürə, 6. Ekran Aktyorları Gildiyası və 2. TCA nominasiyasını qazandı. 2019-cu ildə Amerikan qorxu hekayəsindəki roluna görə onuncu Emmi namizədliyini aldı.
Cessika Mauboy
Cessika Hilda Mauboy (ing. Jessica Hilda Mauboy; 4 avqust 1989, Darvin) və ya sadəcə Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Avstraliyanın şimal ərazisinin Darvin şəhərində dünyaya göz açan müğənni 2006-cı ildə dördüncü keçirilən Australian Idol musiqi yarışmasında iştirakdan sonra şöhrət qazanmışdır. Yarışmada ikinci yeri qazandıqdan sonra o Sony Music Australia albom şirkəti ilə müqavilə imzalamış və müğənninin musiqi yarışmasındakı canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. Daha sonra Cessika 2007-ci ildə qısa müddətlik Young Divas qrupunun üzvü olmuşdur. Növbəti ildə müğənninin Been Waiting adlı ilk studio albomu təqdim edilmişdir. Albomda yer alan "Burn" mahnısı bir neçə hit paradlarda birinciliyə yüksəlmişdir. Albom ümumilikdə 2009-cu il üzrə Avstraliyada ən çox satılan ikinci albom olmuşdur. Cessika Mauboyun əsasən R&B musiqi janrında olan mahnılardan təşkil olunmuş ikinci studio albomu Get 'Em Girls 2010-cu ildə işıq üzü görmüşdür. Müğənninin 2013-cü ildə tədqim olunmuş və əsasən pop və R&B stilində olan mahnılardan təşkil olunan üçüncü studio albomu Beautiful "Pop a Bottle (Fill Me Up)", "Never Be the Same" və "Can I Get a Moment?" kimi hitləri özündə toplamışdır.
Cessika Mayer
Cessika Mayer (21 avqust 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Cessika Mayer 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mayer həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Cessika Mayer 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Cessika Mey
Cessika Mey (5 dekabr 1993, Paranasiti[d], Parana ştatı) — Braziliya əsilli Türk televiziya aktrisası.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Cessika Qrin
Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası. == Həyatı və karyerası == Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır. Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır. Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Cessika Steffens
Cessika Steffens (7 aprel 1987, San-Fransisko, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Cessika Steffens, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Cessika Steffens, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Cessika Çesteyn
Cessika Mişel Çesteyn (24 mart 1977, Sakramento) — amerikalı aktrisa və film prodüseri. Əsasən feminist mövzulu filmlərdə aldığı rollarla tanınmış, Oskar və Qızıl Qlobus mükafatı da daxil olmaqla müxtəlif mükafatlar alıb. “Time” jurnalı onu 2012-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. Çesteyn erkən yaşlarından aktyorluğa maraq göstərmiş və 1998-ci ildə Şekspirin Cülyettası rolunda peşəkar səhnəyə çıxmışdır. Juilliard məktəbində aktyorluq təhsili aldıqdan sonra o, televiziya prodüseri Con Uells ilə qabiliyyət müqaviləsi imzaladı. O, bir neçə televiziya serialında, o cümlədən Qanun və Nizam: Münsiflər Heyətinin Sınaqında təkrarlanan qonaq ulduz oldu. O, həmçinin 2004-cü ildə Anton Çexovun “Albalı bağı” pyesinin və 2006-cı ildə Oskar Uayldın “Salome” faciəsinin səhnə əsərlərində rol alıb. Jolene (2008) dramında film debütü etdikdən sonra Çesteyn 2011-ci ildə Take Shelter (2011) və Həyat ağacı (2011) dramları da daxil olmaqla altı film buraxılışı ilə uğur qazandı. O, "Kömək" (2011) dramında iddialı bir sosialist rolunu və "Zero Dark Thirty" (2012) trillerində CIA analitiki rolunu oynadığı üçün Oskar mükafatına namizədlər aldı. Onun ən böyük kommersiya uğurları elmi fantastika filmləri Ulduzlararası (2014) və Marslı (2015) və qorxu filmi It Chapter Two (2019) ilə gəldi.
Cessika Şumaxer
Cessika Şumaxer (13 yanvar 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Cessika Şumaxer Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Cessika Dreyk
Cessika Dreyk (14 oktyabr 1974, San Antonio, Texas) — amerikalı pornoqrafik film aktrisası. Cessika 2000-ci ilə qədər erotik rəqqasə kimi çalışıb və 2000-ci ildə porno sənayesinə daxil olub. Sektora girdiyi il "Ən yaxşı gənc pornoqraf" nominasiyasında AVN-ə namizəd olan Cessika bu mükafatı Bridgette Kerkove-yə itirdi. Sərt porno filmlərlə yanaşı, erotik filmlər də çəkdi. 2003-cü ildə "Wicked Pictures" ilə müqavilə bağladı. Bir evlilikdə edən pornoqraf sonradan bu evliliyə son qoyub.
Cessika Lenq
Cessika Lenq (ing. Jessica Lange, 20 aprel 1949[…], Klokey[d], Minnesota)— 2 dəfə Oskar mükafatına layiq görülmüş amerikalı aktrisa. 2010-cu ildə Lanc, HBO seriyasındakı Boz Bağçalar (2009) filmindəki Jaklin Kennedinin xalası Edit Yuinq Buve Bil roluna görə ilk Emmi mükafatını qazandı. 2011-2014-cü illər arasında ilk Ekran Aktyorları Gildiyası Mükafatını, ilk tənqidçilər seçimi, 5-ci Qızıl Kürə, üç Dorian Mükafatını və serialın ilk, ikinci və üçüncü mövsümlərindəki çıxışlarına görə ikinci və üçüncü Emmi Mükafatlarına layiq görüldü.Pibodi mükafatlı Luis C.K.in veb saytında köməkçi rolu var. 2017-ci ildə Lanc, Münaqişə mini seriallarında aktrisa Coan Krauford rolu üçün 8. Emmi, 16. Qızıl Kürə, 6. Ekran Aktyorları Gildiyası və 2. TCA nominasiyasını qazandı. 2019-cu ildə Amerikan qorxu hekayəsindəki roluna görə onuncu Emmi namizədliyini aldı.
İvan Çerski
İvan Çerski (3 (15) may 1845, Svolno[d], Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 iyun (7 iyul) 1892, Yakutsk vilayəti[d], Rusiya imperiyası) — Əslən polyak olub paleontoloq , osteoloq , geoloq , coğrafiyaşünas və Sibirin rus tədqiqatçısıdır. Baykalın sahillərinin ilk geoloji xəritəsini tərtib edib. və "Yer səthu relyerfinin inkişaf təkamülü" ideyasını irəli sürmüşdür. == Həyatı == Vitebsk vilayətinin Drissenski rayonunun Svolna mülkündə (indiki Vitebsk vilayətinin Verxnedvinski rayonu) anadan olub. Vilna gimnaziyasında oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1860-cı ildən Vilnadakı Hökumət (zadəganlar) İnstitutunda təhsilini davam etdirmişdir. 18 yaşında ikən 1863-1864-cü illər üsyanında iştirak etmişdir. O, əmlakı müsadirə olunmaqla və zadəgan titulundan məhrum edilməklə Sibirdə müddətsiz hərbi xidmətə məhkum edilib. 1869-cu ildə İ. D. Çerski səhhətinə görə tərk etmək hüququ olmadan ordudan uzaqlaşdırıldı. 1871-ci ildən İrkutskda İmperator Rus Coğrafiya Cəmiyyətinin Şərqi Sibir şöbəsində işləyib.
Sara Cessika Parker
Sara Cessika Parker (ing. Sarah Jessica Parker, 25 mart 1965) — ABŞ aktrisası. == Həyatı == == Maraqlı faktlar == Sara Cessika Parker hal-hazırda karyera və ailə arasında uğurla balans yaratmağa qadir olan qadın rolunda bir filmdə rol alsa da, real həyatda məşhur aktrisa öz gözəlliyinin qayğısına qalmaqda təsəvvür etməyəcəyiniz qədər acizdir. Verdiyi müsahibədə Parker demişdir: "Mən makiyaj edə bilmirəm. Mən demək olar ki, heç vaxt öz dırnaqlarımı boyamıram və demək olar, heç zaman saçıma forma vermirəm. Son 10 ildə mən dırnaqlarımı cəmisi iki dəfə cilalamışam. Vəssalam! Mən yalnız iş zamanı manikür etdirirəm. Saçlarımı qurulamağı bacarmıram. Sadəcə, bunu necə etmək lazım olduğunu bilmirəm.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 24 sentyabr 1908, Tver quberniyası[d] – 2 iyul 1938, Leninqrad) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. == Nevskinin botaniki adlandırmaya dair işləri == Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski == Nevskinin şərəfinə adlandırılan taksonlar == === Bitki yarımnövü === Bromus L. subg. Nevskiella === Bitki növləri === Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Cessi (ad)
Cessi — ad.
Cessi (dəqiqləşdirmə)
Cessi (müğənni)
Cessi (müğənni)
Cessika Ho (ing. Jessica Ho; (doğum adı kor. 호현주),(ing. Ho Hyun-joo); 17 dekabr 1988, Nyu-York, Nyu-York ştatı), səhnə adı ilə Cessi (ing. Jessi) Cənubi Koreyada yaşayan Koreyalı-Amerikalı reper, müğənni və mahnı müəllifidir. Nyu Yorkda anadan olub və 15 yaşında Cənubi Koreyaya köçüb. == Karyera == === 2005–2014: Erkən karyera və Lucky J === Cessi 2005-ci ildə "Get Up" tək albomu ilə debüt etdi. 2006-cı ildə "Uptown" hip-hop qrupu onu orijinal vokalist Yun Mirae-ni əvəz edərək, ""Testimony albomunda təqdim etdi. 2009. Sərbəst buraxıldıqdan sonra musiqiyə ara verdi və ABŞ-yə qayıtmaq üçün Koreyanı tərk etdi.