Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Cinah
Cinah — İranın Hörmüzgan ostanının Bəstək şəhristanının Cinah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,636 nəfər və 1,322 ailədən ibarət idi.
Cinas
'Cinas formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır. Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Məfatihul-cinan
Məfatihul-cinan (ərəb. مفاتیح‌الجنان‎) — Şeyx Abbas Quminin On dörd məsumdan nəql etdiyi duaları topladığı külliyat. Məfatihul-cinan azərbaycanca cənnətin açarları mənasını verir. Şeyx Abbas Qumi, Məfatihul-cinan, mütərcim: Zəfər Cəfərzadə, Daneşe hamedun, Bakı, 2006, 5000 tiraj, 1232 səh.
Pazşəkilli çinar
Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. Bir çox rayonlarda mədəni şəraitdə becərilir. Dekorativ bağçılıqda geniş istifadə olunur.
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Triniti (sınaq)
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir. Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
Çinab (Hurand)
Çinab (fars. چيناب‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (94 ailə).
Çinar (Cəlilabad)
Çinar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Oykonim çinar ağacının adı ilə bağlıdır. Kəndin ərazisində çinar ağaclarının zəngin olduğunu bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 505 nəfər əhali yaşayır.
Çinar (Dərbənd)
Çinar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati-ərazi vahidində kənd. Rəvayətə görə, Nadir şahın Çinar ərazisi yaxınlığında işğalı zamanı farslarla dağıstanlılar arasında sonuncu döyüş baş verir. Burada farslar son dəfə məğlubiyyətə uğradılır. Bu hadisələrin episentrində yerləşən çuxura “Kannudərə” (Sadovaya küçəsinin yerləşdiyi yer) adı verilib, yəni “qanlı dərə”. Rəvayətə görə, adından da göründüyü kimi, qanla dolu idi. Kəndin əhalisinin çox hissəsi azərbaycanlılardan ibarətdir. Rüstəm Muradov — rusiyalı hərbi xadim. Дербентский район на сайте Президента Республики Дагестан Топографические карты K-39-XIII — 1 : 200 000 Топографические карты K-39-61 — 1 : 100 000 В ЧИНАРЕ ШЕЛЕСТЯТ ЧИНАРЫ Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine НА ПОРОГЕ К ТАБАСАРАНУ Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine Чинарская средняя школа № 1 — Чинар — Республика Дагестан Чинарская средняя школа № 2 — Чинар — Республика Дагестан Администрация Дербентского района СШ № 1 с. Чинар (Дербентский район) " любимая школа Магомедсалам Магомедов: «Для эффективности сельского хозяйства в Дагестане будут созданы агрохолдинги» Arxivləşdirilib 2010-07-27 at the Wayback Machine Сегодня президент Дагестана Магомедсалам Магомедов посетил Дербентский район Московско-дагестанская медицинская ассоциация Arxivləşdirilib 2017-06-04 at the Wayback Machine Президент РД вручил Государственные награды Учреждения дополнительного образования (ШВСМ, СДЮШОР, ДЮСШ и др.) Жители Чинара Дербентского района Дагестана отметили 50-летие со дня основания села Почтовые индексы и коды ОКАТО — Чинар село Дербентский район … Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населенных пунктов — райцентров и сельских населенных пунктов с населением 3 тысячи и более человекArxivləşdirilib 2011-09-17 at the Wayback Machine Народная энциклопедия «Мой город». Республика Дагестан.
Çinar (Germi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (39 ailə).
Çinar (Miyanə)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (19 ailə).
Çinar (Tarım)
Çinar (az-əbcəd. چینار‎, fars. چنار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə yaşayış yoxdur.
Çinar (Xalxal)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Çinar (dəqiqləşdirmə)
Çinar — ağac. Çinar (kafe) — Bakı şəhərində kafe. "Çinar" rəqs ansamblı — qızlardan ibarət xalq rəqs ansamblı. Kəndlər Çinar (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Çinar (Dərbənd) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati ərazi vahidində kənd. Çinar (Əcəbşir) — İranda kənd.
Çinar (kafe)
"Çinar" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe. Kafe Azneft meydanında yerləşirdi. 2010-cu ildə kafenin binası sökülərək, kafenin yerində Paşa Holding-ə məxsus "Chinar" adlı restoran tikilib.
Çinar (Əcəbşir)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,173 nəfər yaşayır (279 ailə).
Çinar hadisəsi
Çinar hadisəsi vəya Vaqeyi Vəqvəqiyyə — 19. Osmanlı sultanı IV Mehmed dövründə İstanbulda yeniçəri və sipahilər tərəfindən başlanan üsyan. XVII əsrin əvvəllərindən etibarən Osmanlı İmperiyası idarəçilik nöqteyi nəzərindən olduqca qarışıq illər yaşayırdı. Bu vəziyyət xüsusilə IV Murad səltənətindən sonra özünü büruzə verdi. Uşaq yaşlarında taxta çıxan IV Mehmedin dövlət idarəsini əlinə ala bilməməsi səbəbilə sarayda validə sultanlar və saray xadimləri nüfuz qazanmışdı. Dövlət xadimləri arasında başlayan rəqabət qızışmış, bu vəziyyət sarayda gərgin bir hal almışdı. Bu səbəblə Venesiya ilə gedən dəniz döyüşlərində qələbə qazanılmamış, hətta İstanbul boğazı mühasirəyə alınmışdı. Bundan başqa imperiyanın maliyyə vəziyyəti də olduqca pis idi. Ülufələri vaxtında ödəyə bilməyən dövlət xəzinəsi əsgərə əyarı aşağı salınmış sikkələr paylayır, bu isə dövlətlə ordu və əhali arasında vəziyyəti daha da gərginləşdirmişdi. O illərdə xəzinədar kəndxudası olan Manoğlu Mir Hüseyn bəyin qeydlərinə görə, Krit səfərindən qayıdan və 2 ildən çoxdur maaş ala bilməyən bəzi yeniçərilər bəzi dövlət adamlarının da təhriki ilə Ağaqapısına şikayət etdilər.
Çinar FK
Çinar FK və ya rəsmi adı ilə Çinar Futbol Klubu. Azərbaycanın Zəngilan rayonunu təmsil edən futbol klubudur. Klub 2022/2023-cü il futbol mövsümündə Azərbaycan Region Liqasının gümüş medalını əldə etmişdir.
Çinar ağacı
Çinar ağacı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Şıx Dursun kəndində yerləşən çinar. 2500 ilə qədər yaşı olduğu təxmin edilən və dünyanın ən yaşlı ağaclarından biri sayılan ağac, kənddəki "Çinar müqəddəs yer" abidə kompleksi ərazisindədir. Çinarın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.