Çinar hadisəsi

Hadisələr əsnasında edam edilənləri təsvir edən miniatür

Çinar hadisəsi vəya Vaqeyi Vəqvəqiyyə19. Osmanlı sultanı IV Mehmed dövründə İstanbulda yeniçərisipahilər tərəfindən başlanan üsyan.[1][2]

Üsyan öncəsi

[redaktə | mənbəni redaktə et]

XVII əsrin əvvəllərindən etibarən Osmanlı İmperiyası idarəçilik nöqteyi nəzərindən olduqca qarışıq illər yaşayırdı. Bu vəziyyət xüsusilə IV Murad səltənətindən sonra özünü büruzə verdi. Uşaq yaşlarında taxta çıxan IV Mehmedin dövlət idarəsini əlinə ala bilməməsi səbəbilə sarayda validə sultanlarsaray xadimləri nüfuz qazanmışdı. Dövlət xadimləri arasında başlayan rəqabət qızışmış, bu vəziyyət sarayda gərgin bir hal almışdı. Bu səbəblə Venesiya ilə gedən dəniz döyüşlərində qələbə qazanılmamış, hətta İstanbul boğazı mühasirəyə alınmışdı. Bundan başqa imperiyanın maliyyə vəziyyəti də olduqca pis idi. Ülufələri vaxtında ödəyə bilməyən dövlət xəzinəsi əsgərə əyarı aşağı salınmış sikkələr paylayır, bu isə dövlətlə ordu və əhali arasında vəziyyəti daha da gərginləşdirmişdi.

Üsyan gedişatı

[redaktə | mənbəni redaktə et]

O illərdə xəzinədar kəndxudası olan Manoğlu Mir Hüseyn bəyin qeydlərinə görə, Krit səfərindən qayıdan və 2 ildən çoxdur maaş ala bilməyən bəzi yeniçərilər bəzi dövlət adamlarının da təhriki ilə Ağaqapısına şikayət etdilər.[3] Ancaq burada istədiklərini ala bilməyən yeniçərilər ordu qışlağına döndülər və buradakı digər əsgərlərlə ittifaq qurdular.

Bu əsnada ülufələrini ala bilməyən sipahilər də Ət meydanına gəldilər və 2 mart 1656, cümə günü yeniçərilərə qoşuldular. Sipahi Mehtər Həsən ağa, Şamlı Mehmed ağa və Qaraqaş Mehmed ağa kimi vaxtilə vəzifələrindən qovulanlar da üsyana qoşuldular saraya xəbər göndərərək ayaq divanı istədiklərini bildirdilər. Saraydan gələn ilk cavab isə çox sərt oldu. Bəzi yeniçəri ağaları vəzifədən alındı və üsyançı dəstələrə məsləhət verməsi üçün bəzi üləmalar göndərildi. Buna baxmayaraq üsyankar dəstələr fikirlərindən dönmədilər.

Üsyançılar 4 mart bazar günü Ət meydanından At meydanına keçərək məsləhət üçün göndərilən Şeyxülislam Hüsamzadənin adamlarından olan Qara Abdullah ağanı öldürdülər. Ardından saraya xəbər yollayaraq yenə padşahı ayaq divanına çağırdılar. IV Mehmed vəzirlər, elm adamları və bir qrup əsgərlə ayaq divanı üçün Alay Köşkünə gəldi. Üsyançılar padşaha şikayətlərini şifahi olaraq danışdılar. Krit səfərində baş verən haqsızlıqlar, ardından paylanılan əyarı aşağı pullar və ülufələrin verilməməsindən şikayətləndilər. Nəhayət, saray əhlindən 30 nəfərin adını verərək bu adamların edamını istədilər. Padşahın yanında olan və hələ bir neçə saatdır sədrəzəm seçilən Zurnazən Mustafa Paşa bu adamların mallarının müsadirə edilməsini və sürgün edilməsini təklif etsə də, üsyançılar bu dəfə yeni sədrəzəmin də kəlləsini istədilər. Nəhayət ard arda edamlar başladı. Əvvəlcə padşahın əmriylə darüssəadə ağası Bəhram ağa, qapıağası Bosniyalı Əhməd ağa və İbrahim ağa bostancıbaşı tərəfindən edam edildilər. Cəsədləri saraydan çıxarılaraq üsyançılara təslim edildi. Növbəti 3 gün ərzində 30-a yaxın saray adamı ələ keçirildi və öldürüldü. Qətlə yetirilənlərin cəsədləri Sultanəhməd meydanındakı çinar ağaclarından asıldı. Buna görə də, bu hadisə Osmanlı tarixində Çinar hadisələri adlanır.[4] Üsyan nəticəsində üsyançıların tələbinə uyğun olaraq sədarətşeyxülislamlıq vəzifələrində dəyişikliklər oldu. Nəhayət, 8 mart 1656 tarixində sipahilərə ülufələri paylandı. Yeniçərilər isə edamını tələb etdikləri qalan saray adamlarının sonradan təslim ediləcəyi şərtilə ayaqlanmanı dayandırdılar. Beləliklə, üsyan yatırıldı.

  • Karaçelebizâde Abdülaziz Efendi, Zeyl-i Ravzatü’l-ebrâr, İÜ Ktp., TY, nr. 2635, s. 462 vd.
  • Mehmed Halîfe, Târîh-i Gılmânî, İstanbul 1340, s. 36 vd.
  • Vecîhî Hüseyin, Târih, Süleymaniye Ktp., Hamidiye, nr. 917, vr. 47b.
  • Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme, TSMK, Koğuşlar, nr. 915, vr. 26b vd.
  • Silâhdar, Târih, I, 26-30.
  • Hammer (Atâ Bey), X, 251-255.
  • Ahmed Refik [Altınay], Kadınlar Saltanatı, İstanbul 1923, IV, 198-211.
  • Uzunçarşılı, Osmanlı Tarihi, III, 290-292.
  • Danişmend, Kronoloji, III, 420-421.
  1. "Arxivlənmiş surət". 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  2. Reşad Ekrem Koçu, “Çınar Vak’ası”, İst.A, VII, 3920-3921.
  3. Naîmâ, Târih, VI, 139-155.
  4. Eremya Çelebi Kömürciyan, “Çınar Vak’ası” (nşr. Hrand D. Andreasyan – Fahri Ç. Derin), İstanbul Enstitüsü Dergisi, sy. 3, İstanbul 1957, s. 57-65.