Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çiştilik
Çiştiyyə-sufi yönümlü islam təriqəti Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət "Kəşful-məhcub"un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236). Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir.