Oxud
Oxud — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Oxud bələdiyyəsinə aiddir.
Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır.
Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar.
Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini.
Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbiristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.