Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çırçır
Çırçır (Sevan)
Cığcığ (Kəleybər)
Cığcığ (fars. جيغ جيغ‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (16 ailə).
Pihcik (Sulduz)
Pihcik (fars. پيه جيك‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Çirçik çayı
Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay. Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)» mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır. Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)» olaraq adlandırırdılar. Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min.
Çırçır (Meşkinşəhr)
Çırçır (fars. چرچر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Çırçır (Mərənd)
Çırçır (fars. چرچر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (77 ailə).
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Qızılsu çayı (Çirçik)
Qızılsu çayı — Özbəkistan Respublikasının Saşkənd vilayəti Bosanlıq rayonu ərazisindən axan dağ çayı. Çay Çirçik çayının sağ qolunu təşkil edir. Çayın ümumi uzunluğu 12 km təşkil edir. Qızılsu çayı öz başlanğıcnı iki bulağın sularının birləşməsindən götürür. Çay Minqbulaq dağının cənub əyəkləri boyunca axır. Sonradan çay ensiz dar dərə ilə cənub istiqamətinə yönəlir. Bu hissədən axan çayların əsas xüsusiyyəti şəlalələr əmələ gətirmələridir. Belə ki, bu çaykarda baş verən gursululuq dönəmində şəlalələrin sayında artım müşahidə edilir. Çay yataqlarının iri daş parçaları ilə donu olması buna səbəb olur. Bu tip kiçik çay bir nüddət sonra quruyur.
Sirt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Sırt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Zahra Çihi
Çiçi xan
Çiçi xan və ya Çiçi Tanhu (v. e.ə. 35) — Qərbi Hun İmperiyasının qurucusu və ilk və son xaqanı. Sülü Çiançünun oğlu, Huxanye xanın atabir qardaşıdır (Çiçinin anası Türk (Hun), Huxanyenin anası isə çinli idi). Qardaşı Huxanyenin Vətənə xəyanət edib Hun İmperiyasının Çinə tabe olduğunu bildirəndən sonra ona qarşı çıxmış və Dövlətin qərbini müstəqil idarə etməyə başlamışdır. Birinci Talas Savaşında Çinlilərə uduzmuş, daha sonra Çinlilər və xain hunlar (Huxanye və ona tabe olanlar) tərəfindən öldürülmüşdür. Çiçi Xaqan (Çiçi Xan) — eramızdan əvvəl 56-36-cı illər arasında xanlıq etmiş türk hökmdarıdır. O, Çin mənbələrində adı Hu-tu Vu-ssu (və ya Deqrotun dediyi kimi Hun-tunqa-su) kimi qeyd olunan Hun şahzadəsidir. O, türk tarixinin dərinliklərində böyük idealları olan qəhrəmanlardandır. Türklərə qərbi öyrədən, Avropanın qapılarını açan Böyük Hun xanıdır.
Cici Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; ) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. == Həyatı == Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Cici (müğənni)
Ejigayehu Şibabau "Cici" səhnə adı ilə tanınan efiopiyalı müğənni. Ejigayehu Şibabau, daha çox səhnə adı olan Cici ilə tanınan, 1974-cü ildə doğulmuşdur və Efiopiya musiqisinin önəmli nümayəndələrindən biridir. Onun musiqisi Efiopiya milli ənənələri ilə dünya musiqisinin müxtəlif janrlarını birləşdirərək, unikal səs palitrası yaratmışdır. Xüsusilə, onun mentor ifaçısı və prodüseri olan sabiq həyat yoldaşı Bill Lasvell ilə əməkdaşlığı bu müstəsna harmoniyanın formalaşmasında mühüm rol oynamışdır. == Erkən həyat və karyera == Cici Efiopiyanın şimal-qərbində yerləşən Çaqni şəhərində anadan olmuş və burada böyümüşdür. Ənənəvi Efiopiya mahnılarını öyrənməkdə ona ailə üzvlərindən biri olan Efiopiya Ortodoks keşişi böyük dəstək olmuşdur. Xalq arasında bu mahnılar Efiopiya mədəniyyətinin dini və tarixi miraslarını qorumaqda böyük əhəmiyyət daşıyırdı, və Cicinin tərbiyəsində bu musiqi dəyərlərinin qorunması əsas prinsip olmuşdur. Cici bir neçə il Keniya Respublikasında yaşamış, lakin 1998-ci ildə San Fransiskoya köçmüşdür. Orada mühacir Efiopiya icması üçün iki albom yazdırmışdır. Lakin onu geniş ictimaiyyətə tanıdan əsas iş 2001-ci ildə çıxan və sadəcə "Cici" adı ilə buraxılan albomu olmuşdur.
Cıqcıq-i Vusta (Nir)
Cıqcıq-i Vusta (fars. جق جق وسطي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (7 ailə).
Cıqcıq-i Ülya (Nir)
Cıqcıq-i Ülya (fars. جق جق عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
Qollu-çiçi xalçaları
Qollu-çiçi və ya Qollu xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunması buradan da Qubanın digər bölgələrinə yayılıb. Hazırda Azərbaycandan başqa bu xalçalar Dağıstanda və Türkmənistanda da toxunur. Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə Yaxın və Orta Şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanıb. Bəzi sənətşünaslar bu xalçaları "Şirvani" və "Dağıstan" adlandırırlar. Bu xalçaya Qarabağdan olan ustalar "Maşın", Şirvanda olanlar isə "Qollu" və ya "Qollu göl" adı veriblər. Çiçidən olan xalça toxucuları isə bu xalçalara "Qollu çiçi" və ya "İsbigülçiçi" deyirlər. 1775–1800-cü illərdə Azərbaycan xalçaçılıq məktəbində yaranan bu kompozisiya konstruksiya və bəzək elementləri ilə seçilir.
Çiçi-Səbətlər bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.