ÇİÇİ

Uşaq nitqində işlədilir, çiçək sözü ilə bağlıdır, “qəşəng” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÇİÇƏK
ÇİDAR
OBASTAN VİKİ
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Sirt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Sırt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Çiçi xan
Çiçi xan və ya Çiçi Tanhu (v. e.ə. 35) — Qərbi Hun İmperiyasının qurucusu və ilk və son xaqanı. Sülü Çiançünun oğlu, Huxanye xanın atabir qardaşıdır (Çiçinin anası Türk (Hun), Huxanyenin anası isə çinli idi). Qardaşı Huxanyenin Vətənə xəyanət edib Hun İmperiyasının Çinə tabe olduğunu bildirəndən sonra ona qarşı çıxmış və Dövlətin qərbini müstəqil idarə etməyə başlamışdır. Birinci Talas Savaşında Çinlilərə uduzmuş, daha sonra Çinlilər və xain hunlar (Huxanye və ona tabe olanlar) tərəfindən öldürülmüşdür. Çiçi Xaqan (Çiçi Xan) — eramızdan əvvəl 56-36-cı illər arasında xanlıq etmiş türk hökmdarıdır. O, Çin mənbələrində adı Hu-tu Vu-ssu (və ya Deqrotun dediyi kimi Hun-tunqa-su) kimi qeyd olunan Hun şahzadəsidir. O, türk tarixinin dərinliklərində böyük idealları olan qəhrəmanlardandır. Türklərə qərbi öyrədən, Avropanın qapılarını açan Böyük Hun xanıdır.
Qollu-çiçi xalçaları
Qollu-çiçi və ya Qollu xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunması buradan da Qubanın digər bölgələrinə yayılıb. Hazırda Azərbaycandan başqa bu xalçalar Dağıstanda və Türkmənistanda da toxunur. Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə Yaxın və Orta Şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanıb. Bəzi sənətşünaslar bu xalçaları "Şirvani" və "Dağıstan" adlandırırlar. Bu xalçaya Qarabağdan olan ustalar "Maşın", Şirvanda olanlar isə "Qollu" və ya "Qollu göl" adı veriblər. Çiçidən olan xalça toxucuları isə bu xalçalara "Qollu çiçi" və ya "İsbigülçiçi" deyirlər. 1775–1800-cü illərdə Azərbaycan xalçaçılıq məktəbində yaranan bu kompozisiya konstruksiya və bəzək elementləri ilə seçilir.
Çiçi-Səbətlər bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Maka Çiçiua
Maka Çiçiua (gürc. მაკა ჩიჩუა) — Gürcüstan Respublikasının birinci xanımı; rəssam və aktrisa == Ailəsi == Georgi Marqvelaşvili uzun müddət vətəndaş nikahında yaşamışdır. o, Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra 2014-cü ildə evlənmişlər. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutmuşdur. Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir.
Zaxari Çiçinadze
Zaxari İqnatoviç Çiçinadze (həmçinin Zakariya Çiçinadze, gürc. ზაქარია ჭიჭინაძე; 8 fevral 1854, Tiflis – 27 dekabr 1931[…]) — Gürcü tarixçi, yazıçı və nəşriyyatçısı. Əsərləri Mtatsmindeli təxəllüsü ilə nəşr edilmişdir. Atası İqnat Çiçinadze - Xotevi kəndindən idi (indi Raça-Leçxumi və Aşağı Svanetinin Ambrolaur bələdiyyəsi). O, gənc ikən evləndiyi Tiflisə gəlmişdi. Zaxari ailənin sonuncu, on beşinci övladı idi. Tiflis məktəblərində oxumuş və iki dəfə sinif yoldaşı ilə dalaşdıqdan və riyaziyyatdan zəif nəticə göstərdiyi üçün ordan xaric edilmişdi. Valideynlər oğlunun məktəbdən məzun olmasını istəyirdilər və onu başqa təhsil müəssisələrinə göndərmək arzusunda idilər, amma Zaxari oxumağa marağını itirərək məktəbi birdəfəlik tərk etdi. Sonradan özünü təhsillə məşğul oldu. 13 yaşında əmək fəaliyyətinə tütün fabrikində başladı, sonra oteldə, sonra kitab anbarında işə düzəlmişdi.
Çiçicima
Çiçicima (yap. 父島) — Bonin adalarına daxil olan ən böyük ada. İnzibati baxımından Yaponiyanın Tokio prefekturası ərazisinə daxildir. Sahəsi 23,8 km², əhalisi 2400 nəf. (2005) təşkil edir. Çiçicima Oqasavaranın mərkəzi rolunu oynayır və inzibati mərkəzi Oqasavara kəndidir. Ada unikal flora və faunaya malikdir. Bunun səbəıbi onun materikdən uzaqda yerləşməsidir. Bu səbəbdən ərazisində milli park təşkil edilmişdir. İkinci dünya müharibəsi zamanı adada Yaponiya hərbi-dəniz donanmasına aid baza yerləşirdi.
Çiçikuri monastırı
Çiçikuri monastırı (gürc. ჩიჩხიტურის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Yazılı mənbələr və elmi ədəbiyyatda abidə haqqında çox az məlumat qalmışdır. XVIII əsr Gürcüstan alimi Vaxuşti Baqrationi Keşikçidağ kompleksindən danışarkən (mənbədə David Qareci adı ilə) dörd abidə haqqında məlumat verərək David Qareci kilsəsinin (və ya David Qareci lavrasının) adını çəkir, arximandritin iqamətgahının Müqəddəs İohann monastırında olmasını deyir, əsas monastır kilsələrinin isə Çiçikuri və Baertuban olmasını qeyd edir. Abidənin interyeri unikal freska rəsmləri ilə bəzədilmişdir. Çiçikuri monastırı Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazidə yerləşir. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, გვ. 318, თბ., 1977 წელი. Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948.
Çiçinin Çiçəyi (1990)
Çiçinin çiçəyi (film, 1990)
İrmena Çiçikova
İrmena Çiçikova (bolq. Ирмена Чичикова; 22 may 1984, Plovdiv) — Bolqarıstan kino və teatr aktrisası. İrmena Çiçikova Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Təhsilini fransız dilli "Antoine de Saint Exupéry" məktəbində almışdır. 2003-cü ildə isə məktəbi bitirərək Sofiyaya gəlir. Sofiyada təhsilini Teatr və Kinematoqrafiya Milli Akademiyasında Marqarita Mladenova və İvan Dobçevin rəhbərliyi altında davam etdirir. Paralel olaraq yunan dilini də öyrənir. Onun diplom çıxışları Anton Çexovun "Üç baçı" və Joldi Qalseranın "Dakota /Zəncirlərdəki sözlər" pyesi olur. 2008-ci ildə məzun olduqdan sonra, peşəkar sertifikatlaşdırılmış aktrisa olur. 2012-ci ildə "Mən — sən" filminə çəkilir.
Çiçilaki
Çiçilaki(gürc. ჩიჩილაკი) — Gürcüstanda ənənəvi Yeni il simvolu və bəzəyi. Çiçilakilər kiçik iynəyarpaqlı ağac əmələ gətirmək üçün qurudulmuş fındıq və ya qoz budaqlarından hazırlanır. Bu solğun rəngli gürcü milad ağaclarının hündürlüyü 20 sm ilə 3 metr arasında dəyişir. Çiçilakilər ən çox Qara dənizə yaxın olan Quriya və Sameqrelo bölgələrində rast gəlinir, lakin onlara Tbilisinin paytaxtı ətrafındakı bəzi mağazalarda da rast gəlmək olar. Gürcüstan Prezidenti tərəfindən çiçilakinin UNESCO-nun "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı"na daxil edilməsi təklif edilib. Ənənəvi olaraq çiçilaki fındıq və ya qoz ağacının düz budağından hazırlanır. Ağac, digər ucundan tutmaq üçün nazik qırxıntılar buraxılaraq, ardıcıl olaraq bir ucdan yonulur. Nəticədə tac formasında olan fırçaya bənzər olan çiçilaki əmələ gəlir. Bayram zamanı o, bayram süfrəsində olan şirniyyat boşqabının yanına qoyulur.