Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çurular
Çurular (vyet. Chu ru) — Vyetnam Sosialist Respublikasının cənubunda – Lamdonq və Txuanxay əyalətlərində yaşayan dağ tyamları qrupuna aid xalq. Vyetnamda rəsmi olaraq tanınmış 54 xalqdan biridir. Sayları təqribən 19 min nəfərdən çoxdur. Bu xalq həm də tyurular, tyorular (özlərini "yeni torpaqları mənimsəyən adamlar" adlandırırlar), tyular, krular, kazolar adlanırlar. == Əcdadları == Ehtimal edilir ki, çurular tyamlarla eyni əcdadlara malikdirlər. Çuruların rəvayətlərinə görə onların əcdadları vaxtilə Mərkəzi Vyetnamın sahilyanı ovalığında yaşamış, tyamlardan ayrılaraq Cənubi Vyetnamın dağlıq və dağətəyi rayonlarına köçmüşlər. Bəzi yerlərdə raqlaylar və koxolarla birlikdə yaşayırlar. Fransız müstəmləkəsi dövründə Dalat ərazisində ən güclü dağlıq liderləri çurular idi. == Sayları == Sayları 1999-cu ildə 14,978 nəfər, 2009-cu ildə isə 19,314 nəfər olmuşdur.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Çuval hadisəsi
Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) – 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əsgərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir. Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyanat yaydı. Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı. Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı. == Arxa plan == Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü.