Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.cu
.cu — Kubanın internet kodu.
Mesake Cu
Mesake Cu (18 mart 1999-cu ildə Qvineya-Bisauda anadan olub) — LiqaPro təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar portuqaliyalı futbolçudur. Mesake Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Mesake öz peşəkar karyerasında debütünü 14 may 2017-ci ildə Braqa B klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə İqor Şaponyiçi əvəz etmişdir. Həmin görüşdə Benfika liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Portuqaliya Superkuboku görüşləri daxildir.
Vanq Çu
Vanq Çu — Cənub-Şərqi Asiyada, xüsusilə də Vyetnamda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Rəsmi ateist mövqeyi nümayiş etdirən Vyetnam hökuməti uzun müddət ölkədə xaçpərəstlərə zülm etmişdir. Bu irtica Vanq Çu sektası kimi yeni qəribə dini hərəkatların yaranmasına gətirib çıxarmışdır. Onun banisi və “məsihi” Çjun Çanq Ka (Tu Cenq Çen kimi də tanınır) deyirdi ki, o, möcüzələr göstərmək iqtidarındadır və hmonq-xristian (hmonqlar müasir Çin, Vyetnam, Laos və Taylandın dağlıq ərazilərindən olan etnik qrupdur) dövlətini yaratmaq uğrunda mübarizə aparırdı. Nəticədə, hökumət 2011-ci ildə hmonqları narkotik qaçaqmalçılığında, torpaqların mənimsənilməsində, ətraf mühitin korlanmasında və hökumət əleyhinə fəaliyyətdə ittiham edərək sektanı dağıtdı. Onun liderlərindən bəziləri edam olundu. Lakin sekta fəaliyyətini gizli şəkildə davam etdirməkdədir. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
Çu çayı
Çu çayı (qırğ. Чүй), Şu (Qazaxıstan ərazisində (qaz. Шу)) — Ters Ala-Too buzlaqlarından başlanğıcını götürür. Coonarık və Koçkor çayları birləşdikdən sonra axır. Belə ehtimal vardır ki, bu çin və ya tibet sözü olub mənası «su, çay» anlamında işlədilir. Е. Koyçubayev bu adın qədim türk etnislarından birinin adı olması fikirini irəli sürür. Çu, Çue, Şu və ya Şue adlarından törədiyini ehtimal efirdi Çu Qırğızıstan ərazisindən axaraq Qazaxıstan ərazisinə irəliləyir. Uzunluğu 1067 km təşkil edir. Çayın hövzəsinin sahəsi 67 500 km²-dir. Əsas qolları (sağdan) Çon Kemin, Irqaytı, Kakpatas, (soldan) Alamedin, Aksu, Kuraqatı.
Çyu Cou
Çyu Cou (əvvəlki adı: Çzyanin) — Çin Xalq Respublikasının Xunan əyalətində şəhər. Ərazisi 11.420 km2-dir. Synçzyan çayının sahilində, əyalət mərkəzi olan Çanşadan cənub-qərbdə yerləşir. Şəhər subtropik iqlim zonasında yerləşir və burada musson küləyi üstünlük təşkil edir. Xunan əyalətinin yeraltı mineral resurslarla zəngin bölgələrindən biridir. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 3 885 609 nəfər olmuşdur. Çyu Çou şəhəri 4 inzibati - Lusun, Tynyuan, Xetan və Şifen rayonlarına, Lilina adlı şəhər mahalına, eləcə də Çalin, Çju Cou, Yusyan və Yanlin mahallarına bölünür. Çyu Cou mühüm dəmiryolu qovşağı ilə əhatələnib. Bu qovşağ şəhəri ölkənin şimal hissəsində olan əyalətlərlə birləşdirir. Hər gün buradan 110 qatar keçir ki, bu nəqliyyat vasitəsindən gündə 30 min insan yararlanır.
Çu dərəsi
Çu dərəsi— Qırğızıstanda və Qazaxıstanda Çu çayının orta axın dərəsi. Boam dərəsində (c.-ş-də) Muyunqum səhrasının (şm.-q.-də) ş.kənarına qədər təqr. 200 km məsafədə uzanır; eni 15 km-dən (c.-ş.-də) 100 km-ədəkdir (şm.-q.-də). Hünd. 500–1200 m.Şaxtasız dövr 180 gün davam edir. İllik yağıntı 250–400 mm-dir (əsasən, yazda düşür). Ç.d. Çu çayı və onun qolları ilə suvarılır; böyük hissəsi şumlanmışdır; şəkər çuğunduru, dənli bitkilər becərilir; bağçılıq, üzümçülük inkşaf etmişdir. Bişkek ş. Ç.d-nin c.-undadır.
Stiven Çu
Stiven Çu (ing. Steven Chu; 28 fevral 1948[…], Sent-Luis, Missuri) — amerikalı fizik və keçmiş hökumət rəsmisidir. O, Nobel mükafatı laureatıdır və ABŞ-nin 12-ci energetika naziri olub. Hal-hazırda Stenford Universitetində fizika professoru, molekulyar və hüceyrə fiziologiyası professoru William R. Kenan Jr. O, Kaliforniya Universitetində, Berklidə, Bell Laboratories və Stenford Universitetlərində lazer işığı ilə atomların soyudulması və tutulması ilə bağlı araşdırmaları ilə tanınır və bu araşdırmaya görə 1997-ci ildə Fizika üzrə Nobel Mükafatını Claude Cohen-Tannoudji və William Daniel Phillips ilə bölüşür.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
1200-cü il
== Hadisələr == Arran yepiskopluğu ləğv olunub.
1203-cü il
== Hadisələr == Dəbil şəhərinin gürcülər tərəfindən qarət edilməsi.
1204-cü il
== Hadisələr == IV Səlib yürüşü başa çatmışdır.
Leun Çu Yan
Leun Çu Yan (21 aprel 1979) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Leun Çu Yan Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Leun Çu Yan Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Leun Çu Yan Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 4-cü pillənin sahibi olub.
Park Çu-ho
Park Çu-ho - Cənubi Koreyalı futboçu . Park çu-ho Almaniya Bundes Liqası komandası olan Borussiya Dortmund komanasında Yarımmüdafiəçi kimi çıxış edir .
Çu-Ponq massivi
Çu-Ponq massivi — Vyetnamın Mərkəzi plato ərazilərində, Kambocaya qədər uzanan mürəkkəb topoqrafiyası, dərələri və meşələri olan massiv. Çu-Ponq Zyalay çayının şimalında, Ya-Krel çayının cənubunda yerləşir və Vyetnamın Çu-Pronq rayonunda yerləşir. Çu-Ponq massivi 1965-ci ildə Vyetnam müharibəsi zamanı Ya-Dranq döyüşünün yeri idi.
13-cü döyüşçü
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.
10-cu əsr
X əsr — 900-cü ilin ilk günündən sonra başlayır. İlk günü 900-cü ilin 1 yanvar tarixi, son günü isə 999-cu ilin 31 dekabrıdır. X əsrdən sonra isə XI əsr gəlir.
13-cü əsr
XIII əsr — 1200-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1200-cü ilin 1 yanvar tarixi, son günü isə 1299-cu ilin 31 dekabrıdır. XIII əsrdən sonra isə XIV əsr gəlir.
14-cü əsr
XIV əsr — 1300-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1300-cü ilin 1 yanvar tarixi, son günü isə 1399-cu ilin 31 dekabrıdır. XIV əsrdən sonra isə XV əsr gəlir.
3-cü əsr
III əsr — II əsrdən sonra və IV əsrdən əvvəlki əsr. Başlayır 200-ci ilin ilk günü və qurtarır 299-cu ilin son günü. == Hadisələr == İran, Orta Asiya və başqa qonşu ölkələrdə Mani təliminin yayılması. Mani dini təlimi digər dinləri əvəz etməli və ümumdünya dininə çevrilməli imiş.
4-cü əsr
IV əsr — 300-cü ilin ilk günündən sonra başlayır. İlk günü 300-cü ilin 1 yanvar tarixi, son günü isə 399-cu ilin 31 dekabrıdır. IV əsrdən sonra isə V əsr gəlir. == Hadisələr == Ön Asiyada xristianlığın yayılması.
9-cu əsr
IX əsr — 800-cü ilin ilk günündən sonra başlayır. İlk günü 800-cü ilin 1 yanvar tarixi, son günü isə 899-cu ilin 31 dekabrıdır. IX əsrdən sonra isə X əsr gəlir.
130-cu mövsüm
130-cu mövsüm qısametrajlı sənədli televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 2002-ci ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının iş rejimi haqqında bəhs edir. == Məzmun == Film Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının iş rejimi haqqında bəhs edir. Filmdə 130-cu mövsümə gərgin hazırlıq prossesi işıqlandırılır.
2024-cü il
== Hadisələr == === Yanvar === 1 yanvar Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə üzv oldular. Noto yarımadası zəlzələsi: Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən Suzu şəhərindən şimal-şimal-qərbdə 7,5 maqnituda gücündə zəlzələ baş verdi. Zəlzələ və onun ardınca baş verən sunami Noto yarımadasına, xüsusən də Vacima, Suzu və Noto şəhərlərinə böyük ziyan vurdu. Nəticədə 73 nəfər öldü, 392 nəfər yaralındı və 6 nəfər itkin düşdü. Efiopiya Berbera limanından istifadə etmək üçün Somalilend ilə müqavilə imzaladı. Həmçinin Efiopiya bildirir ki, nəticədə Somalilendin müstəqilliyini tanıyacaq və bunu edən ilk ölkə olacaq. === Fevral === === Mart === === Aprel === === May === 19 may İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanında helikopter qəzası baş verdi. Qəza nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, Şərqi Azərbaycan ostanının general-qubernatoru Malik Rəhməti və helikopter heyəti də daxil olmaqla 8 nəfər öldü.
2023-cü il
2023 (MMXXIII) — Qriqorian təqviminə görə Bazar günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2023-cü ilidir. III minilliyin və XXI əsrin 23-cü ilidir. 2020-ci illərin 4-cü ilidir. 2023-cü ildə COVID-19 pandemiyasının (Ümumdünya Səhiyyə Təşkilatı qlobal sağlamlıq vəziyyətində fövqəladə vəziyyət adlandırmağı dayandırdı) azalması müşahidə edildi. İl ərzində 2022-ci ildən başlayaraq Rusiyanın Ukraynanı işğal etməsi davam etdi. Aprel ayında Sudanda hərbi konflikt başladı. 2023-cü ildə həmçinin çoxsaylı təbii fəlakətlər oldu. Türkiyə və Suriyada təxminən 60000 insanın ölümünə səbəb olan zəlzələ baş verdi. Bu zəlzələ XXI əsrin beşinci ən ölümcül zəlzələsidir.
Yun Don-cu
Yun Donq Cu və ya Yoon Donq Ju (윤동주 Hanca: 尹 東 柱; 30 dekabr 1917, Lunçzin[d], Qirin[d] – 16 fevral 1945, Fukuoka) tənqidi üslublu poeziyası ilə yanaşı lirik poeziyası ilə də tanınan, Çində dünyaya gələn koreyalı şair idi. Yun Çinin Jilin şəhərində koreyalı qaçqın ailəsində anadan olub, böyüyüb. Daha sonra Myenqdonq məktəbində oxuyub və Pyonqyanq Sonqsil orta məktəbini və Seul Yeonhee kollecini bitirib. Yeonhee kollecindəki ikinci ilində oğlanlar üçün jurnalda şeir nəşr etdi və rəsmi olaraq qəzet məqaləsində yer aldı. Yaponiyaya keçdikdən sonra 1942-ci ildə Kyoto Doşişa Universitetinə daxil oldu, lakin 1943-cü ildə Yaponiya əleyhinə hərəkət etdiyi iddiası ilə Yapon polisi tərəfindən həbs edildi. Fukuokada həbsxanada olarkən 100-dən çox şeir yazaraq 27 yaşında ölür.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.