2023-cü il

2023 (MMXXIII) — Qriqorian təqviminə görə Bazar günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2023-cü ilidir. III minilliyin və XXI əsrin 23-cü ilidir. 2020-ci illərin 4-cü ilidir.

İllər
201920202021202220232024202520262027
Onilliklər
2000-ci illər2010-cu illər2020-ci illər2030-cu illər2040-cı illər
Əsrlər
XX əsrXXI əsrXXII əsr
2023 digər təqvimlərdə
Qriqori təqvimi 2023
MMXXIII
Yuli təqvimi 2023
Yuli təqvimi
bizans erasında
7531-7532 (1 sentyabr)
Romanın yarandığı gündən 2775-2776 (21 aprel)
Avropa təqvimi
5783-5784

ה'תשפ"ג  - ה'תשפ"ד

Hicri təqvim 1444-1445
Erməni təqvimi 4515-4516 (11 avqust)

ՍԻԳ

Çin təqvimi 4719-4720
壬寅 - 癸卯
qara pələng  - qara dovşan
Efiopiya təqvimi 2015 - 2016
Hind təqvimi
- Vikram-samvat 2079-2080
- Şaka sambat 1945—1946
- Kali-yuqa 5124-5125
İran təqvimi 1401-1402
Buddist təqvimi 2566
Holosen təqvimi 12023
Yapon xronologiyası 5 Reyva erası
Fransız inqilabı təqvimi 231—232
Çuçxe təqvimi 112-ci çuçxe ili
Minqo təqvimi 112-ci Tayvan ili

2023-cü ildə COVID-19 pandemiyasının (Ümumdünya Səhiyyə Təşkilatı qlobal sağlamlıq vəziyyətində fövqəladə vəziyyət adlandırmağı dayandırdı) azalması müşahidə edildi. İl ərzində 2022-ci ildən başlayaraq Rusiyanın Ukraynanı işğal etməsi davam etdi. Aprel ayında Sudanda hərbi konflikt başladı.

2023-cü ildə həmçinin çoxsaylı təbii fəlakətlər oldu. Türkiyə və Suriyada təxminən 60000 insanın ölümünə səbəb olan zəlzələ baş verdi. Bu zəlzələ XXI əsrin beşinci ən ölümcül zəlzələsidir. Eləcə də tarixdə qeydə alınmış ən uzunmüddətli tropik siklon olan Freddi siklonu da təxminən 1400 insanın ölümünə səbəb oldu.

2023-cü ildə bank böhranı baş verdi. Nəticədə çoxsaylı ABŞ regional bankları iflas etdi. İsveçrədə UBS tərəfindən Credit Suisse investisiya bankının satın alındı. ABŞ bankları arasında çökən ən böyük 2 bank: Silicon Valley Bank və First Republic Bank. Bunlar ABŞ tarixindəki ikinci və üçüncü ən böyük bank çöküşləridir.

Texnologiya sahəsində 2023-cü ildə generativ süni intellekt modellərinin davamlı yüksəlişi müşahidə edildi və müxtəlif sənayelərdə tətbiqlər yeni zirvələrə çatdı. Maşın öyrənməsi və təbii dil emalında irəliləyişlərdən istifadə edən bu modellər real və ardıcıl mətn, şəkillər və musiqi yaratmağa qadirdir. Şəxsi şirkətlər arasında süni intellektlə silahlanma yarışı 2010-cu illərin sonlarından bəri davam edir. Microsoft tərəfindən dəstəklənən OpenAI və Google-un sahibi Alphabet bu gün firmalar arasında üstünlük təşkil edir.

XVI Benediktin dəfn mərasimi
Braziliya Milli Konqresinə hücum
Cenin hücumu
Türkiyə–Suriya zəlzələsi
ABŞ tornado fəlakətləri

Proqnozlaşdırılan və planlaşdırılan hadisələr

[redaktə | mənbəni redaktə et]

Tarixi məlum deyil

[redaktə | mənbəni redaktə et]
II Konstantin
Cina Lollobricida
Pərviz Müşərrəf
Rakel Uelç