Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. == Coğrafiyası == Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Sirt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Sırt Çiçi
Sırt Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Sırt Çiçi oyk., mür. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd salındığı ərazinin coğrafi xüsusiyyətinə, r-nun ərazisindəki digər Çiçi kəndinə nisbətən yüksəklikdə yerləşdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 183 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir.
Çiçi xan
Çiçi xan və ya Çiçi Tanhu (v. e.ə. 35) — Qərbi Hun İmperiyasının qurucusu və ilk və son xaqanı. Sülü Çiançünun oğlu, Huxanye xanın atabir qardaşıdır (Çiçinin anası Türk (Hun), Huxanyenin anası isə çinli idi). Qardaşı Huxanyenin Vətənə xəyanət edib Hun İmperiyasının Çinə tabe olduğunu bildirəndən sonra ona qarşı çıxmış və Dövlətin qərbini müstəqil idarə etməyə başlamışdır. Birinci Talas Savaşında Çinlilərə uduzmuş, daha sonra Çinlilər və xain hunlar (Huxanye və ona tabe olanlar) tərəfindən öldürülmüşdür. == Həyatı == Çiçi Xaqan (Çiçi Xan) — eramızdan əvvəl 56-36-cı illər arasında xanlıq etmiş türk hökmdarıdır. O, Çin mənbələrində adı Hu-tu Vu-ssu (və ya Deqrotun dediyi kimi Hun-tunqa-su) kimi qeyd olunan Hun şahzadəsidir. O, türk tarixinin dərinliklərində böyük idealları olan qəhrəmanlardandır. Türklərə qərbi öyrədən, Avropanın qapılarını açan Böyük Hun xanıdır.
Redon Cica
Redon Cica (14 iyul 1998, Lyaçi[d]) — Albaniyalı futbolçu. Albaniya Milli futbol komandasının və "Qarabağ" klubunun hücumçusu. Əsasən sol cinah vingeri və mərkəz hücumçusu kimi çıxış edir. == Karyera == === Klub === ==== Laçi ==== 20 iyul 2017-ci ildə Cica ilk peşəkar müqaviləsini imzalayaraq "Laçi" komandasına qoşulur. 13 sentyabr 2017-ci ildə, Albaniya Kubokunda ilk mərhələsinin ilk oyununda "Laçi"nin heyətində debüt edir. Debüt oyununda komandası "Sopoti" klubuna 12–0 hesabı ilə qalib gəlir və Cica bu oyunda 5 qol vurur. Oyundan sonra o, vurduğu qolları ailəsinə həsr etdiyini bildirir. Albaniya çempionatında debütunu isə, 24 sentyabrda "Kukesi" komandası ilə oyunda edir. 2020–21 mövsümünün sonunda müqaviləsi başa çatdıqdan sonra klubu tərk etdi. "Laçi"nin formasını 4 il geyinən futbolçu, bütun turnirlərdə 151 oyunda meydana çıxır və 35 qol vurur.
Cici Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; 23 aprel 1995, Los-Anceles, Kaliforniya) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. == Həyatı == Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Qollu-çiçi xalçaları
Qollu-çiçi və ya Qollu xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təsnifatı == Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunması buradan da Qubanın digər bölgələrinə yayılıb. Hazırda Azərbaycandan başqa bu xalçalar Dağıstanda və Türkmənistanda da toxunur. Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə Yaxın və Orta Şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanıb. Bəzi sənətşünaslar bu xalçaları "Şirvani" və "Dağıstan" adlandırırlar. Bu xalçaya Qarabağdan olan ustalar "Maşın", Şirvanda olanlar isə "Qollu" və ya "Qollu göl" adı veriblər. Çiçidən olan xalça toxucuları isə bu xalçalara "Qollu çiçi" və ya "İsbigülçiçi" deyirlər. == Bədii xüsusiyyətləri == 1775–1800-cü illərdə Azərbaycan xalçaçılıq məktəbində yaranan bu kompozisiya konstruksiya və bəzək elementləri ilə seçilir.
Çiçi-Səbətlər bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.