Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şabalıdı
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Şabadin
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini. 1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş.
At şabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
Dəniz şabalıdı
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
Şabalıdı qaratoyuq
Şabalıdı qaratoyuq (lat. Turdus rubrocanus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Əkin şabalıdı
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir.
Antipin–Şabalin ekspedisiyası
Antipin–Şabalin ekspedisiyası – 1778–1780-ci illərdə İvan Antipin və Dmitri Şabalinin başçılıq etdiyi rus ekspedisiyası. Ekspedisiyanın məqsədi Kuril adalarını tədqiq etmək, yerli xalq olan aynuları ruslaşdırmaq və Yaponiya ilə ticarət əlaqələri qurmaq idi. == Zəmin == XVIII əsrin ikinci yarısında Rusiya imperiyası Kuril adalarını tədqiq etmək və Yaponiya ilə ticarət əlaqələri qurmaqla maraqlanırdı. Kuril adalarını Rusiyaya tabe etmək istəyən hökumət İrkutsk qubernatoru Adam Brilə adaları ətraflı tədqiq etmək barədə göstəriş vermişdir. 28 noyabr 1772-ci ildə Bril Kamçatka komandiri Maqnus fon Bemi adaları tədqiq etməklə vəzifələndirmiş, ona "mülki, amma çox böyük olmayan, guya balıqçılıq və ovçuluqla məşğul olan bir gəmini Kuril adalarının cənubundakı yaşayış məntəqəsi Akkeşiyə, hətta Hokkaydoya göndərmək" missiyası vermişdir. Bemin əsas vəzifəsi yerli əhalinin adətlərini, adaların, çayların, meşələr, balıqçılıq və ovçuluq ərazilərinin coğrafiyasını təsvir etmək, adaların tam xəritəsini çıxarmaq idi. Ekspedisiya aynulara lazım olan rus malları və materiallarını, eləcə də, bunun qarşılığında aynulardan ala biləcəkləri şeyləri müəyyənləşdirməli, yaponlarla dostluq və ticarət əlaqələri qurmalı idi. Ekspedisiyanın digər məqsədi Kuril adalarında yaşayan yerli əhaliyə Rusiya vətəndaşlığını qəbul etdirmək və rus adətlərini öyrətmək üçün bir neçəsini Rusiyaya aparmağı təklif etmək idi. == Ekspedisiya == 1774-cü ildə yakut tacir Pavel Lebedev-Lastoçkin ekspedisiyanı maliyyələşdirmiş, ekspedisiya üçün "St. Ekaterina" gəmisini Kamçatkaya göndərmişdir.