Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Saçlı
Saçlı (Abaran)
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Şamlı
Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Abbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançı Yaşayış məntəqələri Şamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hüseynabad Şamlı — İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd Şamlı (tayfa) — Azərbaycanlıların soykökündə duran tafyalardan biri. Şamlı eli — Azərbaycanın soykökündə duran qurumlardan biri.
Şəbli
Şəbli (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Şəbli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şəbli (Puldəşt) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd.
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Hüseynabad Şamlı
Hüseynabad Şamlı-İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd.
Kiçik Şamlı
Kiçik Şamlı (fars. شاملوي كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (35 ailə).
Məhəmmədcəfər Şamlı
Məhəmmədcəfər Şamlı-(?-?). XVIII yüzil tarixçisi Məhəmmədcəfər Şamlı öncə Nadir şah Avşarın sarayında, onun ölümündən sonra Əfqanıstanın Dürrani sülaləsindən Əhməd şah Abdalinin srayında yazıb-yaratmışdı.Onun "Mənazil-əl-futuh", "Tərifi-Mənazil-əl-futuh" adlı tarixi əsərləri var. Bu əsərlər İran, hindistan şahlarından bəhs edir. Məşhur Paniapat döyüşü bu əsərlərdə işıqlandırılır.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Nazlı Sabri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sabri Fırıldak
Sabri Fırıldak — Fırıldak Ailesi serialının baş qəhrəmanıdır. Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir. Şərq hiyləgəri deyilə biləcək bir quruluşu vardır. Bir çox hadisədə yanar-dönər rəftarını göstərir.
Sabri Ülkər
Sabri Ülkər (1920, Aluşta – 12 iyun 2012, İstanbul) — məşhur türkiyəli şirniyyatçı və iş adamı. Dünyada məşhur şirniyyat və içki istehsalçısı olan "Ülker" şirkətinin əsasını qoyub. Sabri Ülker 1920-ci ildə Krımda dünyaya gəlib. Əslən krım tatarıdır. 1929-cu ildə ailəsi Alakat faciəsindən sonra Krımı tərk edərək Türkiyəyə gəlir. 21 iyun 1934-cü ildə Türkiyədə soyad qanunu çıxdıqdan sonra Sabrinin atası İslam bəy "Berksan" soyadını götürür. Sabri Berksan 3-cü sinifdən etibarən İstanbulda Kadırqa İbtidai məktəbində təhsil almağa başlayır. İbtidai məktəbi bitirdikdən sonra "İstanbul Erkek Lisesi"-ə daxil olur. Burada təhsil aldığı dövrdə imtahan verərək pulsuz yatılı təhsil almaq imkanı əldə edir və Bilecik liseyinə gedir. Yay tətillərində qardaşı Asimlə birlikdə Beslər Biskivit Fabrikasında işləyir.
Salli Hokins
Salli Sesiliya Hokins (ing. Sally Cecilia Hawkins; 27 aprel 1976[…]) — Britaniyalı aktrisa. 2008-ci ildə "Qayğısız" filmində Poppi rolunda çıxışı ona bir neçə beynəlxalq mükafat, o cümlədən komediya və ya musiqili filmdə ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus qazandırdı. Digər diqqətəlayiq rollar arasında Paddington və Paddington II filmlərində Xanım Meri Braun, Vera Dreykdə Syuzan (2004), BBC-nin “Məxməri Barmaqlar” serialında Sue Trinder (2005) və İnandırmada Anna (2007), “Suyun forması” filmində Eliza Esposito var. (2017). Kral Dramatik İncəsənət Akademiyasını bitirdikdən sonra Salli Hokins teatr aktrisası kimi karyerasına "Romeo və Cülyetta", "Müch Ado About Nothing" və "A Midsummer Night's Dream" kimi tamaşalarda başlayıb. Onun ilk böyük rolu Mayk Linin "Hər şey ya da heç nə" filmində olub. O, Vera Dreykdə (2004) ikinci plan rolunu oynayaraq və "Qayğısız" (2008) filmində baş rolda oynayaraq Li ilə işləməyə davam etdi, buna görə o, bir neçə mükafat, o cümlədən Ən Yaxşı Aktrisa üzrə Qızıl Qlobus Mükafatı aldı. Dərs (2009) Jasmin (film, 2013) / ing.
Salli Prisand
Salli Prisand (1946-cı il təvəllüdlü) — rus. Регины Йонас′dan sonra yəhudi tarixində qaranlıqdan keçmiş, ravvinlik seminariyasının kordinasiyası ilə ikinci ravvin və ABŞ-nin ilk xanım ravvin praktikantıdır. Ravvin adı 1971-ci il 3 iyun tarixində Cincinnati, ing. Plum Street′də yerləşən məbəddə ing. Hebrew Union College-Jewish Institute of Religion yəhudi seminariyası tərəfindən layiq görülmüşdür. Bundan sonra Prisand Nyu-York, Manhetten′dakı ing. Stephen Wise Free Synagogue sinaqoqunda köməkçi ravvin vəzifəsini icra etmiş və sonra ing. New Jersey ştatında, ing. Tinton Falls şəhərində yerləşən ing. Monmouth Reform Temple məbədinə rəhbərlik etmişdir.
Sarli dili
Sarli dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri, İraqda danışılır.
Sauli Niinistö
Sauli Niinistö — Finlandiya Respublikasının Prezidenti. Sauli Niinistö parlamentin spikeri, ədliyyə naziri, maliyyə naziri kimi vəzifələrdə çalışmışdır. O, Koalisiya partiyasının üzvüdür. 2012-ci ildə Sauli Niinistö Finlandiyada keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlib. Seçicilərin 62,6%-i Niinistöyə səs verib. Onun rəqibi, “Yaşıllar ittifaqı”nın sədri Pekka Haavisto 37,4% səs toplayıb.
Sayli Valdespino
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Sepidə Şamlı
Sepidə Şamlı- İranlı yazıçı, romançı.O, fars dilində bir neçə roman yazmışdır.2000-ci ildə onun "Eləbil bizə demişdin Leyli" adlı romanı Gülşiri mükafatına layiq görülmüşdür.
Şafli əməliyyatı
Şafli əməliyyatı (ing. Operation Shufly) — 1962-ci ildən 1965-ci ilə qədər Vyetnam müharibəsinin ilkin mərhələlərində Vyetnam Respublikası Ordusunun (ARVN) qüvvələrinin hərəkətliliyini yaxşılaşdırmaq üçün ABŞ Dəniz Piyadaları Korpusunun əməliyyatı. 15 aprel 1962-ci il tarixindən başlayaraq, döyüş əməliyyatları zamanı hücum dəstəyi və itki evakuasiyası yardımını təmin etmək məqsədilə Mekonq deltasındakı Şokçanq aerodromuna və daha sonra Dananq aviabazasına yerləşdirilən dəniz helikopter eskadrilyaları, əlaqəli texniki xidmət bölmələri və hava hərəkətinə nəzarət dəstələri dörd aydan bir uçuş edirdi. 1965-ci ilin əvvəlində Dəniz Piyadaları Korpusunun orta vertolyot eskadrilyalarının yarısı "Şafli" əməliyyatının bir hissəsi olmuşdu. Əməliyyat 8 mart 1965-ci ildə sona çatmışdı. Bu tarixdə 9-cu Dəniz Ekspedisiya Briqadası ABŞ-nin Cənubi Vyetnama çoxlu sayda nizami döyüş birləşmələri göndərmək öhdəliyinin avanqardı kimi Vyetnama endirilmişdi.
Şadlı (dəqiqləşdirmə)
Aşağı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şadlı (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. digər Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Şadlı tayfası — Xorasanda yaşayan kürd tayfası.