772 saylı Xüsusi Təyinatlı batalyon
772 saylı Xüsusi Təyinatlı batalyon — Birinci Qarabağ müharibəsində uğurlu əməliyyatları olan, lakin gizli saxlanılan xüsusi təyinatlı batalyon.
== Yaradılması ==
772 saylı batalyonun yaradılması təşəbbüsü 1992-ci il fevral ayında sadə zəvod fəhlələri olan Kazlov Vladimir və Malinov Vladimir tərəfindən irəli sürülmüşdür. Həmin ildə onlar televiziya vasitesi ilə xalqa müraciət etdilər. Çağrışlarına Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri toplandı. Bunlar rus, ləzgi, talış, ukraynalı, tatar, yəhudi və azərbaycanlılar idi. Fevralın 25-nə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında "əfqan" döyüşçüləri də çox idi. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli döyüşçülər idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı. Komanda mart ayının 17-si 128 nəfərlik tərkiblə Müdafiə Nazirliyi tərəfindən təsdiq edildi.