Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vanklu
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Saveli Kramarov
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
Savoylu Marqarita
Savoylu Marqarita (28 aprel 1589, Turin, Savoy hersoqluğu – 26 iyun 1655, Miranda-de-Ebro[d]) — hersoq Savoylu I Karl Emmanuilin və İspaniya kralı II Filipin qızı Katalina Mikaelanın 5-ci övladı, Mantuya kralı IV Françesko Qonzaqanın həyat yoldaşı. Tarixə Portuqaliyanın son ispan vitse-kraliçası (sərdarı) kimi düşüb. 1608-ci ilin fevralın 19-da Mantuya taxtının varisi Françesko ilə Turində ailə qurur. 1612-ci il fevralın 9-u onun yoldaşı atasının taxtına keçir, lakin həmin ilin dekabrın 22-si vəfat edir. Evli olduğu zaman ərzində Marqarita 3 uşaq doğur, lakin onlardan yalnız biri – böyük qızları Mariya Qonzaqa həyatda qala bilir. Yoldaşı və oğlu çiçək xəstəliyinin qurbanı olur. Yoldaşı vəfat etdikdə Marqarita hamilə olduğunu iddia edirdi ki, lakin qısa zamanda onun yalanı ifşa edildi. Beləliklə, taxt yoldaşının qardaşı I Ferdinando Qonzaqaya keçir. Kardinal olan Ferdinando dini sandan imtina edərək, Mantuyanın hersoq tacını geyir. Eyni zamanda, Mariya Qonzaqa de-yure olaraq Monferratın hersoqluq tacının sahibi olur, çünki tarixi olaraq bu hersoqluq yalnız ana xətti ilə əldə edilə bilərdi.
Şavkat Mirziyayev
Şavkat Mirimanoviç Mirziyoyev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şavkat Mirziyoyev

Mavlu (Sərdəşt)
Mavlu (fars. ماولو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (18 ailə).
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Şamlu dərəsi
Culfa rayonu ərazinində yer. Orta əsrlərdə Azərbaycanda dərə məfhumu bir sıra yaşayış yerlərininolduğu vadi, bəzən mahal mənasında da işlədilirdi. Əmir Teymurun oğlu Miranşahın 27 ramazan 798 (4.7. 1396)il tarixli fərmanında Culah (Culfa) qəsəbəsindən toplanan mal və müstəvəccihatın soyurqal olaraq marakanlı Dursuna verildiyi göstərilir. Marakan( Maraqan) Culfa ətrafında Şamlı(Şamluq) dərəsində kənd olmuşdur.Şahruxun 8 məhərrəm 838(14.8.1434)il tarixli fərmanından məlum olur ki.Şeyx Dursun Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə yüksək nüfuzlu şəxs olmuş və onlara rəğbət bəsləmişlər.
Şatlü (Alye)
Şatlyu (fr. Châtelus) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03068. 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 80 nəfərin (15-64 yaş arasında) 65-i iqtisadi cəhətdən, 15-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 81.3%, 1999-cu ildə 74.7%). Fəal olan 65 nəfərdən 58 nəfər (34 kişi və 24 qadın), 7 nəfər işsiz (4 kişi və 3 qadın) idi. 15 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 5 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şatlü (İzer)
Şatlyu (fr. Châtelus) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38092. Kommunanın 2012-ci il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 1269 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 32 km cənub-qərbdə yerləşir.
Əhməd Şamlu
Əhməd Şamlı (farsca: احمد شاملو; 12 dekabr 1925, Tehran – 24 iyul 2000 və ya 23 iyul 2000, Kərəc, Tehran ostanı) — A.Bamdad ədəbi təxəllüsü ilə tanınan iranlı şair, yazıçı və jurnalist. O, müasir İranın ən vacib şairlərindən biri hesab olunur. İlk şeirlərini Nima Yuşiçin təsiri altında yazmış, onun ənənələrini davam etdirmişdir. İranlı ədəbi tənqidçi Abduləli Dastgib Şamlının müasir İran poeziyasının qabaqcıllarından biri olduğunu və Nimadan sonra öz dövrünün şairlərinə ən çox təsir göstərən şair olduğunu söyləmişdir. Şamlının şeirləri mürəkkəb olsa da, təsvirləri anlaşıqlıdır. O, İran oxucularına Hafiz və Ömər Xəyyamın şeirlərindən tanış olan ənənəvi təsvirlərdən istifadə etmişdir. Şamlının şeirlərində gündəlik təsvirlərdə təcəssüm etdirilən oksimonorik elementlər abstraktlığın qeyri-reallığı, eyni zamanda da reallıq ilə vəhdət təşkil edir. İran poeziyasında görülməyən bu metod ənənəvi şeriyyat pərəstişkarlarının bəzilərini narahat etmişdir. Şamlı fransız dilindən farscaya çoxlu tərcümələr etmiş, eyni zamanda, öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Bundan əlavə, o, çox sayda pyes yazmış, İran poeziyasının önəmli klassik şairlərinin, xüsusilə də Hafizin əsərlərini redaktə etmişdir.
Mariya Svolu
Mariya Svolu və ya Mariya Desipri (yun. Μαρία Σβώλου; 1892, Afina – 3 iyun 1976) — Yunanıstan feministi və sosialist lideri. == Həyatı == Mariya Desipri 1892-ci ildə Afinada Corc Desiprosun ailəsində anadan olub. Üç bacısı olan Mariya iki il Pirey şəhərində yaşayıb. O, gənc yaşlarında atası Yunanıstan Milli Bankının filialının direktoru təyin olunanda ailəsi ilə birlikdə Larisa şəhərinə köçüb. Burada Larisa Arsakion məktəbində təhsil alan Mariya 1907-ci ildə məzun olub. O, 1915-ci ildə atasının ölümündən sonra ailəsi ilə Afinaya qayıdıb. 1916-cı ildə fransız dilinin tədqiqi üzrə sertifikat alan Mariyaya üç il sonra Kilsə və Dövlət Təhsili Nazirlikləri tərəfindən fransız dilinin tədrisi üzrə lisenziya təqdim edilmişdir. == Fəaliyyəti == Mariya gənc yaşlarından Yunanıstanın qadın hərəkatında fəal iştirak edib. 1920-ci ildə Avra Teodoropulunun təşəbbüsü ilə Roza İmvrioti, Mariya Neqreponte və digər feministlərlə birlikdə qurulan Yunanıstan Qadın Hüquqları Liqasının təsisçilərindən biri olub.
Sivlu gölü
Sivlu gölü (yun. Λίμνη Τσιβλού) — Axeya prefekturasının Egiyaliya bələdiyyəsində, təxminən 700 metr yüksəklikdə, Helmosun yamaclarında yerləşən göl. 24 mart 1913-cü ildə ərazidə baş verən böyük sürüşmə Kratis çayının yatağının bağlanması zamanı yaranmışdır. Gölün səthi təxminən 8,3 hektar, dərinliyi isə təxminən 80 metrdir. Gölün yaxınlığında Peristera, Agiya-Varvara və Zaruxla kəndləri var. Gölün adı sürüşmə nəticəsində qismən su altında qalan Sivlu kəndindən götürülmüşdür. ΥΠ.Ε.Π.Θ. & Κέντρο Περιβαλλοντικής Εκπαίδευσης Ακράτας, Ο Υγροβιότοπος της λίμνης Τσιβλού. Εκπαιδευτικό Πρόγραμμα, Επιμέλεια έκδοσης: Κ. Παπακωνσταντίνου, Ακράτα 2003. ISBN 978-960-89607-0-1. (πρόκειται για περιγραφή του υγροβιότοπου της λίμνης με αναλυτικό ιστορικό της κατολίσθησης) Τουριστικός οδηγός Νομού Αχαΐας - Μνημεία Φύσης, nea.gr.
Murtuza Qulu Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Mürtəzaqulu sultan Şamlu

Səfiqulu bəy Şamlu
Səfiqulu bəy Səfi — Herat bəylərbəyi, şair. II Şah Abbas Mənuçöhr xanı 1662-ci ildə Qəndəhar hakimiliyindən azad edib onu təyin etdi. 1680-ci ildə Herat hakimi oldu. Türkcə kiçik həcmli divanının əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Səfiqulu bəy Səfi Məşhəd valisi, Herat bəylərbəyi vəzifələrini icra edib.
Saku Heyskanen
Saku Heyskanen (29 sentyabr 2001-ci ildə Finlandiyada anadan olub) — 1899 Hoffenhaym klubundan icarə əsasında Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Heyskanen Maski akademiyası vasitəsilə inkişaf etmişdir. O, 9 yaşı olarkən Honka akademiyasına qəbul olmuşdur. Heyskanen öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Malminkartanon klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Roni Huhtalanı əvəz etmişdir. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. 8 avqust 2017-ci ildə Heyskanen Bundesliqa təmsilçilərindən olan 1899 Hoffenhaym klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin yayında Heyskanen Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Heyskanen klub ilə debütünü isə 1 sentyabr 2018-ci ildə JJK klubuna qarşı oyunda etmişdir. O, 20-ci dəqiqədə Yulius Tauriaynen ilə əvəz olunmuşdur.
Saku Ylatupa
Saku Ylatupa (4 avqust 1999, Espoo) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Saku 1999-cu ildə Espoo şəhərində anadan olmuşdur. Ylatupa öz peşəkar futbolçu karyerasına HJK klubunun gənclər yığmasında start vermişdir. Ylatupa bir müddət HJK klubunun reserv komandası olan Klubi 04 klubunda çıxış etmişdir. 2016-cı ildə Ylatupa HJK klubunun əsas komandasına çağırılmışdır. O, peşəkar karyerasında debütünü 2 aprel 2016-cı ildə Finlandiya Liqa Kubokunda Lahti klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə əvəz olumuşdur. 21 iyul 2017-ci ildə Ylatupa Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə üç illik müqavilə imzalamışdır.
Savu adası
Savu adası (ind. Pulau Sawu, həmçinin Sabu, Sawoe, Havu, Hawu, Hawoe) — İndoneziyaya məxsus olan ada. Timor adasından qərbdə, Sumba adası ilə Timor adasının arasınmda yerləşir. Ada Şərqi Nusa Tenqara vilayəti ərazisinə daxildir. 2008-ci ilə olan məlumata görə adad 62000 əhali yaşayır. Eyni adlı arxipelaqın ən iri adasıdır. Onun sahəsi 420 km² təşkil edir. Arxipelaqın sahəsinə görə ikinci ən böyük adası Raycuadır. Onun sahəsi 36 km², əhalisi isə 6000 nəfərdir. Yaxınlığında Timor, Sumba, Flores və Solor adaları yerləşir.
Savu dənizi
Savu dənizi (ing. Savu Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Flores, Sumba və Timor adaları arasın yerləşir. Adalar Malay arxipelaqına daxildir. Sahəsi 35,000 km² , orta dərinliyi 1683 m , ən dərin yeri 3475 m təşkil edir. Səthində avqust ayında 26 s,fevralda isə 28 s, dibində 3 s təşkil edir. Duzluğu 34 ‰ təşkil edir. Mərkəzində Savu çökəkliyi vardır(3000). Qərbindən güçlü axınlar keçir və sürəti 50 sm/san təşkil.
Soen Şaku
Soen Şaku (釈 宗演, Şaku Soen, 10 yanvar 1860 və ya 1860 – 29 oktyabr 1919 və ya 1919, Kamakura, Kanaqava prefekturası) – Yaponiya buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur. O, ABŞ-də Zen buddizminə dair dərslər vermiş ilk şəxsdir. Soen Şaku 1859-cu ildə Yaponiyanın Vakasa əyalətinin Takahama yaşayış məntəqəsində doğulmuşdur. Kiotoda yerləşən Myoşin məbədində və Kamakurada yerləşən Enqaku məbədində təhsil aldıqdan sonra Keyo Universitetinə daxil olmuşdur. 1889-cu ildə universitetdən məzun olmuş, Seylon və Hindistana səyahət etmişdir. 1892-ci ildə Enqaku məbədinin abbatı təyin olunmuşdur. O, 1905–1906-cı illərdə ABŞ-də Zen buddizminə dair mühazirələr vermiş, ABŞ-də Zen meditasiyası təşkil edən ilk şəxs olmuşdur. 1906-cı ildə "Amerikalılar üçün Zen" adlı əsəri nəşr olunmuşdur. Yazıları 40 cild şəklində nəşr olunmuşdur.
Murtuza Qulu Xan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Ana Maria Savu
Ana Maria Savu — SCM Gloria Buzau (qadın həndbolu) və Rumıniya milli komandasının həndbolçusu. == Klub komandalarında == Ana Maria Draqut Darabanidə həndbolu əsaslarını öyrəndi , və ibtidai məktəbi bitirdikdən sonra, məktəblərarası idman tədbirində diqqət çəkdikdən sonra Botosanda idman şöbəsi ilə liseydə təhsilini davam etdirdi. Ana Maria Savu LPS Botosani komandasında o qədər yaxşı çıxış etdi ki, o, Rumıniyanın yaş qrupu üzrə milli komandasına da dəvət edildi. O, 11-ci sinifdən Brasovda oxuyub və CS Urban Brasov-da çıxış edib. 2008-ci ildə o, CSM Roman ilə müqavilə bağladı və burada özünü böyüklər arasında göstərə bildi. Bir ildən sonra o, Dunărea Brăila tərəfindən təsdiqləndi, burada o, Neptun Constanța-da bir icarə də daxil olmaqla beş mövsüm keçirdi. 2014 və 2016-cı illər arasında o, Unirea Slobozia-nın oyunçusu idi və sonra iki il HC Zalău-da keçirdi. 2018-ci ilin yayında o, Macarıstana, Kisvárdai KC komandasına keçid etdi. == Milli komanda == 2009-cu ildə Macarıstanda təşkil olunmuş gənclər arasında dünya çempionatında iştirak etmişdir. O, Rumıniya millisində 2017-ci ildə debüt edib.