Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
SAVAK
SAVAK (Farsca: ساواک, سازمان اطلاعات و امنیت کشور Sāzemān-e Ettelā'āt va Amniyat-e Keshvar üçün qısa form, Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) — İranın Məhəmməd Rza Pəhləvi dövründə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti SAVAK Pəhləvi sülaləsi devrilənə qədər, 1957-ci ildən 1979-cu ilə qədər fəaliyyət göstərirdi.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Salsk
Salsk — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Samoa
Samoa — dövlət. Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. Samoa 11 dairəyə bölünür. 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Sason
Sason — Batman ilinin bir ilçesidir. Sason, dağların arasında qurulmuş köhnə bir məskunlaşma vahididir. Mahal mərkəzi Helkıs Dağı ətəklərinə qurulmuşdur. İlçe'nin girişində şəfalı içməyə vardır. Sason dağların bir yanı Kozluk üzərindən Bitlisən çıxarkən digər yanı Muş düzənliyinə çıxar. 3000 m'ye yaxın yükseltisiyle Mereto Dağı Diyarbakır hövzəsindən dəqiq bir şəkildə görülməkdə olub, bölgənin ən yüksək dağıdır. Erməni olan "Sasun" və "Sanasunk" adları 3-cü əsrdən etibarən erməni, Rum-Bizans, Sürəni və Ərəb qaynaqlarında yazılmışdır. Tarixi Sasun bölgəsi bugünkü sahəsinə əlavə olaraq Mutki və Kozluk (Hazzo) rayonlarında də əhatə edir. Bölgənin tarixi xalqı ermənilər olmaqla birlikdə Kürd və Ərəb ünsürlərə da ən qədim dövrdən etibarən rast gəlinməkdədir. Erməni xalq ədəbiyyatının ən məşhur əsəri olan Sasuntsi Tavit (Türkçesi Sasun'lu Tavit ) dastanı, 10.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Sojak
Sojak (fr. və oks. Saujac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12261. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 60 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 133 nəfər təşkil edirdi. 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 45 nəfər iqtisadi cəhətdən fəal, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 52.9%, 1999-cu ildə bu 68.8%).
Şabon
Şabon (fr. Châbons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38065. Kommunanın 2012-ci il üçün əhalisi 1978 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 386 ilə 687 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Samos
Samos (yun. Σάμος) — Yunanıstanda, Egey dənizində, Şərqi Sporadlar arxipelaqında ada. Bəzən ada qonşu İkariya adası ilə birlikdə Cənubi Sporadlar arxipelaqının bir hissəsi kimi təsnif edilir. Dünyanın möcüzələrinin sadalandığı Herodotun əsərlərində adanın adı çəkilir.
Balsamita major subsp. major
Balsamita major var. major
Plantago major var. major
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Elif Şafak
Elif Şafak (türk. Elif Şafak) — türk əsilli romançı. 1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Eşq" ("Aşk") romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub. == Həyatı == Atasının o dövrdə həkimlik etdiyi Strasburqda dünyaya gəlib. Atası psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulanda qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini Ankara Atatürk Anadolu Lisesi"ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. 2017-ci ilin oktyabrında biseksual olduğunu açıqlayıb.
Elizabet Salom
Elizabet Salom (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Elizabet Salom, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Elizabet Salom, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və İsabel Paqan ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Erigeron major
Erigeron major (lat. Erigeron major) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Galanga major
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.