Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saloniki
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Saloniki vilayəti
Saloniki vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1913–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saloniki şəhəri idi.
Saloniki Beynəlxalq Sərgisi
Saloniki Beynəlxalq Sərgisi (yun. Διεθνής Έκθεση Θεσσαλονίκης, Rom: Diethnis Ekthesi Thessalonikis; qısaca: TIF (ΔΕΘ)), Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikidə hər il keçirilən beynəlxalq sərgi tədbiridir. 1926-cı ildən bəri hər il sentyabrın ilk həftəsində keçirilir və açılışı ənənəvi olaraq Yunanıstan baş nazirinin bir sıra bəyanatları ilə qeyd olunur. Sərgi İkinci dünya müharibəsindən bu yana ilk dəfə olaraq COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ləğv edilmişdir. Saloniki Beynəlxalq Sərgisi Salonikinin mərkəzindəki YMC Meydanında yerləşən TIF HELEXPO Beynəlxalq Sərgi və Konqres Mərkəzi tərəfindən təşkil edilən tədbirdir. Bu sərgilər Yunanıstanın ən mühüm sərgi təşkilatı agentliyi olan TIF HELEXPO tərəfindən təşkil edilir. TIF HELEXPO sərgi mərkəzini idarə edir və onun sahibidir. Saloniki Beynəlxalq Sərgisi Avropa standartlarına müvafiq gələn sərgi sahələrinə malik olub, il boyu ticarət və istehlak sərgilərinə ev sahibliyi edən əhəmiyyətli bir təşkilatdır. TIF HELEXPO Sərgi Mərkəzinin ümumi sahəsi 180.000 kvadratmetrdir. Bunun 62.000 kvadratmetri qapalı sərgi sahələrindən ibarətdir və funksional olaraq dizayn edilmiş və bir-biri ilə əlaqədar olan 17 pavilyondan ibarətdir.
Saloniki bolqar oğlanlar gimnaziyası
Saloniki Bolqar oğlanlar gimnaziyası "Müqəddəslər Kiril və Mefodi" (bolq. Солунска българска мъжка гимназия „Св. св. Кирил и Методий“) – Makedoniyada ilk bolqar oğlanlar gimnaziyası, Bolqarıstan təhsilinin ən əhəmiyyətli mərkəzlərindən biri. Gimnaziya 1880-ci ilin payızında Saloniki şəhərində yaradılmış və 1913-cü ilə qədər mövcud olmuşdur. Saloniki Gimnaziyasının davamçısı Bolqarıstanın Pirin Makedoniyasının Blaqoyevqrad şəhərindəki "Müqəddəs Kiril və Mefodi" Milli Humanitar Gimnaziyası hesab olunur. Salonikidəki Bolqar cəmiyyəti kimi, 1893-cü ildən sonra gimnaziyanın şagirdləri və müəllimləri iki düşərgəyə — "inqilabçılar" və "təkamülçülər"ə bölündülər. Gimnaziya iki hərəkat arasında mübarizənin mərkəzlərindən biri idi. Təkamül inkişafının tərəfdarlarının fikirləri Ekzarxiyanın Makedoniya əhalisinin mədəni-maarif və iqtisadi inkişafının qanuni vasitələrlə davam etdirilməsinin zəruriliyi mövqeyi ilə əlaqələndirilir. İnqilabçılar Makedoniyanın muxtariyyəti üçün silahlı mübarizə hazırlamaq haqqında Daxili Makedoniya-odrin inqilab Təşkilatı ideyalarının tərəfdarları idilər.