Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şans
Şans (film, 2004) — Rejissor Elçin Məmiyevin filmi. Şans (qəzet) — baş redaktoru jurnalist Azər Hüseynbala olan qəzet.
Foniks Sans
Foniks Sans — Arizona ştatının Finiks şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Masarena Sans
Masarena Sans (20 noyabr 1996, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Masarena Sans Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Sans (rayon)
Sans (fr. Sens) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yonna. Suprefektura — Sans. Rayon əhalisi 2006-cı ildə 108 841 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 1704 km².
Hans
Hans — kişi adı və təxəllüs Hans Morqentau — alman əsilli amerika siyasətçisi və tarixçisi. Hans Frank — alman vəkil. Hans Hollayn — Avstriyalı memar və dizayner. Hans Friçe — Radioaparıcı, jurnalist. Hans fon Bülov — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. Hans Memlinq — alman mənşəli Niderland rəssamı, Hans Zimmer — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri Hans Ersted – Danimarka fiziki. Hans Olsen (velosipedçi) — Danimarkalı keçmiş peşəkar velosiped yarışçısı. Hans adası — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan ada Hans Ferdinand Helmolt — alman əsilli tarixçi və publisist. Hans Ayzenk — ingilis psixoloqu. Hans Bronzart von Şellendorf — Alman pianoçu və bəstəkar.
Saks
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sass
Sass (Syntactically Awesome Stylesheets) — CSS kod abstraksiyasının səviyyəsini artırmaq və stilin kaskad cədvəlləri sənədlərini asanlaşdırmaq üçün hazırlanmış bir CSS əsaslı metadil. Sass-ın iki sintaksisi var: sass — burada əyri mötərizələrdən istifadə edilmir və abzas, boşluqlar vasitəsilə yuvalaşma aparılır. SCSS (Sassy CSS) — CSS-dəki əyri mötərizələrdən istifadə prinsipini saxlayır və yuvalaşma aparılır. == Yuvalaşdırma qaydası == Sass-ın əsas xüsusiyyətlərindən biri iç-içə olan selektorları yaratmağı və redaktə etməyi asanlaşdıran yuvalaşdırma qaydasıdır. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: == CSS dəyişənləri == Sass-ın daxilinə dəyişən və bir sıra parametri eyni dəyişənə çevirə bilən "miksin"-ləri (ing. mixin) daxil etmək mümkündür. Bu, böyük fayllarla işləyən zaman kodun davamlılığını, çevikliyini və daha rahat anlaşılmasını təmin edir. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Miksinlərdən istifadə nümunəsi:Aşağıdakı sintaksislə CSS-ə çevrilir: == İstinadlar == == Ədəbiyyat == Alex Libby. Instant SASS CSS How-to. Packt.
Seans
Seans (film, 1988)
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şanış
Şanış (az.-əbcəd شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Şans (film, 2004)
Şans — Rejissor Elçin Məmiyevin filmi. == Məzmun == Film müəllim Qəninin (Elçin Məmiyev) başına gələn əhvalatlardan bəhs edir.
ANS
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. == Əsas göstəriciləri == Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. == Coğrafiyası == Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Adolf Saks
Adolf (Antuan Jozef) Saks (fr. Antoine-Joseph (Adolphe) Sax; 6 noyabr 1814, Dinan, Belçika — 4 fevral 1894, Paris) — belçikalı musiqi alətləri ixtiraçısı. Ən məşhur ixtiraları saksofon və sakshorn alətləridir. == Maraqlı faktlar == Adolf Saks Belçikada avro tətbiq olunana qədər dövriyyədə olan belçika frankının 200 nominallı əskinazında təsvir olunmuşdu. Əskinazın əks tərəfində saksofonçularının, Dinanın (Saksın doğulduğu şəhərin) baş kilsəsi və qalasının siluetləri təsvir olunmuşdu.
Auqust Sanq
Auqust Sanq (est. August Sang; 27 iyul 1914, Pyarnu — 14 oktyabr 1969, Tallin) — Estoniya şairi və ədəbi tərcüməçi. == Həyat və yaradıcılığı == Auqust Sanq Pyarnuda poçt qulluqçusu ailəsində anadan olmuşdur. 1932-ci ildə Pyarnuda kişi gimnaziyasını bitirmişdir. Hərbi xidmətini bitirdikdən sonra Auqust bir il yarım telefon bağlantısı işçisi kimi çalışmışdır. 1934-cü ildən 1942-ci ilə qədər Tartu Universitetində fəlsəfə fakultəsində təhsil almışdır. Bir neçə dəfə bəzi səbəblərdən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır.Artıq Auqust Sanq səkkiz yaşı olarkən şeirlər yazmağa başlamışdır. İnyo təxəllüsü altında şeirlər yazan Auqust 1933-cü ildə Improvisatsioon poeması ilə Kevadik adlı gənclər jurnalının ədəbi müsabiqəsinin qalibi olmuşdur. 1934-cü ildə onun şeiri ilk dəfə Looming ədəbi jurnalında çap olunmuşdur. 1936-cı ildə onun poetik toplusu Üks noormees otsib õnne işıq üzü görmüş və ona məşhurluq qazandırmışdır.
Ağ Şanı
Ağ Şanı — üzüm növü. Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir. Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir. Siyezen ve Zarat bolgelerinde,en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Conni Sins
Conni Sins (ing. Johnny Sins) təxəllüsü ilə tanınan Stiven Volf (ing. Steven Wolfe) (31 dekabr 1978, Pitsburq, Pensilvaniya) — Amerikalı pornoaktyor, prodüser və youtuber. Keçəl başı və əzələli bədəni ilə məşhur olan Conni Sins mütəmadi olaraq axtarışlarda ən populyar aktyorlardan biridir. İlin Kişi Aktyoru AVN mükafatına iki nominasiya da daxil olmaqla, işlərinə görə çoxsaylı təltif almışdır. == Həyatı == Stiven Volf (ing. Steven Wolfe) 31 dekabr 1978-ci ildə ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində anadan olmuşdur. Kollecdən məzun olduqdan sonra həftədə altı gün tikintidə işləmişdir. 2006-cı ildə, 28 yaşında pornoaktyor olmaq üçün Los-Ancelesə köçdü. == Karyerası == Pornhub kosmosda ilk porno filmi çəkmək üçün 10 iyun 2015-ci ildə Indiegogo vasitəsilə bir kraudfandinq kampaniyasına başladı.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Feriki sani
Feriki sani (Osmanlı dili: فریق ثانی) və ya qısaca (Osmanlı dili: فریق), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və Feriki əvvəl rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general-leytenant ilə general-mayor hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Feriki sani rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
George Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…])—Fransız yazıçısı, bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır.