Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahmatçı
Şahmatçı — İdmanın şahmat növü ilə məşğul olan şəxs.
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Keçid Şahmatı
Keçid şahmatı (həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. == Qaydalar == Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Lyuis şahmatı
Lyuis şahmatı — (ing. Lewis Chessmen) Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) bu şahmat növü həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Günümüzə gəlib çatan 67 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan Harri Potter və Fəlsəfə Daşı filmində də istifadə olunmuşdur.
Teymur şahmatı
Əmir Teymurun (1336–1405) hakimiyyəti dövründə İranda bu oyun oynanılıb. Bəzi mənbələr bildirirlər ki, oyunu Teymur özü icad edib, amma bu mütləq şəkildə həqiqətə uyğun deyil. "Teymur şahmatı" ilkin şahmatın böyük lövhədəki versiyası kimi təqdim edilir. Lövhə 112 xanadan ibarət olur: on bir sətir, on sütün və əlavə iki xana. Bu iki xanadan biri soldan 9-cu sətirdə, digəri isə sağdan ikinci sətirdə yerləşir. Bu iki əlavə xanalar qala adlanır və oyunda mühüm rol oynayır. Hər bir oyunçunun aşağıdakı fiqurları var: şah, vəzir, iki at, iki top, iki fil, iki dəvə, iki hərbi maşın, on bir piyada, general, iki zürafə, iki qarovul. Piyada, öz növbəsində, bir-birindən fərqlənir: kral piyadası, vəzir piyadası, general piyadası və s. var. Həmçinin piyada piyadası da var.
Çin şahmatı
Çin şahmatı (Xiangqi, 象棋) – iki oyunçu üçün strateji lövhə oyunu. Çindən və etnik çinlilərin icma halında yaşadığı ərazilərdən başqa, çin şahmatı keçmişdə Vyetnamda da məşhur idi. Oyun iki ordu arasındakı döyüşü əks etdirir, məqsəd rəqibin şahını tutmaqdır. Oyun qaydaları qədim Çinin siyasi və sosial həyatına xas ünsürlərə istinadən qurulub. Çin şahmatının fərqli xüsusiyyətləri: generalların (şahların) üzbəüz gəlməsini qadağan edir; top (pao) atlayaraq tutur; lövhə üzərindəki sahə çay və saray adlanır hansi ki, bəzi fiqurların hərəkətini məhdudlaşdırır; və fiqurlar xanaların yerinə zolaqların kəsişməsində yerləşdirilir. Lövhə 9 sətir və 10 sütundan ibarətdir. Go oyunundakı kimi fiqurlar kəsişmələrdə yerləşdirilir. Şaquli xətlər "fayl", üfüqi xətlər isə "rütbə" adlandırılır. Lövhə birincidən üçüncüyə və səkkizincidən onuncuya mərzkəzlənmiş iki zonadır, hər üç xala üç xal, orta nöqtədə kəsişən və əks küncləri birləşdirən iki dioqonal xətlə ayrılmışdır. Hər bir sahə 宮 kimi tanınır, "saray" və ya "qala" kimi tərcümə olunur.
Andraş Adoryan (şahmatçı)
Aydın Hüseynov (şahmatçı)
Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998). == Həyatı == Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib. === Ailəsi === Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu == Naliyyətləti == Zaqafqaziya Çempionatı 1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer 1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer 1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer 1987- SSRİ Çempionatı (Tümen), ikinci yer 1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer 1990-SSRİ Çempionatı (Herson), ikinci yer 1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer 1983– Beynəlxalq turnir (Bakı), ikinci yer 1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer 1988– Beynəlxalq turnir (Polşa), birinci yer 1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer 1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer 1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer 1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib: 1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub 1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal) Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.
Azər Mirzəyev (şahmatçı)
Azər Tahir oğlu Mirzəyev (20 mart 1978, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb. == Naliyyətləri == 1995 və 2000-ci illərdə Azərbaycan çempionu olub. 2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur. İki dəfə (2008 və 2010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib. 2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur. 2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur. 2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.
Elmar Məhərrəmov (şahmatçı)
Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur. 1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib. 1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub. Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var. Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (ing.
Faiq Həsənov (şahmatçı)
Faiq Həsənov (15 noyabr 1940, Kirovabad) — Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısı. O, Azərbaycanda şahmatın inkişafındakı xidmətlərinə görə Şöhrət Ordeni ilə mükafatlandırılıb. 2006-cı ildən Azərbaycan Şahmat Federasiyasının vitse prezidentidir. == Həyatı == 13 aprel 1940-cı ildə Gəncədə doğulub. 20 Sentyabr 2024-cü ildə Beynəlxalq Şahmat Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Namiq Quliyev (şahmatçı)
Namiq Quliyev (d. 13.02.1974, Beyləqan rayonunun Dünyamallar kəndi) — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). Üç dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadalarında iştirak edib(1994, 2006, 2016). 1981-1989 illərdə Əlibala Şirinov adına Dünyamallar kənd orta məktəbi və Dünyamallar kənd 8-illik məktəbində, 1989-1991 illərdə isə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü 1 №-ли internat məktəbində (litsey) oxumuşdur. 1991-1996 illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil almışdır. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetində riyaziyyat üzrə olimpiadaların qalibi olmuşdur. 1999-2001 illərdə Dünyamallar kəndində, 2001-2003 illərdə isə Bakıda şahmat məktəbində məşqçi müəllim işləmişdir. 2003 ildən Fransada professional şahmatçı və şahmat üzrə məşqçi işləyir. 2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub. 2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1-4-cü yerləri bölüşüb.
Nicat Məmmədov (şahmatçı)
Nicat Məmmədov (azərb. Nicat Məmmədov‎; 2 aprel 1985, Naxçıvan) — Azərbaycanlı şahmatçı, qrosmeyster (2006). 2 aprel 1985-ci ildə Naxçıvanda anadan olub.
Rauf Məmmədov (şahmatçı)
Rauf Məmmədov (26 aprel 1988, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2004), üç qat Azərbaycan Şahmat Çempionatının qalibi (2004, 2006 [mənbə göstərin], 2008, 2015). Şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildə qrosmeyster olub. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal, daha öncə 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə oynamışdır. 2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuri Kuzubov və Dmitri Andreykinlə 1–3-cü yerləri bölüşdürmüşdür. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibi olmuşdur. Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi olmuşdur (2004, 2006[mənbə göstərin], 2008, 2015). Rauf 2015 və 2016-cı ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin iştirakçısı olmuşdur. FIDE Chess Profile Rauf Mamedov.
Rəsul İbrahimov (şahmatçı)
Rəsul İbrahimov (doğ. 13 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq qrosmeyster (2008). O, kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində Olimpiada (2002, 2004) və Avropa (1999, 2001, 2003) çempionatlarının iştirakçısı olub. FIDE Chess profili Rasul Ibrahimov. Chess-DB.com Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (ing.) Rasul Ibrahimov. Chessgames.com (ing.) Rasul Ibrahimov.
Rəşad Babayev (şahmatçı)
Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi. Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi. 2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır. Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il. İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il. Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il.
Vladimir Bağırov (şahmatçı)
Vladimir Bağırov (erm. Վլադիմիր Կոնստանտինի Բաղիրյան, rus. лади́мир Константи́нович Баги́ров, 16 avqust 1936 Bakı- 21 iyul 2000 Finlandiya) Sovet-Latviya qrosmeysteri, şahmat müəllifi və məşqiçisi. Bağırov on dəfə SSRİ çempionatında oynayıb (ən yaxşı nəticəsi 1960-cı ildə 4-cü yer). 1998-ci ildə veteranlar arasında dünya çempionu olub. Turnirdə oynayarkən infarkt keçirib və vəfat edib.
Əhməd Əhmədzadə (şahmatçı)
Əhməd Samir oğlu Əhmədzadə (13 dekabr 2004, Bakı) ― azərbaycanlı şahmatçı, beynəlxalq usta (2019). Aşağı yaş qruplarında üçqat Azərbaycan çempionu (2015, 2016, 2018), 16 yaşadək yeniyetmələr arasında Olimpiya çempionu (2019). 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini T. İsmayılov adına 6 nömrəli məktəb-liseydə davam etdirir. Şahmatla 2011-ci ildə, 6 yaşındaykən məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub. 2012-ci ildə birinci şahmat dərəcəsini alıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) titullarına layiq görülüb. 2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 2-ci yer qazanıb.
Fişer Təsadüfü Şahmatı
Fişer Təsadüfü Şahmatı (Fischerandom), yaxud Şahmat960 —19 yanvar 1996-cı il tarixində Argentinada açıq elan edilən köhnə dünya şahmat çempionu Bobby Fischer tərəfindən ixtira edilmişdir. Standart şahmatdakı kimi eyni lövhə və fiqurla istifadə edilir, lakin fiqurların təsadüfü yerləşdirilməsi açılışları yadda saxlaya bilməyən oyunçular üçün öz yaradıcılığını və qabiliyyətini göstərmək üçün mühüm perspektivdir. 2008-ci ildə FİDE Şahmat qanunlarına Şahmat960nı əlavə etdi. == Quruluşu == Oyundan əvvəl, müəyyən bir tələblərə əsasən, başlanğıc mövqeyi təsadüfi olaraq təyin olunur və qurulur. Qala-qurma üçün müxtəlif mümkün başlanğıc mövqelərindən qalma istisna olmaqla hər şey standart şahmatla eynidir. === Başlanğıc Vəziyyətdəki Tələblər === Ağların fiqurları(piyadalar istisna olmaqla) 2 məhdudiyyətlə ilk sırada yerləşdirilir. Məhdudiyyətlər aşağıdakılardır : Fillər əks rəngli damalarda yerləşdirilməlidir (yəni oyunçunun 2 ədəd ağ fili və ya 2 ədəd qara fili ola bilməz) Şah mütləq Topların arasında yerləşdirilməlidir. Qara fiqurlar da Ağlara güzgü effekti ilə eyni istiqamətdə yerləşdirilir, məsələn Ağların Şahı f1-dədirsə Qaraların Şahı f8-də olmalıdır. === Nə üçün 960? === Hər Fil 4 damadan birində ola bilər; 2 Filin qurulması vacib olduğundan Vəzir isə 6 mümkün damada ola bilər; Nəticədə 2 At növəbə ilə 4 və 5 damada ola bilər; Qala-qurma üçün isə mümkün 3 dama boş qalır.