Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Şvabax
Şvabax (alm. Schwabach‎) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.
Şvabiya
Şvabiya (alm. Schwaben‎, bav. Schwobm) — Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri. Auqsburq şəhəri Şvabiyanın inzibati mərkəzidir. Bavariyanın cənub-qərb hissəsində yerləşir və Avstriya, İsveçrə, Baden-Vürtemberq torpaqları ilə, habelə Bavariya hökumət dairələri olan Yuxarı Bavariya və Mərkəzi Frankoniya ilə həmsərhəddir. 31 dekabr 2015-ci il tarixinin məlumatlarına görə: ərazi — 999 335,75 ha; əhali — 1 846 020 nəfər; əhalinin sıxlığı — 184,72 nəfər / km2; daxili sular nəzərə alınmaqla torpaq təchizatı — 5413,46 m2 / nəfər.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Baccharis scabra
Baccharis scabra (lat. Baccharis scabra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Brickellia scabra
Chrysopsis scabra
Oxypappus (lat. Oxypappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oxypappus scaber Benth. Chrysopsis scabra Hook. & Arn.
Dactylis scabra
Deutzia scabra
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır.
Eleusine scabra
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Emilia scabra
Emilia scabra (lat. Emilia scabra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Galliaria scabra
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Gentiana scabra
Kələkötür acıçiçək (lat. Gentiana scabra) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Gibbaria scabra
Gibbaria (lat. Gibbaria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gibbaria scabra (Thunb.) Norl. Sinonim Anaglypha DC. Xerothamnus ecklonianus DC. Anaglypha aspera DC. Gibbaria bicolor Cass.
Ipomoea scabra
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Miconia scabra
Miconia scabra (lat. Miconia scabra) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Persicaria scabra
Salvia scabra
Salvia scabra (lat. Salvia scabra) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Yeni Şvabiya
Yeni Şvabiya (almanca:Schwabenland və ya Neuschwabenland) - Antarktidada 20 dərəcə şərq uzunluğunda və 10 dərəcə qərb uzunluğunda yerləşən ərazidir. 19 yanvar 1939 və 8 may 1945-ci illərdə Üçüncü Reyxin tərkibində olub. Bu əraziyə 1938-ci ildən etibarən Norveç də sahib olmaq istəyir. Yeni Şvabiya ərazisinə ilk dəfə almanlar səyahət etmişlər (1901-1903, 1911-1912). Summerhayes C., Beeching P. Hitler’s Antarctic Base: the Myth and the Reality Arxivləşdirilib 2011-11-18 at the Wayback Machine (ing.) // Polar Record. 43 (224). 1-21. (2007).
Şvabiya (dairə)
Şvabiya (alm. Schwaben‎, bav. Schwobm) — Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri. Auqsburq şəhəri Şvabiyanın inzibati mərkəzidir. Bavariyanın cənub-qərb hissəsində yerləşir və Avstriya, İsveçrə, Baden-Vürtemberq torpaqları ilə, habelə Bavariya hökumət dairələri olan Yuxarı Bavariya və Mərkəzi Frankoniya ilə həmsərhəddir. 31 dekabr 2015-ci il tarixinin məlumatlarına görə: ərazi — 999 335,75 ha; əhali — 1 846 020 nəfər; əhalinin sıxlığı — 184,72 nəfər / km2; daxili sular nəzərə alınmaqla torpaq təchizatı — 5413,46 m2 / nəfər.
İvanka Tramp
İvana Mari Tramp (30 oktyabr 1981, Manhetten, Nyu-York ştatı) — amerikalı biznes ledi və 2017–2021-ci illərdə ABŞ-nin 45-ci prezidenti olan Donald Trampın böyük qızı. Atasının prezidentliyi dövründə Prezident Administrasiyasında baş məsləhətçi, həmçinin İqtisadi Təşəbbüslər və Sahibkarlıq İdarəsinin direktoru olub. O, Trampın birinci arvadı İvananın qızıdır və yəhudi əri Jared Kuşnerlə evlənməzdən əvvəl musəviliyi qəbul etmiş, Amerikanın birinci ailəsinin ilk yəhudi üzvüdür. O, ailəyə məxsus Trump Təşkilatının icraçı vitse-prezidenti idi. O, həm də atasının "The Apprentice" televiziya şousunda iclas otağının hakimi idi. O, 2017-ci ilin mart ayında Tramp Təşkilatından ayrılaraq atasının prezident administrasiyasında Jared Kushnerlə birlikdə baş məsləhətçi vəzifəsinə təyin olundu. Onun federal işçi ilə eyni məhdudiyyətlərə məruz qalmadan məxfi materiallara çıxışı olması ilə bağlı etik narahatlıqlar qaldırıldıqdan sonra Tramp könüllü olaraq "federal işçilərdən tələb olunan maliyyə açıqlaması formalarını" təqdim etməyə və eyni etika qaydalarına riayət etməyə razılıq verdi. Ağ Evdə xidmət edərkən o, 2018-ci ilin iyul ayına qədər öz geyim brendi biznesini idarə etməyə davam edirdi, bu da etik narahatlıqları, xüsusən də maraqların toqquşmasını gündəmə gətirirdi. İvanka hələ Donald Tramp administrasiyasında rəsmi işçi olmamışdan əvvəl prezidentin yaxın çevrəsinin bir hissəsi hesab olunurdu.
Peutalis scabra
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.