Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sesoto
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Cənubi Tepoto
Cənubi Tepoto (fr. Tepoto Sud) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hiti atolundan 20 km cənub-qərbdə yerləşir. == Coğrafiya == Atoll 3 km uzunluğa, 2,4 km enə malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean suları ilə kiçik keçidlə birləşir. Fransa Polineziyasının ən kiçik adasıdır. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Şimali Tepoto
Şimali Tepoto (fr. Tepoto Nord) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Napuka atolundan 16 km şimal-qərbdə yerləşir. Daxilindəki laqun tam olaraq qurumuşdur. Uzunluğu 2,6 km, eni isə 0,8 km təşkil edir. Atollun sahəsi 4 km²-dir. Atoll Fransa Polineziyasında yerləşən ən ucqar və ən kiçik adalardan biridir. Tahanea ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. İnzibati baxımından Napuka kommunasına daxildir. 2007-ci il məlumatına görə adada 44 nəfər yaşayırdı.
Septik artrit
Septik artrit, infeksion artrit – ən çox fiziki yükə məruz qalan iri oynaqların, xüsusilə diz oynağında qəflətən başlayan şişkinlik və yüksək temperatur və bir oynağın zədələnməsi ilə gedən haldır.
Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şok qarının boşluqlu orqanlarının zədələnməsi nəticəsində adətən ilk 24 saat ərzində baş verir. Gec septik şok isə travmatik zədələnmənin törətdiyi infeksiyon ağırlaşmalara bağlı olaraq 24 saatdan sonra (ən çox 3–5-ci günlər) meydana gəlir. Peritonit, pankreatit, yanıq, anaerob fleqmonalar, kəskin bağırsaq keçməzliyi, kəskin qaraciyər yetməzliyi, müsariqə trombozu septik şşokun ən çox rast gələn səbəbləridir. Septik şok 2 şəkildə – hipodinamik və hiperdinamik şəkildə ola bilər. Hipodinamik şok hemorragik şok əlamətləri şəklində (taxikardiya, soyuq dəri, sidiyin azalması) büruzə verir.
Potok mağarası
Potok mağarası (sloven. Potočka zijalka və ya Potočka zijavka) — Sloveniyanın şimalındakı mağara. Yüksək hündürlükdəki arxeoloji və paleontoloji bir yer elan edimişdir və təxminən 35,000 il əvvələ, yuxarı plaeolit dövrünə aiddir. Mağara Podolşeva yaşayış məntəqəsindəki Potok fermasının adını daşıyır. Sloven dilində adı olan zijalka və ya zijavka, uçuruma baxan və boşluqlu bir ağız olan düz dibli mağara mənasını verir. 1928-1955-ci illərdə sloveniyalı arxeoloq Srehko Brodar tərəfindən sistemli qazıntılar aparılmışdır. Mağara şimali Sloveniyada Karavanks dağlarının şərqində 1,675 m (5,495 ft) hündürlükdə və Trias dövrünə aid əhəngdaşında yerləşir. 115 m (377 ft) uzunluğundadır və genişliyi 17 m (56 ft) enindəki girişdən 40 m (130 ft) daxili genişliyinə qədər dəyişir. Giriş cənuba doğru açılır. Mağaranın rolu haqqında iki fərziyyə mövcuddur: Əvvəlki izaha görə, mağara ov stansiyası idi.