Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa == Həyatı == Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
Mariya Nesterenko
Mariya Nesterenko (ukr. Марія Петрівна Нестеренко) — Sovet Hərbi Hava Qüvvələrinin mayor rütbəli pilotu. Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı Pavel Rıçaqovun həyat yoldaşı olduğuna görə edam edilməmişdən əvvəl alay komandirinin müavini vəzifəsində çalışmışdır. Nesterenko, Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə tutduğu vəzifədən azad edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir. Mariya Nesterenko, Pavel Rıçaqov və digər qurbanlar 1953-cü ildə İosif Stalinin ölümündən sonra bəraət almışdır.