Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sıçyovka
Sıçyovka — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Şatrovka
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Kirovka
Yaşayış məntəqələri Azərbaycanda Kirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.