Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Novara
Novara — (Piyemonte ləhcəsiylə: Noara və Lombardo ləhcəsiylə: Nüara) İtaliyada Piyemonte regionunda Milano şəhərinin qərbində olan eyni adı daşıyan Novara vilayətinin mərkəzi olan bir şəhəridir.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Saxara
Səhra (ərəb. صحراء‎, fr. Sahara) və ya Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Sivard
Sivard (ing. Seward) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sklera
Sklera və ya gözün ağı, köhnə ədəbiyyatda tunica albuginea oculi – əsasən kollagen və bəzi mühüm elastik lifləri ehtiva edən insan gözünün qeyri-şəffaf, lifli, qoruyucu, xarici təbəqəsidir. İnsanlarda və bəzi digər onurğalılarda, bütün sklera rəngli irislə ziddiyyət təşkil edən ağ rəngdədir, lakin əksər məməlilərdə skleranın görünən hissəsi irisin rənginə uyğundur, buna görə də digər onurğalılarda ağ hissə normal olaraq görünmür. hər ikisi üçün fərqli rənglər.Embrionun inkişafında sklera sinir qişasından əmələ gəlir. Uşaqlarda daha incədir və bir az mavi görünən əsas piqmentin bir hissəsini göstərir.Yaşlılarda sklera üzərindəki yağ yataqları onu bir qədər sarı göstərə bilər.Tünd dəri olan insanlar melanin piqmentasiyası nəticəsində təbii olaraq qaralmış skleralara sahib ola bilərlər. İnsan gözü solğun skleraya (irisə nisbətən) sahib olmaq üçün nisbətən nadirdir.Bu, bir fərd üçün başqa bir şəxsin hara baxdığını müəyyən etməyi asanlaşdırır və kooperativ göz fərziyyəsi bunun şifahi olmayan ünsiyyət üsulu kimi inkişaf etdiyini göstərir.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Suvarma
Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədilə torpaqların süni nəmləndirilməsi. == Ümumi məlumat == Meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır. == Suvarma norması == Suvarma norması – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. Suvarma norması vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri Suvarma norması müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Şavarma
Şavarma — Levant ərəb və türk ət bişirmə növü. Qoyun əti, toyuq əti, hinduşka əti, mal əti, dana əti, və ya qarışıq ətlər fırlanan şişə çəkilir və müddətcə bir gün olaraq qril ola bilər. Ətin taraşları boşqabda yeyilir və ya sandviç şəklində pita çörəyinin içində yeyilir. Şavarma Fatuş, Tabule, Tabun çörəyi, pomidor, soğan, cəfəri, kahı, kələm və xiyar ilə yeyilir. Sousları tahini, humus, şalğam və iti mango turşusundan ibarətdir. İndi bütün dünyada fəstfud kimi tanınır. Şavarma türk sözü olub, "çevirmə"-dən ərəb dilinə "şavarma" kimi keçmişdir.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Sahara
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Sakkara
Sakkara (ərəb. سقارة‎) — Misirdə Qahirədən təxminən 25 km cənubda yerləşən kənd. Burada Qədim padşahlığın paytaxtı Memfisin ən qədim nekropolu var. Bu ad nekropolların himayədarı olan ölülər tanrısı Sokarın adından gəlir. == Həmçinin bax == Sakkara siyahısı == İstinadlar == == Xarici keçidlər == Саккара на Wikimapia http://www.egyptology.ru/sites/Saqqara.htm Саккара // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Kvark
Kvark — elementar (fundamental) hissəcik. Materiya daşıyıcısı. Kvarklar fermionlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir. Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonların və baryonların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qluonlar vasitəsilə bağlı olurlar.
Kvars
Kvars (SiO2) — Triqonal sinqoniya – aşağı temperaturlu (573°C-dək) –a -kvars; Heksaqonal sinqoniya – yüksək temperaturlu (573–870°C) –b -kvars. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. α - kvars β - kvars – 573°C çevrilməsi enantiotropdur. Silisium oksidinin təbiətdə ən geniş yayılmış modifikasiyası olan α - kvars adətən sadəcə kvars (K) adlanır. == Növ müxtəliflikləri == Morfologiyasına görə: hökmdar əsası şəkilli K, Vavilon K, ulduzvari K, «K papaqda» və b.; rənginə görə: ametist, sitrin, morion, xrizopraz və b.; marşalit – narın tozvari K. == Xassələri == Rəng – adətən rəngsiz, südlü-ağ, boz; müxtəlif rəngli şəffaf və yarımşəffaf kvarsların bir sıra növ müxtəlifliklərinin xüsusi adları vardır: dağ bülluru; marmaroş diamantı – rəngsiz su kimi şəffaf K; ametist – bənövşəyi K; sitrin – sarı K, morion – qara K. Kvarsın başqa mineral qarışıqları ilə əlaqədar olan alloxromatik növ müxtəliflikləri: prazem –aktinolit və ya xloritin narın möhtəvilərini saxlayan yaşıl K; avantürin – mika, hötit və ya hematit möhtəviləri ilə əlaqədar olan sayrışan qızılı çalarlı sarımtıl, yaxud qonuru-qırmızı K; pişik gözü – asbest möhtəviləri ilə əlaqədar olan ipək parıltılı yaşıl K; pələng gözü – amfibol-asbest və hötit möhtəviləri saxlayan qızılı çalarlı tünd-qonur K; şahin gözü–krokidolit möhtəviləri olan göyümtül K; Mineralın cizgisinin rəngi – ağ, rəngsiz; Parıltı – şüşədən (iri kristallik K) donuqadək (gizlikristallik K), bəzən ipəyi (pələng gözündə); Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq –2,65; Sərtlik –7;{1010} üzlərində {0001} üzlərinə nisbətən yüksəkdir; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Başqa xassələr – pyezoelektrikləşmə və ultrabənövşəyi şüaları buraxmaq qabiliyyəti ilə səciyyələnir; Morfologiya – kristallar: adətən üfqi istiqamətdə cizgilənmiş prizmatik, romboedrik, nisbətən az dipiramidal, bəzən skelet-kristallar; Trapesoedr (5161) və dipiramida (1121) üzlərinin tutduqları mövqedən asılı olaraq sağ və sol kvarslar ayrılır; İkiləşmə: çox tez-tez müşahidə olunur; 20-ə yaxın müxtəlif qanunlar üzrə ikiləşmələri məlumdur; Ən geniş təzahür edən dofiney, braziliya və yapon ikiləşmələridir; kombinasiya edilmiş ikiləşmə də rast gəlir; Mineral aqreqatları: dənəvər (kobud çubuqvaridən gizlikristallikədək), incəlifli, torpaqvari kütlələr, sızmalar, sferolitlər, tez-tez druzalar, müxtəlif minerallar və üzvi qalıqlar üzrə psevdomorfozalar. K üçün başqa minerallarla, məsələn çöl şpatları ilə, qanunauyğun bitişiklər (yəhudi daşı, yaxud «yazılı qranit» və b.) səciyyəvidir. == Mənşəyi və yayılması == Təbiətdə ən çox yayılmış poligen mineraldır.b -kvars yüksək temperaturlu turş maqmatik süxurların süxur əmələgətirən mineralı olub, qranitlərdə, qranodioritlərdə, riolitlərdə geniş yayılmışdır. Müxtəlif şəraitlərdə əmələ gələn kvarsa bir çox püskürmə, metamorfik və çökmə süxurlarda rast gəlinir. Kvarsın nəhəng, kütləsi 70 tona çatan kristalları peqmatitlər üçün səciyyəvidir. Müxtəlif filiz yataqlarında geniş yayılmış hidrotermal K onların çoxunun əsas damar mineralıdır.
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. == Coğrafiyası == Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. == Əhalisi == Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Alvara Hefels
Alvara Hefels (6 aprel 1982) — Alman aktrisa. Onun çəkildiyi tamaşalarda "Keynoxrhasen" (2007), "Fak cu Qehte" (2013) və Türk aktrisası Sibel Kekilli ilə birlikdə çəkdiyi "Ayrılıq" (2010) olub.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa, Çexoslovakiya) — Çex şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Qərbi Sahara
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Qərbi Saxara
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.