Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sparqapis
Sparqapis və ya Sparqapises, əsl adı Sparğap Tegin (yun. Σπαργαπίσης; v. e.ə. 530) — məşhur Türk sərkərdəsi Təmür Xatunun (yunanca Tomiris) oğlu. Türk tayfası olan Massagetlərin ikincidərəcəli sərkərdəsi, Şimali Azərbaycanda və ya Qazaxıstan mövcud olmuş Massaget xanlığının tegini idi. == Həyatı == Sparqapis Təmür Xatunun yeganə oğlu idi. O, öz atasının adını oğluna verdi. Ərinin ölümündən sonra xaqan olan Təmür Xatun Sparqapisesi öz varisi elan etmişdi. Kirlə savaşa hazırlaşarkən Sparqapis Kirin ordusunun bir hissəsinə aid olan qərargahı ələ keçirmişdi. Lakin, Sparqapis və onun alpları Kirin tələsinə düşdüklərindən xəbərsiz idi.
Parqasit
Parqasit Na Ca2 (Mg, Fe2+)4 (Al, Fe3+) [(OH,F)2| Al2Si6O22] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Soretit – optik növ müxtəlifliyi. == Xassələri == Rəng – açıq-yaşıl, yaşılımtıl-boz, göydən göyümtül-yaşıladək, mavi calarlı yaşıl, qara, qəhvəyi; Parıltı – şüşə; Sıxlıq – 3,02-3,21; Sərtlik – 5-6; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, qısa sütunvari; İkiləşmə: nadir hallarda; Mineral aqreqatları: lifli və dənəvər. == Mənşəyi və yayılması == Əsas etibarilə kontakt-metasomatik süxurlarda rast gəlir: mineralın maqneziumla zəngin əmələgəlmələri SiO2 ilə doymuş mühitdə, dəmirlə zəngin parqasit isə skarnların fluorlu və borlu metasomatozunda əmələ gəlir. Parqasit həmçinin karbonat və ultraəsasi süxurların, habelə skarnların metamorfizmi prosesində yaranır. Bəzən şistlərdə və amfibolitlərdə müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: diopsid, skapolit, floqopit, xondrodit və b. Mineralın tapıldığı yerlər: Parqas (Finlandiya); Aldan (Rusiya); Arizona (ABŞ); Xunza, Kəşmir (Pakistan) və b. Azərbaycanda Laçın rayonunun serpentinitlərində aşkar edilmişdir.
300 spartalı
== Tarixi hadisə == Fermopil vuruşması — e.ə. 480-cı ildə Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında vuruşma. == Filmlər == 300 spartalı — 1962-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı — 2007-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı: Bir imperiyanın yüksəlişi — 2014-cü çəkilmiş amerikan filmi.
Spartalı Xilon
Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnes – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu. Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox. == Həyatı == Həyatı haqqında məlumat çox azdır. Eforlar həm də hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı?
300 spartalı (dəqiqləşdirmə)
== Tarixi hadisə == Fermopil vuruşması — e.ə. 480-cı ildə Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında vuruşma. == Filmlər == 300 spartalı — 1962-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı — 2007-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı: Bir imperiyanın yüksəlişi — 2014-cü çəkilmiş amerikan filmi.
Parqalı İbrahim Paşa
Parqalı Məqbul və Məktul İbrahim Paşa (1495 – 15 mart 1536, Konstantinopol) — I Süleyman dönəmində 27 iyun 1523–15 mart 1536 tarixlərində ümumilikdə 12 il 8 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == === Saraya gəlişi === Bu gün Yunanıstan torpaqlarında qalan Parqa qəsəbəsində dünyaya gəldiyi və 6 yaşında İstanbula gətirildiyi qəbul edilsə də, bu məlumat dəqiq deyil. Bəzi mənbələrdə II Bəyazid dönəmindəki səfərlər əsnasında ələ keçirilib Kəfədə sancaqbəyi olan Şahzadə Süleymana təqdim olunduğu, bəzilərində isə Parqalı bir gəmiçinin oğlu olaraq türk dənizçilərinə əsir düşdüyü və Manisadakı dul bir qadın tərəfindən satın alınaraq burada sancabəyi olan Şahzadə Süleymana hədiyyə edildiyi qeyd olunur. Bütün bunlar şübhəli olsa da, Şahzadə Süleymanın Manisa sancabəyiliyi dönəmində onun xidmətində olduğu dəqiqdir. === Sürətli yüksəlişi === Ehtimal olunur ki, Manisada ikən Şahzadə Süleymanın ən yaxın adamı olmuş, onun taxta keçməsi ilə gənc sultanla birlikdə İstanbula getmişdir. Padşaha olan yaxınlığı səbəbilə sarayda önəmli vəzifələrdə xidmət göstərdi. 1521 tarixli Belqrad səfərində qapı ağası olaraq iştirak etdi. Səfərə çıxmazdan öncə bütün xərcləri Sultan Süleyman tərəfindən ödənilən Atmeydanındakı sarayının inşası başladı. Padşaha olan bu yaxınlığı nüfuz və gücünün artmasına səbəb oldu. 1522 tarixli Rodos səfərinə qatıldı və səfərin sonunda Piri Mehmed Paşanın vəzifədən alınması ilə saray ənənələrinə zidd olaraq Rumeli bəylərbəyiliyi ilə birlikdə sədrəzəmliyə yüksəldi (27 iyun 1523).
300 spartalı (film, 1962)
«300 spartalı» (ing. The 300 Spartans) — rejissor Rudolf Matenin 1962-ci ildə çəkdiyi film. == Məzmun == Eramızdan əvvəl 480-cı il. Fars hökmdarı Kserks böyük ordu ilə Yunanıstana hücum edir. O atasının məğlubiyyətinin əvvəzini çıxmaq istəyir. Yunanlara isə Femistokl və Spartalı Leonid başçılıq edir. Leonidin cəmi 300 nəfər döyüşçüsü var. Farsların isə ordusu minlərlədir. 300 spartalı və farslar Fermopildə üz-üzə gəlir. Kserks qasid göndərərək spartalılara bildirir ki, təslim olsunlar və Leonidi ona təhvil versinlər.
300 spartalı (film, 2007)
300 spartalı (ing. 300) — rejissor Zak Snayderin çəkdiyi və 2007-ci ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələri haqqında olan film Frenk Miller və Lin Varlinin eyniadlı komiksinin ekranizasiyasıdır. Filmdə Kral Leonidin başçılığı altında 300 spartalı ilə çoxsaylı fars qoşunu arasında baş verən Fermopil tarixi döyüşü əks olunur. == Rollarda == Cerard Batler — kral Leonid Lina Hidi — kraliça Qorqo (Leonidin xanımı) Rodriqo Santoro — şah Kserks (fars hökmdarı) Tayler Neytzel — gənc Leonid Endryu Tirnan — Efialt (spartalı, sürgünə məruz qalan qozbel) == Maraqlı faktlar == Film 65 milyon dollara başa gəlmişdir. Filmdə farsların olduqca qəddar, çirkin və qorxaq kimi təsvir edilməsi filmin İranda nümayişinin qadağan olunmasına səbəb olmuşdur. Filmdə Kserks Leonidə nisbətən olduqca nəhəng görünməsinə baxmayaraq həmin rolu ifa edən Rodriqo Santoro Cerard Batlerdən cəmi 1 santimetr hündürdür. == Həmçinin bax == 300 spartalı (film, 1962) 300: Bir imperiyanın yüksəlişi == Xarici keçidlər == 300ondvd.com — 300 spartalının rəsmi saytı 300 spartalı — Internet Movie Database saytında. 300 spartalı AllMovie saytında 300 spartalı Rotten Tomatoes saytında (ing.) 300 spartalı Box Office Mojo-da 300 spartalı — azərbaycanca dublyaj Arxivləşdirilib 2018-10-05 at the Wayback Machine Gerri Miller.
300 spartalı: Bir imperiyanın yüksəlişi (film, 2014)
300: Bir imperiyanın yüksəlişi (ing. 300: Rise of an Empire) — rejissor Noam Murronun çəkdiyi və 2014-cü ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələrindən bəhs edən filmdə Marafon, Salamin, Fermopil, Artemisiya və digər vuruşmalar, spartalıların Kserksın başçılıq etdiyi çoxsaylı fars qoşunları ilə döyüşləri əks olunmuşdur. == Rollarda == Sallivan Steplton — Femistokl Yeva Qrin — Artemisiya Rodriqo Santaro — Kserks Kallen Mulvey — Skillias Hans Metison — Esxil Lina Hidi — Qorqo Yiqal Naor — Dara == Film haqqında == Film 2007-ci ildə çəkilmiş 300 spartalı filminin davamıdır. Femistokl rolu əvvəlcə Couell Edqertona təklif edilmiş, lakin o rədd etmişdir. Filmin ilk premyerası 2 avqust 2013-cü ildə olmuşdur. == Həmçinin bax == 300 spartalı (film, 1962) 300 spartalı (film, 2007) == İstinadlar == == Xarici keçidlər == warnerbros.com/300-rise-empire — 300: Bir imperiyanın yüksəlişinin rəsmi saytı 300: Bir imperiyanın yüksəlişi — Internet Movie Database saytında.