Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spartel burnu
Spartel burnu (isp. Espartel, ərəb. رأس سبارتيل‎) — Mərakeşin Cəbəllütariq boğazı sahillərində yerləşən burun. Tanjer şəhərindən 10 km aralıdadır. Burundan bir qədər aralıda 12 min il öncə batnış Spartel adası yerləşirdi. Bəzi tətqiqatçılar bu adanın Altantida olması fikirini irəli sürürlər. burundan cənuba doğru dünyanın ən uzun çimərliklərindən (47 km) biri yerləşir. Herkules mağaraları buradadır. Atlantik okean və aralıq dənizi arasında bir ərazidə yerləşməsi onun əhəmiyyətini artırır. 1782-ci ilin oktyabrında ABŞ İstiqlal müharibəsinə aid britaniyalılarla ispanlar arasında Spartel burnu döyüşü baş vermişdir.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Dev Patel
Dev Patel (5 dekabr 1990, London) — Böyük Britaniya aktyoru. Gənclik serialı Skins-də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan olan milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o BAFTA mükafatına namizəd olub. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Şatel-Montan
Şatel-Montan (fr. Châtel-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 152 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 59.8%). Fəal olan 152 nəfərdən 137 nəfəri (81 kişi və 56 qadın), 15 nəfəri işsiz (10 kişi və 5 qadın) idi. Aktiv olmayan 11 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Baje-le-Şatel
Baje-le-Şatel (fr. Bâgé-le-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01026. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 796 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Baje-le-Şatel ilə əlaqəli mediafayllar var.
Şatel-de-Nyovr
Şatel-de-Növr (fr. Châtel-de-Neuvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 328 nəfər arasında (15-64 yaş arasında) 249 nəfər iqtisadi cəhətdən fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 74.3%). Fəal olan 249 nəfərdən 219 nəfər (121 nəfər və 98 qadın), 30 nəfəri işsiz (19 kişi və 11 qadın) idi.
Şatel-de-Növr
Şatel-de-Növr (fr. Châtel-de-Neuvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 736 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 328 nəfər arasında (15-64 yaş arasında) 249 nəfər iqtisadi cəhətdən fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 74.3%). Fəal olan 249 nəfərdən 219 nəfər (121 nəfər və 98 qadın), 30 nəfəri işsiz (19 kişi və 11 qadın) idi.
Baje-le-Şatel (kanton)
Baje-le-Şatel (fr. Bâgé-le-Châtel) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 14 672 nəfər təşkil edirdi. Kodu — 0102. Baje-le-Şatel kantonuna 10 kommun daxildir və bunlardan əsas Baje-le-Şatel kommunası hesab edilir. == Kantonun kommunları == Vezin — əhalisi 93 nəf. Sen-Loran-sür-Son — əhalisi 1718 nəf. Sent-Andre-de-Baje — əhalisi 547 nəf.
Sen-Marten-le-Şatel
Sen-Marten-le-Şatel (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Sintel
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. == Film haqqında == Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi. == Film == == Xarici keçidlər == Rəsmi sayt Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine Sintel — Internet Movie Database saytında.
SpaceX
SpaceX (ing. Space Exploration Technologies Corporation; azərb. Kosmik Kəşf Texnologiyalar Şirkəti‎) — mərkəzi ABŞ-nin Kaliforniya ştatındakı Hotorn şəhərində yerləşən amerikan kosmik nəqliyyat şirkəti. SpaceX Falcon 9, Falcon Heavy, Starlink, Dragon, Starship kimi kosmos missiyalı raketlər istehsal etmişdir. Şirkət 2002-ci ildə daha əvvəl PayPal-ın da yaradıcılarından olan, Tesla Motors şirkətinin CEO-su Elon Musk tərəfindən Marsın koloniyalaşdırılmasını təmin etmək üzrə kosmik nəqliyyatın xərcini azaltma hədəfi ilə quruldu. İndiyə kimi Falcon 1, Falcon 9 və Falcon Heavy adlı ən başdan təkrar istifadə edə bilmək üçün dizayn edilmiş olan kosmosa uçuş qurğu/raket sistemlərini və Falcon 9 tərəfindən orbitə çıxardılmış olan Beynəlxalq Kosmik Stansiyaya ləvazimat/ərzaq təmin etmək üzrə Dragon (insansız) kosmik gəmisini yaratdı. Dragon kosmik gəmisini insanlı halı yaradılma mərhələsindədir. SpaceX-in uğurları arasında bunlar vardır: 28 sentyabr 2008 tarixində özəl sektor tərəfindən maliyyələşdirilən və orbitinə çatan ilk maye yanacaqlı raket (Falcon 1); 9 dekabr 2010 tarixində bir kosmik gəmini kosmosa göndərən, orbitə oturdan və bu kosmik gəmini (Dragon) uğurlu bir formada dünyaya geri gətirən ilk şəxsi sektor şirkəti; 25 may 2012 tarixində Beynəlxalq Kosmik Stansiyasına bir kosmik gəmi (Dragon) yollayan ilk şəxsi sektor şirkəti; 30 may 2020 tarixindən Beynəlxalq Kosmik Stansiyasına Crew Dragon-u göndərərək insanlı bir missiya tamamlayan ilk şəxsi sektor şirkəti; 24 yanvar 2021 tarixində yalnız bir raket uçuşu ilə daşınan ən çox peyk (143 peyk).SES-8 peykinin 3 dekabr 2013-cü ildə uçuşu SpaceX-in geosinxron orbitə ilk təslimatı olmuşdur. Keyfiyyəti və xərci yoxlanış altında tutmaq məqsədi ilə SpaceX kosmik gəmi və raketlərdə istifadə etdiyi komponentin böyük hissəsi dizaynını, sınaqlarını və istehsalını şirkət daxilində həyata keçirdir; bu komponentlər arasında Falcon uçuş sistemi və Dragon kosmik gəmisində istifadə edilən Merlin, Kestrel və Draco raket mühərrikləri vardır. Bu SpaceX-in sektordakı ən ucuz uçuş qiymətini verə bilməsinə və ənənəvi raket inkişafı/istehsalı zamanını böyük nisbətdə azalda bilməsinə imkan yaratmışdır.
Spatula
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ.
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Atractosteus spatula
Missisipi zirehlisi və ya Zirehli-alliqator (lat. Atractosteus spatula) — atractosteus cinsinə aid heyvan növü. Amerika qitəsindəki iri çaylarda yaşayır..
Baccharis spartea
Baccharis spartea (lat. Baccharis spartea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Linaria spartea
Linaria spartea (lat. Linaria spartea) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..