Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamara Stanisiç
Tamara Stanisiç — 1998-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. Tamara Stanisiç 1997-ci ildə anadan olmuşdur. Tamara Stanisiç 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2015 və 2014-cü illərdə Dünya Çempionatında iştirak etmişdir.
Timo Stavitski
Timo Stavitski (17 iyul 1999) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda hücumçu kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Stavitski 2017-ci ilin əvvəlində Veikkausliqa klublarından olan RoPS klubuna transfer olmuşdur. O, peşəkar karyerasında ilk qolunu İnter Turku klubuna qarşı oyunda vurmuş və komandası 2–6 hesabı ilə məğlub olmuşdur. 2017-ci ilin dekabr ayında Barselona klubunda baxışdan keçdikdən sonra Stavitski Liqa 1 təmsilçilərindən olan Kann klubuna transfer olmuşdur. 17 Fevral 2018 tarixində yenilənib 1Finlandiya və Fransa Kuboku görüşləri daxildir. 2Finlandiya və Fransa Liqa Kuboku görüşləri daxildir.
Süleyman Stalski
Süleyman Stalski (əsl soyadı: Həsənbəyov, ləzg. СтӀал Сулейман, rus. Сулейман Стальский; 18 may 1869 – 23 noyabr 1937, Mahaçqala, Dağıstan MSSR, SSRİ) — ləzgi şairi, XX əsrin ən məşhur Dağıstan şairlərindən biri. O, əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır. Stal Süleyman sovet ləzgi poeziyasının əsasını qoymuş ləzgi xalqının böyük şairidir. O, 1869-cu ildə Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Uşaq vaxtı yetim olmuş şair, uzun illər çörək qazanmaq üçün qürbətdə olmuşdur. Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləmiş, varlı adamların qapısında nökərlik etmişdir. S.Süleyman poeziyaya özünəməxsus yenilik gətirmişdir. Şer yazmağa orta yaşlarında başlamışdır.
Tadeuş Tanski
Tadeuş Tanski (pol. Tadeusz Tański; 11 mart 1892, Yanuv-Podlyask[d][…] – 23 mart 1941, Auşvits həbs düşərgəsi) — Polşalı avtomobil dizayneri, ixtiraçı, mexaniki mühəndis. Polşalı rəssam və dizayner Çeslav Tanskinin oğlu. Birinci Dünya müharibəsi başlamazdan əvvəl o, Parisə köçür, burada maşınqayırma ixtisası üzrə təhsil alır və Ali Elektrik Məktəbində təyyarə mühərrikləri üzrə ixtisaslaşır. Müharibə illərində müxtəlif hərbi təyyarələr üçün bir sıra mühərriklər layihələndirib hazırlamış, həmçinin L. Bordon şirkətində zirehli texnikaları geniş şəkildə öyrənmişdir. Daha sonra Armstronq Uitvortda da mühəndis kimi çalışmışdır. 1919-cu ildə Polşaya qayıdır və Hərbi İşlər Nazirliyində Avtomobil bölməsində işləməyə başlayır. Sovet-Polşa müharibəsi zamanı, 1920-ci ildə o, məşhur Ford-T-nin şassisi əsasında Polşanın ilk Ford FT-B zirehli avtomobilini düzəldir. Bu tipli 16 maşın hazırlanır. Müharibədən sonra Tadeuş Polşa silah sənayesində, xüsusən də Kazimej Meger tərəfindən dəvət olunduğu Centralne Warsztaty Samochodowe şirkətində işləyən mühəndislər arasında qalır.
Süleyman-Stalski rayonu
Süleyman-Stalski rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 666,3 km², inzibati mərkəzi Qasımkənd kəndidir. Rayonun əhalisi 57.374 nəfərdir (2015-ci il).
Süleyman Stalski Bulvarı
Süleyman Stalski Bulvarı — Mahaçqalada, şəhərin bağçasından (Levanevski küçəsi) dəmir yolu xətti boyunca Həmzət Tsadası adına Avar Musiqili Dram Teatrına qədər, Sovet rayonu ərazisində dəniz sahilində yerləşən şəhər parkı. Uzunluğu 260 metrdir. Ləzgi şairi, XX əsr Dağıstan poeziyasının ən böyük şairlərindən biri, Dağıstan MSSR xalq şairi Süleyman Stalskinin (1869-1937) şərəfinə adlandırılmışdır. Bulvar, sahil xətti boyunca yerləşən, bəzən adların qarışmasına səbəb olan Mahaçqala bağ və park zonasının bir hissəsidir. Ən gözəl istirahət yeridir. Bulvardakı Süleyman Stalskinin abidəsinin önündə ənənəvi olaraq Beynəlxalq Şeir gününün qeyd edilməsi çərçivəsində təntənəli tədbirlər keçirilir və Stalskinin doğum günündə 18 may Dağıstan Şeir Günü kimi qeyd olunur. Avar Dram Teatrının qarşısındakı meydan, Lenin komsomol parkındakı sahə ilə birlikdə ictimai tədbirlər üçün tövsiyə olunanların siyahısına daxil edilmişdir. 1937-ci ilə qədər Bazar meydanı bulvar ərazisində yerləşirdi. Meydan Müqəddəs Nikolay Kilsəsinin qarşısındakı boş ərazini tuturdu. 1920-ci ildə kilsə bağlandı və 1928-ci ildə binası söküldü.
Pyotr Semyonov-Tyan-Şanski
Pyotr Petroviç Semyonov-Tyan-Şanski (1827-1914) — rus səyyahı, tədqiqatçısı Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. 22 yaşında 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin üzvü seçilmişdir. Sankt-Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Sankt-Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ildə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır. Coğrafiya cəmiyyəti Semyonova alman alimi K.Ritterin "Asiyada əkinçilik" əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır.