Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mtiuleti üsyanı (1804)
Mtiuleti üsyanı — 1804-cü Rusiya imperiyasının tərkibindəki Gürcüstan quberniyasına daxil olan keçmiş Kartli-Kaxetiya çarlığı ərazisində (Şərqi Gürcüstanda) baş tutmuş üsyan. Üsyan Rusiya İmperator Ordusu tərəfindən yatırılmışdır. 1801-ci ilin yanvarında Rusiya imperiyası mövcud siyasi vəziyyətdən istifadə edərək Kartli-Kaxetiya çarlığını ilhaq etdi. Həmin ilin may ayında Rusiya ordusunun generalı Karl Knorrinq Kartli-Kaxetiya taxtına namizəd olan Davidi devirdi və yerinə Rus ordusunun digər zabiti İvan Lazarevi gətirdi. Beləliklə, Kartli-Kaxetiyadakı çarlıq rejimi aradan qaldırıldı və bölgə Rusiyanın vilayətlərindən birinə çevrildi. Rusiyanın hakimiyyəti bölgəyə sülh gətirsə də, Kartli-Kaxetiyadakı vəziyyət qarışıq olaraq qaldı. Üsyan Dəryal keçidinin yaxınlığındakı bölgədə baş tutmuşdu. Bir neçə yerli osetin, bölgədə yerləşdirilmiş kazakların onlardan taxıl və ət tələb etməsindən narazı idilər. Cavabında kazaklar narazı şəxsləri quyuya ataraq öldürdülər. Bu hadisədən sonra kazaklar yerli sakinlərə qarşı daha böyük aqressivlik göstərməyə başladılar.