Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suduroba
Suduroba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun İmamqulukənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Suduroba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 308 nəfər əhali yaşayır.
Sümürgə
Sümürgə (lat. Asplenium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinə aid bitki cinsi.
Süpürgə
Süpürgə qədim zamanlardan vardır.Onunla daha cox evi təmizləyirlər.Yalnız evi yox həyətidə təmizləmək üçün həyət süpügəsidə vardır.İndi müasir dövrdə tozsorandan istifadə olunur.
Durqa
Durqa (Sanskritcəː दुर्गा, Benqalcaː দুর্গা) Hinduizmdə bir Devidir ulu (ən üstün) ilahə formasıdır. Bir şirin üzərinə minən və bir çox qolunda öldürücü silahlar daşıyan üzündə bunların tam əksi və etimad verici bir ifadə daşıyan, əlləri (müəyyən mənalara işarə edən) mudra formasında bir qadın olaraq təsvir edilir. İlahənin bu forma dişi cins və yaradıcı enerjinin (Şakti) təcəssümü yəni cismaniləşməsi, bədən tapmasıdır. Bəzi adət-ənənələrdə Sarasvati və ya Lakşminin təcəssümü olaraq keçərkən, digər adət-ənənələrdə bu iki ilahə (Sarasvati və Lakşmi) onun qız övladları olaraq keçər.
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. Kənd orta əsrlərdə yaranmışdır. Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. Qusar rayonu Cənnətə bir addım qalmış...
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.
Dodurğa boyu
Dodurğa boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biridir. Qaşqarlı Mahmudun qələmə aldığı Divân-ı Lügati't-Türk-ə görə isə iyirmi iki Oğuz boyundan onaltıncı sırada yer alır (Divan-ı Lügati't-Türk'də "Totırka" adı ilə yazılır). Dodurğa kəlməsi "Ölkə almak, Xanlıq qurmaq" mənasına gəlir; Oğuzların Boz-Oxlar qoluna bağlı Dodurğa boyunu, Oğuz Xanın altı oğlundan biri olan Ay Xandan çoxalmış olaraq bilinir. Dodurğa boyunun onqonu (yəni müqəddəs heyvanı) Qartaldır.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Skolopendraşəkilli sümürgə
Skolopendraşəkilli sümürgə (lat. Asplenium scolopendrium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium altajense (Kom.) Grubov Asplenium sarelii f. altajense Kom. Phyllitis japonica Kom. Phyllitis scolopendrium (L.) Newman Yarpaq ayası xətvari-neştərşəkilli, tamkənarlı, qalındərili, çılpaqdır, qaidə hissəsi ürəkşəkilli olub, saplağı qısadır; saplaqları təpə hissədə gərilmiş, açıq-qonur rəngli dəriciklə ortülüdür. Soruslar bir-birinə paralel cərgələrlə yerləşmişlər, adətən yarpaq ayasının kənarına və yarpağın orta damarına qədər gəlib çatmır. Sporlar qonurdur, böyrəkşəkillidirlər. Çoxillikdir. İyul-Avqust.
Qara sümürgə
Qara sümürgə (lat. Asplenium adiantum-nigrum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Hündürlüyü 8-45 sm olan bitkidir. Qurumuş yarpaqların saplaqlarının qalıqlarını üzərində daşıyan kökümsovu qısadır. Yarpaqları görünüşünə görə neştərvari və ya üçkünc-ovaldır, sivriləşmiş və parlaqdır. Yarpağın saplağı dairəvi və ya şırımlıdır, yuxarı hissəsi yaşılımtıl və yaxud qırmızımtıl-qonur, aşağı hissəsi qara və ya qırmızımtıl-qara rəngdədir. Birinci cərgənin seqmentləri uzanmış-oval, pazşəkillidir, saplaq üzərindədir, ikinci cərgənin seqmentləri isə uzunsov-ovaldır, qaidə hissəsi pazşəkilli, axırıncı dilimləri sivri-dişlidir. Sporları xətvaridir, örtükləri tamkənarlıdır. İyul-avqust aylarında sporlayır. BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Suduva FK
Suduva FK (lit. FK Sūduva Marijampolė) - Litvanın futbol klubu. Mariyampole şəhərində yerləşir. Komanda 1968-ci ildə yaranmışdır.
Superqa təyyarə qəzası
Superqa təyyarə qəzası — 4 may 1949-cu ildə Lissabon-dan İtaliyaya uçan "FIAT G-121CP" təyyarəsi Superqa yaxınlıgında qəzaya ugradı, sərnişinlərin hamısı həlak oldu. Bu təyyarə Benfika klubuyla oyundan geri qayıdırdı! Bu qəzada Torino klublarının butun uzvləri həlak oldu. Roberto Thoeni, L'ultimo urlo per il grande Torino, Abaco Editori Dino Buzzati, in La nera di Dino Buzzati, Oscar Mondadori Vincenzo Baggioli (a cura), Il Torino.
Yeni Sudur
Yeni Sudur — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 510 nəfərdir. Burada azərbaycanlılar, ləzgilər, buduqlular, xınalıqlılar yaşayır. Əhalisi dağ kəndlərindən köçüb gəlmədir. Ləzgilər Qusar rayonunun kəndlərindən, buduqlular Quba rayonunun Buduq kəndindən və xınalıqlılar Xınalıq kəndindən köçüb gəlmələrdir. Əhali əsasən, kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Meyvəçilik də geniş yayılmışdır.
Şuduq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.