SUDUR

(Gədəbəy)
1. xarab, çürük. – Sudur qartovu suda asma
2. irin, çirk (Ağcabədi, Gədəbəy). – Sudura çörülüf malın iliyi azar-bezardan (Gədəbəy); – Tişimin divi sudur eliyif (Ağcabədi)
Sudur annamax (Cəbrayıl) – 1. şübhələnmək; 2. duymaq, hiss etmək
SUDƏFİ
SUFAYI
OBASTAN VİKİ
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. Kənd orta əsrlərdə yaranmışdır. Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. Qusar rayonu Cənnətə bir addım qalmış...
Yeni Sudur
Yeni Sudur — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 510 nəfərdir. Burada azərbaycanlılar, ləzgilər, buduqlular, xınalıqlılar yaşayır. Əhalisi dağ kəndlərindən köçüb gəlmədir. Ləzgilər Qusar rayonunun kəndlərindən, buduqlular Quba rayonunun Buduq kəndindən və xınalıqlılar Xınalıq kəndindən köçüb gəlmələrdir. Əhali əsasən, kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Meyvəçilik də geniş yayılmışdır.
Sudurnes
Sudurnes (isl. Suðurnes) — İslandiyada region.
Suduroba
Suduroba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun İmamqulukənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Suduroba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 308 nəfər əhali yaşayır.

Значение слова в других словарях