Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suçava
Suçava (judets)
Hideki Yukava
Hideki Yukava (yap. 湯川 秀樹; 23 yanvar 1907[…] – 8 sentyabr 1981[…], Kioto) – Yapon nəzəri fizik və Nobel mükafatı laureatı olmuş ilk Yapon. O, bu mükafatı "Nüvə qüvvələri ilə bağlı nəzəri tədqiqatlarının əsasında mezonların mövcudluğunu təxmin etdiyinə görə" fizika sahəsi üzrə almışdır. == Bioqrafiya == Yukava 1907-ci ilin 23 yanvar tarixində Tokioda anadan olub. 1929-cu ildə Kioto Universitetində təhsil aldıqdan sonra dörd il həmin üniversitetdə müəllim olaraq fəaliyyət göstərdi. Yukava məzun olduqdan sonra nəzəri fizika ilə, xüsusən elementar hissəciklər nəzəriyyəsi ilə maraqlanmağa başladı. 1932-ci ildə Sumi Yukava ilə evləndi. 1933-cü ildə 26 yaşında Osaka Universitetində dosent oldu. 1935-ci ildə protonlar və neytronlar arasındakı qarşılıqlı təsiri açıqlayan və elementar zərrəciklər üzrə tədqiqatlara böyük təsir göstərən mezonlar nəzəriyyəsini yayımladı. 1940-cı ildə Kioto Universitetində professor oldu.
Suduva FK
Suduva FK (lit. FK Sūduva Marijampolė) - Litvanın futbol klubu. Mariyampole şəhərində yerləşir. == Tarixi == Komanda 1968-ci ildə yaranmışdır.
Sukuma viki
Şərqi Afrikanın Tanzaniya, Keniya və digər kimi ölkələrdə çox məşhurdur. O həmçinin Şahilli də adlanır. Çox zaman yaşıl rəngdə olur. Bu içki tərəvəzlərdən hazırlanır. Bu regionda hər zaman tərəvəz olduğu üçün işkini işmək olur. == Tərkibi == Bu içkinin qrup kimi adı "Akephala" (yunanca "başsız") adlanır. Bu içkinin dadı bir az kələm dadı verir. Duzluluq üçün orta səviyyədə həssasdır. == Yetişdirilməsi və saxlanması == Bitki yarpaqları qalın olur ancaq bununla bərabər çox yeməli yarpaqlardır. Ticarət məqsədilə becərilir.
Suçava (judets)
Suçava judetsi — Rumıniyanın şimal ərazisindəki judets. Ərazisinin böyük bir hissəsi tarixi Bukovina regionun cənub hissəsində, qalan hissələri isə Qərbi Moldova ərazisində yerləşir. Judetsin mərkəzi Suçavadır. 2018-ci ildəki rəqəmlərə görə əhalisi 757,679 nəfərdir.
Suçava (çay)
Suçava (rum. Suceava) — Siret çayının sağ qolu olub, Dunay çayı hövzəsinə aiddir. == Əsas göstəriciləri == Rumıniya və Ukrayna ərazisindən axan bu çayın uzunluğu-160 km, Hövzəsinin sahəsi isə 3300 km²-dir. Başlanğıcını Karpat dağlarından götürür. Orta və aşağı axarlarında Suçava platosundan keçir. İllik su sərfi 20 m³/san olub, özü ilə çoxlu axıntı gətirir.Dağlıq hissələrdən 115 km məsafədə Ukrayna ərazisindən, daha sonra isə Rumıniya ərazisindən axır. Qidalanmasında çay suları və qar suları üstün yer tutur. Dekabr və mart ayları çayın suyu donur. Yazda isə qarlar əriyir. Yayda isə yağışlardan sonra daşqınlar tez-tez baş verir.
Suçava (şəhər)
Suçava (rum. Suceava) - Suçava judetsinin mərkəzi və ən böyük şəhəridir. O, şimal-şərqi Rumıniyadakı Moldovanın tarixi bölgəsində və Mərkəzi və şərqi Avropanın kəsişməsində yerləşir. Orta əsrlərin sonunda, daha dəqiq 1388-ci ildən 1564-ə qədər şəhər Moldoviya knyazlığının üçüncü paytaxtı idi.
Suçava çayı
Suçava (rum. Suceava) — Siret çayının sağ qolu olub, Dunay çayı hövzəsinə aiddir. == Əsas göstəriciləri == Rumıniya və Ukrayna ərazisindən axan bu çayın uzunluğu-160 km, Hövzəsinin sahəsi isə 3300 km²-dir. Başlanğıcını Karpat dağlarından götürür. Orta və aşağı axarlarında Suçava platosundan keçir. İllik su sərfi 20 m³/san olub, özü ilə çoxlu axıntı gətirir.Dağlıq hissələrdən 115 km məsafədə Ukrayna ərazisindən, daha sonra isə Rumıniya ərazisindən axır. Qidalanmasında çay suları və qar suları üstün yer tutur. Dekabr və mart ayları çayın suyu donur. Yazda isə qarlar əriyir. Yayda isə yağışlardan sonra daşqınlar tez-tez baş verir.
Yana Uskova
Yana Uskova (28 sentyabr 1985, Maykop, Krasnodar diyarı) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yana Uskova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
İrina Jukova
İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu. == Həyatı == 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur. 2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Şumava Milli Parkı
Şumava Milli Parkı (çex. Národní park Šumava, ˈʃʊmava dinlə) — Çexiyanın cənub-qərbində yerləşən və ətraf mühitin mühafizəsi üçün xüsusi rejim müddəalarının tətbiq olunduğu meşə massividir. Park statusu "Təbiətin və landşaftın qorunması" haqqında 114/1992 nömrəli qanun müddəası ilə tənzimlənir. Şumava Milli Parkı, Çex Respublikasındakı 4 MP-dan ən böyüyüdür (ümumi sahəsi 167.688 hektardır). Burada əsas müdafiə obyekti, sakit rejimdə unikal və nadir bioloji aləmin tədqiqi və təkmilləşdirilməsidir. Şam meşələri və meşə əkmələrindən başqa, burada ən önəmlisi adi bataqlıqların, torf bataqlıqlarının və kar mənşəli göllərin və relyeflərin mühafizəsidir. Şumava Milli Parkı təbiət-mühafizə zonasının bir hissəsidir. Milli Park ərazisində daha 24 dövlət təbiət qoruğu və digər xırda mühafizə olunan ərazilər elan olunub. Birlikdə onlar Mərkəzi Avropada ən iri və ən şaxələndirilmiş mühafizə olunan ərazilərin birini təşkil edirlər. Şumava qiymətli təbii mühit, eləcə də turizm üçün populyar məkan kimi özünü təqdim edir.
Suva Planina
Suva Planina (serb :Сува планина «quru dağ») - Serbiyanın cənub-şərqində dağ massivi. Silsilə Nişka Banya (şimal-qərbdə) şəhəri ilə Babuşnisa (cənub-şərq) şəhəri arasında yerləşir. Şimalda massiv Bela Palanka şəhəri ilə həmsərhəddir. Suva Planina dağlarında Serbiyada yaşamış neandertal insanın qalıqları aşkar edilmişdir. Qalıqlar 2019-cu ilin aprelində tapılmışdır. == Ümumi məlumat == Suva Planina massivinin ən yüksək zirvəsi Tremdir (1810 m). Hündürlüyünə görə ikinci zirvə Qolemodur (1714 m). Üçüncü ən hündür zirvə Pitika olub hündürlüyü 1683 metrdir. Massivin adı ərazidə bulaqların çox olması ilə əlaqədardır. Suva Planinada iki təbi bulaq var:Bojanine Vode və Rakoš Česma.