Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sumida
Sumida — Tokionun xüsusi rayonlarından biri.
Şumixa
Şumixa — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Rin Sumida
Rin Sumida (12 yanvar 1996) — Yaponiyalı futbolçu. Mynavi Sendai və Yaponiya milli komandasında oynayır. Yaponiya milli komandasının heyətində 22 oyun keçirib.
Semiha Berksoy
Semiha Berksoy (24 may 1910, Konstantinopol – 15 avqust 2004, İstanbul) — Türkiyə opera müğənnisi və rəssamı. Türkiyənin ilk opera müğənnisi sayılır. İstanbulun Çengelköy kvartalında anadan olmuşdur. Onun anası rəssam idi. Semiha musiqi və təsviri sənət üzrə İstanbul Konservatoriyasında oxumuşdur. Berksoy aktyorluq karyerasına 1931-ci ildə rejissor "İstanbul sokaklarında" adlı Muhsin Ertuğrulun çəkdiyi ilk səsli türk filmində Semiha rolu ilə başladı. Sonra İstanbul teatrlarında operettalarda oynayırdı. 1934-cü ildə "Özsoy" adlı ilk türk operasında rol aldı. Elə həmin il Almaniya və Portuqaliyada çıxış edərək beynəlxalq debüt etdi. 1939-cu ildə Rixard Ştrausun "Ariadne Naksosda" operasında Ariadne rolunu ifa etməklə o, Avropada çıxış edən ilk Türkiyə opera müğənnisi oldu.
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.
Sumida Hokusay Muzeyi
Sumida Hokusay Muzeyi (すみだ北斎美術館, Sumida Hokusay Bicutsukan) – Yaponiyanın Tokio şəhərində ukiyo-e sənətçisi Hokusaya həsr olunmuş muzey. Muzey Hokusayın anadan olduğu və həyatının böyük hissəsini keçirdiyi Sumida rayonunun cənubunda yerləşir. Muzey 22 noyabr 2016-cı ildə Sumida rayonunun yerli hakimiyyəti tərəfindən açılmışdır. Muzeyin loqosu Hokusayın "Zirvənin ətəyində fırtına" əsərindəki ildırım təsviri əsasında hazırlanmışdır. Muzeyin sonuncu mərtəbəsində "Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi də daxil olmaqla Hokusayın bir çox əsərinin nüsxəsi sərgilənir. Sərginin bir hissəsi ukiyo-e əsərlərinin yaradılma prosesinə həsr olunmuşdur. Üçüncü mərtəbədə Hokusay ilə yanaşı digər ukiyo-e sənətçilərinin əsərləri sərgilənir. Burada xüsusi sərgilərə malik əlavə qalereyalar yerləşir. Sərginin mərkəzindəki hissədə Hokusayın evinin replikası yaradılmışdır. Burada döşəmədə yaradıcılıqla məşğul olan 84 yaşlı Hokusayın və ona tamaşa edən qızı Katsuşika Oinin fiqurları yerləşdirilmişdir.
Tamon məbədi (Sumida)
Tamon məbədi (多聞寺, Tamon-ci) – Yaponiyanın Tokio şəhərinin Sumida rayonunda yerləşən, buddizmin Şinqon məktəbinə mənsub məbəd. Məbəd tanrı Bişamontenə həsr olunmuşdur. Məbəd 957–961-ci illərdə təşkil olunsa da, Tanşo dövründə (1573–1593) hazırda yerləşdiyi yerə köçürülmüşdür. Məbədin qamışdan hazırlanmış dama malik orijinal darvazası 1718-ci ildə baş vermiş yanğın nəticəsində məhv olmuş və yenidən tikilmişdir. Məbəd İkinci Dünya müharibəsi zamanı Tokionun hava bombardmanından salamat qalmış azsaylı tikililərdən biri olmuşdur. Məbəddə bu bombardmandan qurtula bilməyən bəzi strukturların fraqmentləri sərgilənir. Bunlardan biri Asakusa Beynəlxalq Teatrına aid olan bir polad parçası, digəri isə bombardman zamanı yanmış, 1991-ci ildə Nişi-Nipporidə kəşf edilmiş ağacın gövdəsidir. Məbəddə müharibə qurbanlarının xatirəsini yad etmək üçün Kannonun heykəli yerləşdirilmişdir. Məbəd yapon folklorundakı mifik canlılar olan tanukilərlə assosiasiya olunur. Bu səbəbdən məbəd Tanuki məbədi kimi tanınır.
Mumiya
Mumiya — Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədidir. İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarka və dünyanın bir çox ölkələrində həyata keçirilmişdi. "Mumiya" sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdır. Latın dilində işlədilən "mumia" ifadəsi "Mumiya" sözü ərəb dilində «mūmiyya» (مومياء) və fars dilində «mūm» (wax) ifadələrindən götürülmüşdü. Bu sözün hərfi mənası ərəbcədən möhkəm süni maddə olan Bitum mənasını verir. Qədim Misirlilər isə mumiyanı «Sax» adlandırırdılar. Ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər. Bu dərmanlar zədələnmə və ağır yaraları müalcə etmək üçün istifadə edilir. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten (1533-1592) xəstələri sağaltmaq üçün bu dərmanlardan istifadə edilməsi metodunu "Hannibalizm" adlandırmışdı. Onun sözlərinə görə, dərman qıtlığı ucbatından satıcılar dərman kimi ölmüş uşaqların və kasıblarından bədənlərindən istifadə edirdilər.
Qumiho
Qumiho (Hanqıl: 구미호; Hanca: 九尾狐, hərfi mənası "doqquz quyruqlu tülkü" deməkdir.), Koreya nağıllarında və əfsanələrində görünən bir varlıqdır. Qədim Çin mifologiyasında və Şifahi xalq ədəbiyyatında təqdim olunan min il yaşayan Tülkü, Yaponiyadakı və Çindəki həmkarları kimi qumihoya çevrilir. Qumiho digər şeylərlə yanaşı, oğlanları yoldan çıxarmaq və onların Qaraciyərini və ya ürəyini (əfsanədən asılı olaraq) yeyə bilmək üçün sərbəst şəkildə gözəl bir qadına çevrilə bilər. Qumihonun göründüyü çoxsaylı nağıllar var, bunlardan bir neçəsinə Koreya Şifahi Ədəbiyyatının Ensiklopedik Məcmuəsində (한국 구비문학 대계/韓國口碑文學大系) rast gəlmək olar. Koreya Mifologiyasında təqdim olunmazdan əsrlər əvvələ aid Çin Miflərindən başlanğıcını götürən Koreyadakı qumiho, Çindəki huli jing və Yaponiyadakı Kitsune ilə bir çox oxşar cəhət bölüşür. Köhnə Çin mətni olan Shan Hai Jingdə, Qingqiu (靑 丘) adlanan ərazidə doqquz quyruğu olan tülkünün yaşadığı iddia edilir. Qumiho və digər doqquz quyruqlu tülkü versiyalarının Mifləri və şihafi ədəbiyyatları Çində yarandığı üçün hamısı oxşar bir konsepsiyaya sahibdir. Hamısı tülkü ruhlarını uzunömürlülüyün və ya böyük bir enerji yığılmasının nəticəsi olaraq izah edir, min il yaşayan tülkülərə forma dəyişdirmə gücü verilir. Onlar ümumiyyətlə gözəl bir qadının xarici görünüşünə sahib olurlar. Lakin, huli jing və Kitsune çox vaxt yaxşı və ya pis ola bilən, birmənalı olmayan əxlaqi xüsusiyyətlərlə təsvir olunduğu halda, qumiho demək olar ki, hər zaman insan əti ilə ziyafət çəkən pis xarakterli bir varlıq olaraq təsvir edilir.
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Şabiha
Şabiha (ərəb. الشبيحة‎) (ərəb. شبح‎ kökündən "xəyal", və cəmi "Şabbih" ərəb. شبيح‎), ki təqribən "quldur", "başkəsən" tərcümə olunur. Söz, Bəşar Əsəd rejiminə qarşı etirazçılara hücum edən mülki paltarlar içində silahlı adamları təsvir etmək üçün istifadə edildiyinə görə, 2011 Suriya qiyamının başlamasından bu yana beynəlxalq şöhrət qazanmışdır. Müxalifət və insan haqqların müdafiə edən qruplar Şabihanı müxaliflər üzərinə zərbə üçün rejimin bir vasitəsi olduğunu iddia edirlərSuriya İnsan Hüquqları üzrə Milli Təşkilatı bəzi muzdlu əsgərlərin şabiha olduqlarını bəyan edib Onlar, "Bəşar Əsədin rejimini dəstəkləyən mülki milis təriqəti" kimi, Əsədin rejimi üçün qeyri-rəsmi mühafizə orqanları olaraq hərəkət etməklə günahlandırılan bir bədnam Ələviyə yarım-hərbi, və "rejimə yaxın quldurlardan ibarət olan yarı-cinayətkar dəstələr" kimi təsvir edilmişdirlər.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.
Sulipa
Qardeniya (lat. Gardenia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Gumira
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Sumik
Sumik — Gədəbəy rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 2125 m. Güman etmək olar ki, dağın adı Ermənistanla Qarabağ arasında, Sevan gölündən cənubda yerləşən Sünik və ya Sisakan adlanan tarixi ərazinin adı ilə bağlıdır. Türk dillərində sumik "forma", "görüntü", "mənzərə", sünik isə "şiş uclu", "niza" mənalarında işlənmişdir.
Süita
Süita (fr. "suite" — ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Setaria pumila subsp. pumila
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid bitki növü. Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Eclipta pumila
Emilia pumila
Emilia pumila (lat. Emilia pumila) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Entoni Kumiya
Anthony Cumia (ing. Anthony Cumia; 26 aprel 1961) — aktyor, "Oskar" mükafatı laureatı.
Euphorbia supina
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Ficus pumila
Ficus pumila (lat. Ficus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Jurinea pumila
Jurinea pumila (lat. Jurinea pumila) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.