Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Savelevka (Xaybulla)
Savelevka kəndi (başq. Савельевка) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Savelevka kəndinin milli tərkibi: başqırdlar (55 %), ruslar (38 %) == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 32 km., kənd sovetliyindən (Podolsk): 8 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. == Bioqrafiyası == 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir. 1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu.