Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sevasti Xantu
Sevasti Xantu (yun. Σεβαστή Ξάνθου; 1798 – bilinmir) ― Emmanuil Ksantosun həyat yoldaşı. Onun əri "Filiki Eteriya" ("Dostlar Cəmiyyəti") adlı Osmanlı İmperiyasına qarşı yunan konspirativ təşkilatının üzvü və qurucularından biri idi. == Həyatı == Sevasti Xantu anası Mariora və iki bacısı Yefrosinya və Eleni ilə birlikdə İstanbulun Arnavutköy ilçəsində yaşayırdı. 17 yaşında (1815) və "Filiki Eteriya" qurulduqdan bir il sonra Sevasti təşkilatın qurucularından biri Emmanuil Ksantosa ərə getdi. Onların Nikolas, Perikl və Aspasiya adlı 3 uşağı doğuldu. 1821-ci ildə yunan inqilabı başlayanda o, təhlükəsizlikdə qalmaq məqsədi ilə ailəsi ilə birlikdə İstanbuldan İzmail (indiki Ukrayna şəhəri) şəhərinə köçdü. 1822-ci ildə Sevasti düşmən mühitdə olduqlarını hiss etdi və onun təşəbbüsü ilə onlar İzmaili tərk edərək Kişinyova köçdülər. Emmanuil Ksantos iki səbəbdən ailəsindən çox vaxt uzaq düşürdü, birincisi yunan inqilabını təşkil etmək məsuliyyətini öz üzərinə götürməsi, ikincisi də Margineni monastırında olması ilə bağlı idi. Onun yoxluğunda ailəsinə güvəndiyi insanlar baxırdılar, məsələn onun qayını Mixail Mixaloqlou (Yefrosinyanın həyat yoldaşı) və Mixail Fokianos ailənin maliyyə problemlərini öz üzərinə götürmüşdülər.
Sevasti Qiriazi
Sevasti Qiriazi (alb. Sevasti Qiriazi, və ya Sevasti Qiriazi-Dako; 1871, Bitola – 30 avqust 1949, Tirana) — Alban vətənpərvər, qadın təhsilinin qabaqcılı. == Bioqrafiyası == 1871-ci ildə Osmanlı imperiyasının Manastır şəhərində, indi Makedoniyanın Bitola şəhərində iki qardaş və iki bacı olan Qiriazi ailəsində anadan olub. Alban yazıçısı və publisist Naim Fraşeri alban qadınlarının təhsili və tərbiyəsi ilə daha da məşğul olmaq üçün Sevastinin İstanbuldakı Robert Kollecində oxumasını təklif edib. O, 1891-ci ilin iyununda Amerika protestant kollecində təhsil alan ilk alban qadın olmuşdur. 1891-ci il oktyabrın 15-də Korca şəhərinə gələrək burada ilk alban məktəbini açır, burada qardaşı Gerasim və bacısı Paraskevi ona kömək edirlər. Sevasti Manastır Konqresində iştirak edib, burada alban əlifbasının standartlaşdırılması məsələləri müzakirə olunub. İbtidai siniflər üçün qrammatika dərsliklərinin hazırlanmasında və nəşrində köməklik göstərmiş, tarix dərsliyinin redaktoru olmuşdur. Bu məktəb Birinci Dünya müharibəsindən xeyli sonra Qiriasi ailəsinin adı ilə tanınırdı. Birinci Dünya müharibəsinin başlaması ilə Qiriasi həyat yoldaşı, jurnalist, yazıçı və siyasətçi Kristo Dako və bacısı ilə birlikdə Rumıniyaya köçür, oradan da ABŞ-a mühacirət edir.
Litsini-Seksti
Litsini-Seksti qanunu- Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.Patrisilər şiddətli müqavimət göstərdilər, qanun ancaq e.ə 367-ci ildə qəbul edildi.
Liçini-Seksti qanunu