Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ernest Şelkton
Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874[…] – 5 yanvar 1922[…], Qryotviken, Cənubi Georgiya) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah. == Gənclik illəri == Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı. == Kəşflər == 1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar. Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi. Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı. Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar.